Haqqı sevən xalq kimə səs verəcəyini yaxşı bilir

 

 

"2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün ərazisində prezident, parlament, bələdiyyə seçkilərini keçirmək mümkün olub".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat bildirib ki, Azərbaycan 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində separatçı rejimi darmadağın etdi. Separatçı qüvvələr Azərbaycanı tərk etdi beləliklə, ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olundu üçrəngli bayrağımız hər yerdə şərəflə dalğalanmağa başladı. Ona görə növbədənkənar seçkilərin keçirilməsinin obyektiv səbəbi var. Bu, həm Zəfər seçkisidir. Eyni zamanda xalqla iqtidarın gücünü bir daha göstərmək üçün imtahandır.

A.İsgəndərov vurğulayıb ki, Azərbaycanın tarixində ən ağrılı problem Dağlıq Qarabağ münaqişəsi olub. Separatçı rejimin, ona dəstək olan Ermənistanın işğalçı siyasəti, ən nəhayət, dünyanın nüfuzlu təşkilatlarının böyük dövlətlərinin bir neçə üzlü sifəti göz önündə olub. Bütün bunları dərk etdikdən, yaşadıqdan sonra Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsi bu seçkini Zəfər seçkisi adlandırmağa əsas verir. Azərbaycanı bütövləşdirən, Şuşanı, Xankəndini digər rayonları işğaldan azad edib xalqımıza qaytaran Ali Baş Komandan İlham Əliyevin formalaşdırdığı əsgər, bütünlükdə Azərbaycan xalqı seçkiyə gedərək iqtidara olan dərin məhəbbətini bir daha nümayiş etdirəcək.

Bu seçkinin həm dünyaya bir mesaj olduğunu deyən deputat bildirib ki,  təcrübəli mübariz xalq olaraq dünyanı təlqin etməsək , amma dünya təcrübəsindən istifadə edirik: "Bizim yolumuz haqq, ədalət yoludur. Bu yolun bünövrəsini Ümummilli Lider Heydər Əliyev qoyub. Ancaq bu gün həm dünyaya göstərmək istəyirik ki, biz bir xalq olaraq ədaləti, haqqı sevirik haqqı sevən xalq seçkidə kimə səs verəcəyini yaxşı bilir. Xalqın gözü tərəzidir. Xalq 30 il idi Qarabağın işğaldan azad olunması arzusu ilə  yaşayırdı. Bu illərdə istəyimizə çatmaq üçün qədər qapılar döydük, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər etdik. Amma çox təəssüflər olsun ki, bizə dedilər, işğalçı işğala məruz qalanın kim olduğunu dillərinə gətirdilər. Amma bu gün xalq birmənalı olaraq dünyaya bəyan edir ki, bu qələbənin qəhrəmanı Azərbaycan xalqı, Ali Baş Komandandır, onun yetişdirdiyi əsgərdir".

A.İsgəndərov qeyd edib ki,  əslində, xalq seçimini 2003-cü ildən edib. Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi: "Mən ona özüm qədər inanıram". Xalq da inandı, səs verdi bu 20 il ərzində Azərbaycanın uğurları göz qabağındadır: "Azərbaycan demokratik dövlətdir. Bu seçimlə bağlı bütün namizdələr üçün bərabər imkanlar yaradılacaq. Azərbaycan dövlətinin arzu istəyi odur ki, xalqın seçimi həm nümunə olsun. Hər dəfə Azərbaycanda seçkilər keçiriləndə həm ölkənin daxilində, həm xaricində bizi istəməyən qüvvələrin böhtan kampaniyası başlayır. Amma bunun heç bir əhəmiyyəti yoxdur, biz öz uğurumuzdan, inkişafımızdan, Qarabağda gecə-gündüz davam edən quruculuq bərpa işlərimizdən qalmayacağıq".

Bu seçkilərin Azərbaycan xalqının tarixinə mühüm seçki kimi düşəcəyinə əminliyini ifadə edən deputat vurğulayıb ki, ilk dəfə olaraq bütün Azərbaycan xalqı, o cümlədən  işğaldan azad olunan torpaqlarımızdan 20 min seçici bu seçkidə iştirak edəcək. "Biz əminik ki, Azərbaycan xalqını qalib xalqlar sırasına çıxaran, Azərbaycan əsgərinin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirən, öz cəsarəti, qətiyyəti ilə hamını heyran edən xalqını sevindirən İlham Əliyev yenidən dövlət başçısı seçiləcək. Beləliklə, Azərbaycan xalqının uğurlu inkişafı üçün daha geniş imkanlar açılacaq", - deyə deputat əlavə edib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 16 dekabr, № 275.- S.7.