Seçkilər
ərazi bütövlüyümüzün
və suverenliyimizin təsbitidir
"2024-cü il fevralın
7-nə təyin olunmuş
növbədənkənar prezident
seçkiləri müstəqil
Azərbaycanın tarixində
ilk olaraq bütün ölkə ərazisində keçiriləcək
seçkilər olacaq.
Bu seçkiləri Zəfər seçkiləri
də adlandırmaq olar. Çünki Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl edərək Azərbaycanın
ərazi bütövlüyünü
və suverenliyini bərpa etdi".
Bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib.
Deputat bildirib ki, bu gün
üçrəngli bayrağımız
Xankəndidə, Şuşada,
Xocalıda, Laçında,
Kəlbəcərdə, Cəbrayılda,
Zəngilanda, Füzulidə
və digər rayonlarda şərəflə
dalğalanır: "Qeyd
etmək lazımdır
ki, növbədənkənar
seçkilərin keçirilməsi
dünyada qəbul olunmuş siyasi təcrübədir. Sadəcə
olaraq, seçkilər
növbədənkənar keçirildiyindən
vətəndaşlarımız siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər.
Bu seçkilər Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin özünə
inamının, xalqın
siyasi dəstəyinə
əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib".
Deputatın sözlərinə
görə, "Qarabağ
Azərbaycandır!" şüarını
dilindən düşürməyən
xalqımız uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə
rəhbərinin yeni seçkilərdə yanında
olacaq, xarici və daxili siyasətini, o cümlədən
Qarabağda və ölkənin digər bölgələrində quruculuq
işlərini fəal
şəkildə dəstəkləyəcək.
Jalə Əhmədova
vurğulayıb ki, növbədənkənar prezident
seçkilərinin keçirilməsinə
dair qərar ölkədə siyasi partiyaların üzvlərinin
reyestrlərinin dövlət
qeydiyyatına alınması
prosesinin tamamlanmasından
sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət
qeydiyyatına alınmış
bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə
ədalətli rəqabət
mühitinin təmin edildiyinin bariz nümunəsidir.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-
2023.- 16 dekabr, № 275.- S.6.