Dostluq
münasibətləri əməkdaşlığın
möhkəmlənməsinə xidmət edir
Prezident
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin
investisiya nazirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də
Birləşmiş Ərəb Əmirliklərinin investisiya
naziri Məhəmməd Həssən Əl Suveydini qəbul
edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 28-ci
sessiyası - COP28-in Dubayda uğurla keçirilməsi
münasibətilə təbriklərini çatdırdı.
Məhəmməd
Həssən Əl Suveydi Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed
Əl Nəhyanın salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Birləşmiş Ərəb
Əmirliklərinin Prezidentinə çatdırmağı
xahiş etdi.
Dövlətimizin
başçısı bu yaxınlarda Birləşmiş
Ərəb Əmirliklərinə səfərini və səfər
çərçivəsində bu ölkənin Prezidenti
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə
görüşünü məmnunluqla xatırladı.
Görüşdə
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri
arasında ikitərəfli dostluq münasibətlərinin bir
çox sahədə uğurla inkişaf etdiyi bildirildi,
müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın
möhkəmlənməsi işinə xidmət etdiyi qeyd
olundu.
BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının - COP29-un gələn il Azərbaycanda
keçirilməsi barədə qərar beynəlxalq aləmdə
ölkəmizə göstərilən böyük etimadın
və hörmətin nümunəsi kimi dəyərləndirildi.
Söhbət
zamanı bu gün imzalanacaq sənədlərin önəmi
qeyd edilərək bunun iqtisadi sahədə əməkdaşlığın
və ümumilikdə əlaqələrimizin uğurlu
inkişafının yaxşı göstəricisi olduğu
bildirildi.
Sonra sənədlərin
imzalanması mərasimi oldu.
Azərbaycan
İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq
Şirkəti arasında Birgə sərmayə çərçivə
razılaşması imzalandı.
Razılaşmanı
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş
Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd
Həssən Əl Suveydi imzaladılar.
Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin
İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində
investisiya əməkdaşlığı haqqında
Anlaşma Memorandumu imzalandı.
Memorandumu Azərbaycanın
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
və Birləşmiş Ərəb Əmirliklərinin
investisiya naziri Məhəmməd Həssən Əl Suveydi
imzaladılar.
Azərbaycan.-2023.-
16 dekabr, № 275.- S.1-2.