Xalq
öz liderinə inanır və güvənir
"Prezident İlham
Əliyev tərəfindən
2024-cü ilin 7 fevralında
növbədənkənar prezident
seçkilərinin keçirilməsi
haqqında imzalanmış
sərəncam mühüm
önəm kəsb edir. Bu bir
reallıqdır ki, müstəqil Azərbaycan
tarixində ilk dəfə olaraq seçkilər bütün
ölkə ərazisində
keçiriləcək. 44 günlük
Vətən müharibəsi
və 2023-cü ilin sentyabrında keçirilən
antiterror tədbirləri
nəticəsində ərazi
bütövlüyümüzün və suverenliyimizin tam bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Məhz bu kontekstdə
növbədənkənar prezident
seçkiləri ərazi
bütövlüyümüzün və suverenliyimizin təsbiti hesab edilir".
Mövzu ilə
bağlı "Azərbaycan"
qəzetinə danışan
Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, ölkəmizin 2020-ci ildə 44 günlük Vətən müharibəsi
ilə ərazi bütövlüyünü bərpa
etməsi Prezident İlham Əliyevin uğurlu siyasi iradəsi və diplomatik bacarığının
nəticəsidir: "İkinci
Qarabağ savaşında
ölkəmizin beynəlxalq
birlik tərəfindən
tanınan, qəbul edilən ərazilərinin
Ermənistan tərəfindən
işğalına son
qoyuldu. 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda
saxlayan təcavüzkar
düşmən döyüş
meydanında məğlub
edildi və kapitulyasiya aktına imza atmalı oldu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə lokal antiterror tədbirləri ilə Azərbaycanın bütün ərazisində
konstitusiya quruluşu,
suverenliyimiz tam təmin edildi. Separatizm yuvası darmadağın olundu və separatçılığın
kökü kəsildi.
Artıq yeni bir reallıq yaranıb ki, bu da daha
mütərəqqi və
konseptual ideyaların ardıcıllıqla icrasını
təşviq edir".
Deputat qeyd edib ki, seçkilərə
qalib xalq kimi qatılmaq ciddi əhəmiyyətə
malikdir. Bu mənada gələn il keçiriləcək prezident seçkilərini
haqlı olaraq Zəfər seçkisi də adlandırırlar.
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin xalqa verdiyi sözlərə hər zaman tam əməl etdidiyini vurğulayan Məlahət İbrahimqızı
vurğulayıb: "Artıq
şanlı üçrəngli
bayrağımız Xankəndidə,
Şuşada, Xocalıda,
Laçında, Kəlbəcərdə,
Cəbrayılda, Zəngilanda,
Füzulidə və digər rayonlarda şərəflə dalğalanır.
Növbədənkənar seçkilərin
keçirilməsi dünyada
qəbul olunmuş siyasi təcrübədir.
Növbəti seçkilər
bəzi hallarda təxirə salınır,
bəzi hallarda isə vaxtından əvvəl keçirilir.
Məhz bu kontekstdə seçkilər
növbədənkənar keçirildiyindən
vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər".
Məlahət İbrahimqızı,
həmçinin bu seçkilərin keçirilməsini
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin özünə
inamının və xalqın siyasi dəstəyinə əminliyinin
ən bariz göstəricisi adlandırıb.
Bildirib ki, xalqına qalibiyyət yaşadan Müzəffər
Ali Baş Komandan Azərbaycanın bu gün regionda
tam müstəqil siyasət yürüdən
bir ölkə kimi tanınmasını təmin edib. Bunu qorumaqdan ötrü Azərbaycanın
qələbəsini həzm
edə bilməyən
dövlətlərin təxribatlarının
qarşısını almaq
üçün siyasi
sistemin gücləndirilməsi
strateji əhəmiyyət
kəsb edir.
Deputat vurğulayıb
ki, bu seçkilər
də tam şəffaf və demokratik prinsiplərə uyğun keçiriləcək:
"Heç bir ictimai dəstəyi olmayan qüvvələr üçün isə bu seçkiyə qatılmaq indidən acı məğlubiyyət
fonunda görünür.
Amma hər zaman xalqın yekdil dəstəyi ilə əhatə olunmuş Prezident İlham Əliyev bu seçkinin də qalibi olmaqla Azərbaycanın qələbələr ssenarisinin
ardıcıllığını təmin edəcək".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
16 dekabr, № 275.- S.6.