Yeni
reallıqların doğurduğu
zərurət
Azərbaycanın ictimai-siyasi
həyatında növbəti
tarixi hadisənin astanasındayıq. 2024-cü il
fevralın 7-də ölkəmizdə
növbədənkənar prezident
seçkiləri keçiriləcək.
Budəfəki seçkiləri
digərlərindən fərqləndirməyimiz
və tarixi hadisə kimi səciyyələndirməyimiz üçün bir sıra müstəsna şərtlər var. Bu növbədənkənar
prezident seçkiləri
Azərbaycanın yeni
tarixində yeni dönəmin başlanğıcı
olacaq. Müstəqil Azərbaycanın tarixində
ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.
Ərazi bütövlüyünü
və suverenliyini tam və qəti
bərpa etmiş Azərbaycan Respublikası
yeni siyasi dönəmə daxil olub və mövcud
reallıqların fonunda
seçkilərin keçirilməsi
güclü və qüdrətli ölkə
olaraq dövlətimizin
yeni tarixi dönəmə qədəm
qoyduğunu təsbit edir.
Dünya təcrübəsinə
nəzər salsaq, növbədənkənar prezident
seçkilərinin keçirilməsi
kimi praktika, demək olar ki, bütün ölkələrin ictimai-siyasi
həyatında təsadüf
olunur.
Bəs Azərbaycanda
növbədənkənar prezident
seçkilərinin keçirilməsi
hansı zərurətdən
doğur? Əlbəttə,
bunun əsasları var.
Prezident İlham
Əliyev xalq arasında güclü nüfuz sahibidir. 20 illik hakimiyyəti dövründə Azərbaycanın
mövqeyini həm daxildə, həm də xaricdə gücləndirən fəaliyyəti
ilə xalqın etimadını və inamını qazanan siyasi liderin yenidən növbədənkənar
seçkilər keçirilməsi
barədə sərəncamını
labüd edən səbəblər hazırda
ən çox müzakirə olunan mövzudur.
Prezident İlham
Əliyevin ali dövlətçilik görəvində
ən ali məqsədi hər bir Azərbaycan vətəndaşının Prezidenti
olmaqdır. Öz siyasi hakimiyyətini məhz xalq, dövlət və vətəndaş maraqları
kontekstində formalaşdıran
Prezident İlham Əliyev ötən dövr ərzində xalq qarşısında açıqladığı hədəfləri,
üzərinə götürdüyü
öhdəlikləri tam
şəkildə gerçəkləşdirib.
Ən əsası, Azərbaycanın ərazi
bütövlüyünün tam təmin olunması, Qarabağın
separatist cilovundan azad olunması kimi mürəkkəb, hətta bəziləri tərəfindən həlli
mümkünsüz görünən
problemlər həll olunub. Yeni dövr
yeni tələblər
və şərtlər
formalaşdırıb ki,
məhz bu dönəmdə Azərbaycan
üçün hazırkı
inkişaf strategiyasına
uyğun olaraq yeni hədəflərin müəyyənləşdirilməsinə zərurət yaranıb.
Regionda tam müstəqil bir ölkənin olmasını
və Azərbaycanın
qələbəsini həzm
edə bilməyən
dövlətlərin təxribatlarının
qarşısını almaq
üçün seçkilər
əlavə imkanlar yaradacaq, siyasi sistemi daha da
gücləndirəcək. Prezident İlham Əliyevin növbədənkənar
prezident seçkilərinin
keçirilməsi barədə
sərəncamı bu
baxımdan strateji əhəmiyyət kəsb
edir və yeni reallıqların doğurduğu zərurət
kimi dəyərləndirilməlidir.
Bütün sivil
cəmiyyətlər öz
maraqları, baxışları
və tutduqları ideoloji xəttə görə müxtəlif
siyasi cərəyanlara
bölünür və
qruplaşır. Cəmiyyətdə
siyasi fikir və düşüncə
azadlığının olması
fundamental insan haqlarının tərkib hissəsidir. Məhz rəngarəng siyasi palitranın mövcudluğu
cəmiyyətin sağlam
fikir uğrunda mübarizəsini şərtləndirir,
müxtəlif ideologiyaların
çəkişməsində yetkin ictimai mövqenin güclənməsinə
və güclü siyasi sistemin formalaşmasına gətirib
çıxarır.
Siyasi partiyaların
seçki prosesinin bütün mərhələlərində
aktiv iştirakının
təmin edilməsi dövlət siyasətinin
prioritet istiqamətidir.
Azərbaycanın seçki
qanunvericiliyi kifayət
qədər mükəmməldir,
"Siyasi partiyalar haqqında" yeni qəbul olunmuş qanun isə ölkənin siyasi sisteminin sağlamlaşdırılması
və effektivliyinin artırılması üçün
lazımi hüquqi baza formalaşdırıb.
Azərbaycanın siyasi
sistemi bu seçkilərin keçirilməsinə
tam hazır vəziyyətdədir. Seçkilərin
keçirilməsinə dair
qərar ölkədə
siyasi partiyaların üzvlərinin reyestrlərinin
dövlət qeydiyyatına
alınması prosesinin
tamamlanmasından sonra
qəbul olunub. Beləliklə də, seçkilərdə iştirak
etmək üçün
dövlət qeydiyyatına
alınmış bütün
siyasi partiyalara bərabər imkanlar yaradılıb.
Seçkilər ölkənin
siyasi sisteminin gücünü, eyni zamanda bu sistemdə
mövcud olan qüvvələr balansının
müəyyənləşdirilməsi üçün əsas meyardır. Potensialı olan bütün siyasi qüvvələr, partiyalar üçün bu seçkilər əlverişli fürsətdir.
Seçki Məcəlləsinə
əsasən, bütün
namizədlər bərabər
hüquqa malikdirlər
və bərabər öhdəliklər daşıyırlar,
namizədlərin hamısına
seçkiqabağı fəaliyyət
üçün bərabər
şərait təmin
edilir, o cümlədən
təşviqat aparılması
üçün mediadan
bərabər istifadə
şərtləri müəyyənləşdirilir.
Mövcud rəqabət
mühitində sivil prinsiplərə söykənən
seçki mədəniyyətini
göstərməklə iştirakçılığını
təmin etmək öz siyasi gücünə inanan hər bir ictimai-siyasi
partiya və ya hərəkatın öz məsuliyyəti olacaq.
Seçkilərdə iştirak həm də "Siyasi partiyalar haqqında" qanunun tələbidir. Bütün qanuni tələblərə, demokratik
dəyərlərə və
dünya təcrübəsinə
əsaslanan formada keçirilməsi planlaşdırılan
seçkiləri qərəzli
ritorikalarla şərh
etmək, bu yolla ictimaiyyəti çaşdırmaq və
yanlış istiqamətə
yönləndirmək cəhdləri
çirkin siyasi sifarişlərin yerinə
yetirilməsi kimi anlaşılmalıdır.
Azərbaycan dövlətinin
yeni müstəqillik tarixində 1991-ci ildən
təşəkkül tapmış
seçki ənənəsi
inkişaf edərək
ildən-ilə daha da təkmilləşib və seçki mədəniyyətini formalaşdırıb.
2024-cü il növbədənkənar
prezident seçkiləri
xalqımızın ictimai-siyasi
həyatında mühüm
hadisə olmaqla yanaşı, Azərbaycan
dövlətinin yeni respublika epoxasına daxil olması kimi mühüm tarixi prosesə start verəcək.
Sevil
MİKAYILOVA,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.-
16 dekabr, № 275.- S.7.çş