Azərbaycanı
tarixinin ən uca zirvəsinə ucaldan rəhbər
Yeni Azərbaycan
Partiyası (YAP) qalib Azərbaycan xalqının
qalib lideri İlham Əliyevi prezidentliyə namizəd irəli sürüb. Yeni inkişaf dövrünə qədəm
qoymuş xalqımız
onu tarixinin ən yüksək zirvəzinə qaldıran
İlham Əliyevə
öz təşəkkürünü
mövcud şəraitdə
bu şəkildə ifadə edir. Bu gün bütün
Azərbaycan xalqı Prezident İlham Əliyevin yanındadır
və ona tam etimad göstərir.
Mövzu ilə
bağlı qəzetimizə
danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi zəfərdən sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm
qoyub. Azərbaycanın
geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmləndirilməsi,
islahatların dərinləşdirilməsi,
dayanıqlı inkişafın
qorunub saxlanması prioritetlər kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev hakimiyyətdə
olduğu son 20 il ərzində tarixi zəfərlərə
imza atmaqla yanaşı, Azərbaycan
xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandandır. Ona görə də İlham Əliyevin namizədliyi Azərbaycanda inklüziv və davamlı inkişafın qorunması
baxımından vacibdir.
Deputat qeyd edib ki, müstəqil
yanaşma ilə İlham Əliyevin prezidentliyinin davamlılığının
əhəmiyyətini çoxsaylı
faktorlarla əsaslandırmaq
mümkündür: "Əvvəla
ona görə ki, Müzəffər Ali Baş Komandan
Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini tam bərpa edən dövlət başçısıdır. Prezidentin
rəhbərliyi ilə
şanlı ordumuz yüz minlərlə məcburi köçkünün
ata-baba yurdlarını
düşmən torpağından
azad edib. 30 il işğal altında qalan və tamamilə dağıdılaraq xarabalığa
çevrilən torpaqlarımızda
dövlət başçısının
təşəbbüsü və xüsusi nəzarəti ilə hazırda genişmiqyaslı
quruculuq işləri həyata keçirilir, artıq həm Qarabağda, həm də Şərqi Zəngəzurda intensiv qayıdışa start verilib".
Vüqar Bayramov
İlham Əliyevin prezidentliyinin davamlılığını
şərtləndirən vacib
amilərdən danışarkən
onu da deyib
ki, son 20 ildə Azərbaycan regionda ən böyük uğurlara imza atan dövlətlərdəndir:
"Nəticədə ÜDM 4, büdcə gəlirləri
30, xarici ticarət dövriyyəsi 10 dəfə
artıb. Xarici borcun ÜDM-dəki payına görə, Azərbaycan dünyada ən yaxşı göstəriciyə malik
10 ölkə arasındadır.
Son 20 ildə sərmayələrin ümumi
həcmi 300 milyard
ABŞ dollarını keçib
ki, onun da 190 milyard dolları qeyri-enerji sektoruna yönəlib. Göründüyü kimi,
Azərbaycan 20 il ərzində iqtisadi sahədə ciddi uğurlara nail olub".
Deputat vurğulayıb
ki, bu amillər
arasında ən vacibi isə İlham Əliyevin Ulu Öndərin müəyyənləşdirdiyi ideyaları inkişaf etdirən və milli strategiyanı daha da gücləndirən
dövlət başçısı
olmasıdır. "Bütün
bunlar deməyə əsas verir ki, bu seçki
Azərbaycan üçün
yeni mərhələnin
başlanğıcı olacaq.
Bu mərhələ bütün sferalarda islahatların daha da dərinləşməsi,
Böyük qayıdışın
intensiv davam etdirilməsi və Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq", - deyə Vüqar Bayramov bildirib.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
17 dekabr, № 276.- S.4.