Bəhreynin
Kralı Əlahəzrət
Şeyx Həməd bin İsa Al Xəlifəyə
Əlahəzrət,
Bəhreyn
Krallığının milli bayramı münasibətilə
Sizə və Sizin simanızda bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimi və xoş arzularımı yetirməkdən
məmnunluq duyuram.
Əminəm
ki, Azərbaycan-Bəhreyn dostluq əlaqələrini möhkəmləndirmək,
həm ikitərəfli, həm də çoxtərəfli
müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı
genişləndirmək üçün bundan sonra da birgə
səylər göstərəcəyik.
Belə bir əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bəhreyn
xalqına daim əmin-amanlıq və firavanlıq
arzulayıram.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 13 dekabr 2023-cü il
Azərbaycan.-2023.-
17 dekabr, № 276.- S.1.