Seçkilər
İlham Əliyevə
yüksək etimadı
bir daha təsdiq edəcək
"Dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə
Heyətinin genişləndirilmiş
iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə
qərar qəbul edilib. Bu qərar
yalnız Yeni Azərbaycan Partiyası üzvlərinin deyil, eyni zamanda bütün
Azərbaycan xalqının
istəyini, arzusunu, rəyini ifadə edir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədr müavini Jalə Əliyeva deyib. Deputat bildirib ki, Azərbaycan
xalqı Prezident İlham Əliyevin simasında özünə
böyük lider qazanıb. Məhz dövlət başçısının
həyata keçirdiyi
dönməz iradəli
və qətiyyətli
siyasət sayəsində
Azərbaycan mümkün
olmayanları mümkün
edib.
Azərbaycanın otuz
il əvvəlki ölkə olmadığını
qeyd edən J.Əliyeva bildirib ki, ərazi bütövlüyümüz, suverenliyimiz
tam bərpa olunub, üçrəngli
bayrağımız uzun
illər işğal altında qalan torpaqlarımızda qürurla
dalğalanır. "Prezident
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda
sürətlə nəhəng
quruculuq işləri aparan, ölkədə davamlı inkişafa istiqamətlənən layihələr
reallaşdıran, hər
bir vətəndaşın
həyat şəraitinin
yaxşılaşdırılması üçün sosial layihələr təşəbbüskarı
olan, eyni zamanda müstəqil siyasət həyata keçirən Azərbaycanı
yalnız diplomatiya, ordu quruculuğu sahəsində deyil, həmçinin sosial, səhiyyə, mədəniyyət,
təhsil sahələrində
də dünyanın aparıcı ölkələrindən
birinə çevirən
liderdir. Biz Azərbaycanı Cənubi
Qafqazın ulduzuna çevirən bir liderdən danışırıq.
Sadaladığımız bütün
quruculuq işlərinin,
inkişafın, irəliyə
doğru atılan addımların hər birinin arxasında Prezident İlham Əliyevin imzası, iradəsi, qətiyyətli
siyasəti dayanır",
- deyə o əlavə
edib.
Deputat vurğulayıb
ki, bu gün
Azərbaycan deyəndə
44 günlük Vətən
müharibəsində inanılmaz
zəfər çalmış,
torpaqlarını geri
qaytarmış və
ötən üç
il ərzində inkişafının ən
yüksək səviyyəsinə
çatan ölkə
göz önünə
gəlir. Əlbəttə,
fevralın 7-də keçiriləcək
növbədənkənar prezident
seçkisi də bir daha Azərbaycan
xalqının arzusunun,
iradəsinin, etimadının
nümayişinə və
təsdiqinə çevriləcək.
Xalqımız birmənalı
olaraq öz liderinə, Müzəffər
Ali Baş Komandanına, yenilməz sərkərdəsinə səs
verəcək. Bu səsvermə ilə Azərbaycan daha parlaq, inkişaf etmiş günlərini yaşayacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu günə qədər olduğu kimi, 7 fevral tarixindən sonra da daha
böyük addımlarla
həm Cənubi Qafqaz regionunun, həm də dünyanın parlaq ulduzuna çevriləcək.
J.Əliyeva deyib:
"Davamlı olaraq seçicilərin arasında
olduğumuzdan və onlarla keçirdiyimiz çoxsaylı görüşlərdən
gəldiyimiz qənaət
bundan ibarətdir ki, Azərbaycan xalqının bir seçimi var. O da Prezident İlham Heydər oğlu Əliyevdir".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
17 dekabr, № 276.- S.4.