Xalqın seçimi bəllidir

 

 

Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. İclasda həmçinin YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP sədrinin müavini Əli Əhmədov prezidentliyə namizədin səlahiyyətli nümayəndələri təyin ediliblər. Cənab İlham Əliyevin prezidentliyə namizədliyi həm xalqın qərarıdır. Bu, torpaqlarımızı düşməndən xilas edərək ərazi bütövlüyümüzü suverenliyimizi tam bərpa edən, ölkəmizi qlobal aləmdə şöhrətləndirən, bir sözlə, Azərbaycanın bu gününü sabahını işıqlandıran Prezident İlham Əliyevin haqqıdır.

Mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, fevralın 7-nə təyin olunmuş prezident seçkiləri Azərbaycanın növbəti mühüm qələbəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfədir ki, ölkəmizin bütün ərazilərində keçirilir. Ona görə bu seçkiləri Zəfər seçkisi adlandırmaqda haqlıyıq. Bu baxımdan növbədənkənar prezident seçkilərinin böyük əhəmiyyəti var. Bu gün Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclü qüdrətlidir.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Xalqımız xoşbəxt firavan yaşayışı naminə öz həmrəyliyini qoruyur.  Bu seçkilərdə xalq birliyinin şahidi olacağıq. Bu seçki ölkə vətəndaşlarının siyasi iradəsinin ifadəsi olmaqla yanaşı, həm xalqımızın dövlət başçısına olan etimadının inamının növbəti təzahürü kimi tarixə düşəcək. Öz liderinə səs verənlər həm sanki Azərbaycanın gələcək inkişafına töhfə vermiş olacaqlar.

"Vətəndaşlarımızın Zəfər seçkisinə qatılmalarını təmin edən şanlı qələbəmiz məhz Prezident İlham Əliyevin uğurlu hərbi-siyasi gedişlərinin nəticəsidir. Ümumiyyətlə, Azərbaycanın qlobal aləmdə böyük nüfuz sahibi olması dövlət başçısının xalqın dövlətin maraqlarını hər şeydən üstün tutması, bu istiqamətdə sərgilədiyi mövqeyi ilə sıx bağlıdır", - deyə Ceyhun Məmmədov qeyd edib.

Deputat həmçinin əlavə edib ki, bu seçkilər demokratik təşkil olunacaq, prezidentliyə namizədlərə bərabər imkanlar yaradılacaq. Vətəndaşlar siyasi iradələrini sərbəst formada ifadə edəcək istədikləri namizədə səs vermək imkanına malik olacaqlar. Seçkilərin növbədənkənar keçirilməsi heç bir işi məhdudlaşdırmır. Sadəcə olaraq, vətəndaşlar siyasi iradələrini vaxtından bir müddət əvvəl ifadə edəcəklər.

Ceyhun Məmmədov onu da deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin belə bir qərar verməsi xalqın siyasi dəstəyinə əminliyinin bariz göstəricisidir.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 16 dekabr, № 275.- S.7.