Milli Məclisin sədri Mərakeş Krallığının
Baş naziri ilə görüşüb
Milli Məclisin
sədri Sahibə Qafarova dekabrın 15-də
Mərakeş Krallığının
Baş naziri Aziz Axanuş ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Mərakeşlə
Azərbaycan arasında
yaxşı ikitərəfli
münasibətlərin olduğunu
deyən Baş nazir, xüsusən ölkələrimiz üçün
mühüm məsələlərdə
olan qarşılıqlı
dəstəyi təqdir
edib. O qeyd edib ki, hazırda
Mərakeş və Azərbaycan arasında münasibətlərin daha
da inkişafına dair müzakirələr aparılır və Mərakeş bu müzakirələri davam
etdirmək əzmindədir.
Baş nazir Milli Məclis sədrinin bu səfərinin ikitərəfli
əlaqələrin inkişafında
əhəmiyyətini qeyd
edərək, bunun Azərbaycan və Mərakeş arasında münasibətlərin səviyyəsinin
bir göstəricisi olduğunu bildirib.
Milli Məclisin
sədri Sahibə Qafarova iki ölkə
arasında münasibətlərin
inkişafında mühüm
sahələrdən biri
kimi parlamentlərimizin
rolunu qeyd edib. O, Mərakeş Krallığına bu ilk rəsmi səfəri çərçivəsində
keçirdiyi görüşlər
barədə Baş nazirə məlumat verib. Görüşlərdə
ölkələrimiz və
parlamentlərimiz arasında
mühüm əhəmiyyət
kəsb edən bir sıra məsələlərin
müzakirə olunduğu
diqqətə çatdırılıb.
Söhbət zamanı
bildirilib ki, ötən il Azərbaycan və Mərakeş arasında diplomatik əlaqələrin
qurulmasının 30-cu ildönümü
tamam olub. Bu dövr ərzində
dövlətlərarası münasibətlər inkişaf
edib, qarşılıqlı
faydalı əməkdaşlıq
genişlənib. Milli
Məclisin sədri yüksək səviyyəli
qarşılıqlı səfərlərin
həyata keçirilməsinin
ikitərəfli əlaqələrin
inkişafında mühüm
rolunu qeyd edib.
Görüşdə, həmçinin diqqətə
çatdırılıb ki,
Azərbaycan və Mərakeş beynəlxalq
təşkilatlarda da uğurla əməkdaşlıq
edir və həmrəylik nümayiş
etdirirlər. Ölkələrimiz
ərazi bütövlüyü
və suverenlik məsələlərində bir-birini
dəstəkləyir. O cümlədən
Mərakeşin Qoşulmama
Hərəkatında və
Hərəkatın Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə yaradılmış
Parlament Şəbəkəsinin
işində fəal iştirakı qeyd edilib.
Görüşdə ölkələrimiz arasında
iqtisadi əlaqələrin
daha da inkişafının
əhəmiyyəti ilə
bağlı fikirlər
səsləndirilib. Spiker
Sahibə Qafarova qeyd edib ki,
ölkələrimizin mövcud
potensialından istifadə
etmək, müxtəlif
sahələrdə əməkdaşlığı
şaxələndirmək və
daha da artırmaq
üçün imkanlar
var. O, bu mənada Hökumətlərarası
Birgə Komissiyanın
əhəmiyyətli platforma
olduğunu vurğulayaraq,
Komissiyanın bu ilin noyabrında keçirilmiş 2-ci iclasında
qəbul edilmiş qərarların icrasının
gələcək fəaliyyətlər
üçün mühüm
əhəmiyyətini diqqətə
çatdırıb. Söhbət
zamanı qeyd edilib ki, ölkələrimiz
arasında əlaqələrin
daha da inkişafı
baxımından müqavilə-hüquq
bazasının yaradılmasında
parlamentlər də mühüm rol oynayır.
Milli Məclisin
sədri Baş nazirə, həmçinin
Azərbaycanın 2020-ci ildə
öz torpaqlarını
işğaldan azad etməsi, postmünaqişə
dövründə regionda
mövcud olan vəziyyət, Azərbaycanın
sülh təşəbbüsləri
haqqında da məlumat verib. O, regionda yaranmış sülh perspektivləri barədə də fikirlərini bildirib.
Görüşdə Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində həyata
keçirilən yenidənqurma
işləri çərçivəsində
ölkəmizlə Mərakeş
arasında əməkdaşlığın
mümkünlüyü də
müzakirə olunub. Spiker Sahibə Qafarova deyib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasətin
əsas məqsədi
bu ərazilərdə
həyatın yenidən
bərpa olunmasıdır.
Hazırda “ağıllı
şəhər”, “ağıllı
kənd” konsepsiyaları
əsasında bu ərazilər bərpa edilir, həmin ərazilər “Yaşıl
zona” elan olunub. Milli Məclisin
sədri Ermənistan tərəfindən basdırılmış
minaların görülən
bərpa və yenidənqurma işlərinə
ən böyük maneə olduğunu söyləyib.
Mərakeş Krallığının
Baş naziri Azərbaycanın öz ərazi bütövlüyünü
və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini
çatdıraraq, Azərbaycanın
işğaldan azad edilmiş ərazilərini
bərpa etməsini mühüm addım kimi qiymətləndirib.
Görüşdə, həmçinin Azərbaycanla
Mərakeş arasında
nəqliyyat, turizm, kənd təsərrüfatı
və digər sahələrdə əməkdaşlığın
inkişafı yolları
haqqında müzakirələr
aparılıb, iqtisadi
əlaqələrin intensivləşməsinin
zəruriliyi qeyd olunub.
Azərbaycan.-2023.-
16 dekabr, ¹ 275.- S.3.