Xalq
Müzəffər Liderinin
yanındadır
Çoxəsrlik dövlətçilik
tarixinə malik Azərbaycan ötən 20
il ərzində özünün ən qüdrətli, ən qürurlu məqamına yüksəlib. İşğala
məruz qalan ölkədən Zəfər
ölkəsinə çevrilib.
Suverenliyimiz tam təmin edilib, bayrağımız bütün
ərazilərimizdə dalğalandırılıb.
Onilliklər boyu talanan, daşı daş üstündə qalmayan Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurulub, Böyük qayıdışa
başlanılıb, yurdundan
didərgin salınmış
insanlarımız dədə-baba
torpaqlarına qovuşmağa
başlayıb.
Beynəlxalq arenada
etibarlı və güvənilən tərəfdaş
kimi tanınan, qlobal miqyaslı problemlərin həllinə
mühüm töhfələr
verən Azərbaycanın
adı bu gün dünyanın nüfuzlu ölkələri
sırasında çəkilir.
Son 20 il ərzində əldə edilən siyasi, iqtisadi, hərbi, diplomatik, ümumiyyətlə,
bütün sahələr
üzrə qazanılan
qələbələrin, əldə
edilən nailiyyətlərin
altında isə nəyi necə, nə vaxt etmək
lazım olduğunu yaxşı bilən Prezident İlham Əliyevin qızıl imzası, möhürü
var.
Məhz buna görədir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyası İdarə Heyəti tərəfindən
dekabrın 15-də İlham
Əliyevin prezidentliyə
namizədliyinin irəli
sürülməsini böyük
razılıq və sevinclə qarşıladı.
Zirvəyə doğru
gələn 20 il
Azərbaycanın adına
ard-arda qazanılan uğurlar, qalibiyyətlər
müdrik xalqımızın
lider seçimində
yanılmamasının, düzgün
qərar verməsinin parlaq təcəssümüdür.
Hər kəs yaxşı xatırlayır,
Azərbaycanı düşdüyü
ən ağır vəziyyətlərdən, bir
dövlət kimi yox olmaq təhlükəsindən
xilas edən Ulu Öndər Heydər Əliyev
2003-cü il oktyabrın
1-də prezident seçkiləri
ərəfəsində xalqa
müraciət edərək
qarşıdan gələn
seçkilərdə prezidentliyə
namizəd, siyasi varisi, Yeni Azərbaycan
Partiyası Sədrinin
I müavini İlham Əliyevi dəstəkləməyə
çağırmışdı.
Ulu Öndər
əminliklə bildirmişdi
ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz
ətrafında sıx
birləşdirərək Azərbaycan
dövlətinin inkişafı
və xalqımızın
firavanlığı yolunda
çox işlər görəcəklər: "İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları,
işləri Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm".
Həmin vaxt Ümummilli Liderin səsinə səs verən xalqımız
2003-cü il oktyabrın
15-də böyük inam və güvənlə İlham Əliyevə səs verdi, Onu özünün Prezidenti seçdi.
Budur, artıq həmin
tarixdən iki onillik keçib və indi bərqərar
olduğumuz mövqedən
ötən illərə
nəzər saldıqda
Prezident İlham Əliyevin yürütdüyü
müdrik siyasət, əzm və qətiyyət sayəsində
Azərbaycanın necə
qürurverici bir yol qət etdiyinin
şahidi oluruq.
Dövlət başçısı
İlham Əliyev
2003-cü ildə Prezident
vəzifəsinə seçiləndə
Konstitusiyamıza və
müqəddəs "Qurani-Kərim"ə
əl basaraq and içdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü,
suverenliyini təmin təmin edib, Xankəndidə bayrağımızı
dalğalandıraraq bütün
dünyaya Qarabağın
əzəli və əbədi Azərbaycan torpağı olduğunu bəyan edib.
Birliyin əzəməti
Cəmi 20 il ərzində bu möhtəşəm zirvəyə
yüksəlməyimizə rəvac verən başlıca qüvvə
isə, heç şübhəsiz, dövlət-xalq
birliyimiz oldu.
İlk başdan
dövlət başçısı
İlham Əliyev çıxdığı bu
taleyüklü yolda Azərbaycan xalqına arxalandı, müqəddəratının
həll olunması istiqamətində isə xalqımız böyük
etimad göstərdiyi
İlham Əliyevi özünə arxa-dayaq gördü.
Məhz bu birlik sayəsində Azərbaycanın qarşısında
aşa bilməyəcəyi
çətinlik, həll
edə bilməyəcəyi
problem qalmadı, daim işıqlı gələcəyə doğru
inamla irəlilədi.
44 günlük Vətən
müharibəsində Müzəffər
Ali Baş Komandan İlham Əliyevin ətrafında
sıx birləşən
xalqımız "dəmir
yumruğ"a çevrilərək
düşmənin başına
zərbə endirdi, torpaqlarımız işğaldan
azad edildi. Bu birlik milli
mənafelərimizin həll
olunduğu - istər hərbi, istər diplomatik olsun - bütün müstəvilərdə
özünü göstərdi,
eləcə də
23 saatlıq antiterror
tədbirləri zamanı...
2020-ci il dekabrın
10-da Vətən müharibəsində
Qələbəyə həsr
olunmuş Zəfər
paradında Prezident İlham Əliyev nitqində bu birliyimizə yüksək
qiymət verərək demişdi:
"Azərbaycan xalqı
öz böyüklüyünü
göstərdi, yüksək
mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı
da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək
tarixi missiyamızı
yerinə yetirdik".
Bu seçkiyə
qalib xalq kimi gedəcəyik...
Qarşıdan daha
bir tarixi hadisə - növbədənkənar
prezident seçkiləri
gəlir. Prezidentin sərəncamı ilə
2024-cü il fevralın
7-də növbədənkənar prezident seçkiləri təyin edilib.
Vurğulayaq ki,
bu seçkini digərlərindən fərqləndirən,
əlahiddə edən
bir neçə xüsusi məqam var. Suverenliyimizin təmin olunması sayəsində
tarixdə ilk dəfədir ki, bütün torpaqlarımızda,
onilliklərdir işğal
altında olan ərazilərimizdə seçki
keçirəcəyik...
İlk dəfədir
ki, seçkiyə zəfər xalqı olaraq gedəcəyik...
Dekabrın 15-də Yeni
Azərbaycan Partiyasının
İdarə Heyətinin
genişləndirilmiş iclasında
dövlət başçısı,
partiyanın Sədri İlham Əliyevin növbədənkənar prezident
seçkilərində namizədliyi
irəli sürülüb.
Lakin İlham Əliyev bütün Azərbaycan xalqının
ürəkdən dəstəklədiyi
namizəddir.
Qədirbilən xalqımız
2024-cü il fevralın
7-də keçiriləcək növbədənkənar prezident
seçkilərində - Zəfər
seçkisində İlham
Əliyevə səs verməyi həm də özünün qalib lider İlham
Əliyevə minnətdarlıq
borcunu ödəyəcəyi
fürsət, şans
kimi dəyərləndirir,
bunu böyük fəxr, qürur, ehtiram hissi ilə
dilə gətirir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
17 dekabr, № 276.- S.5.