"Qordi
düyünü"nü kəsən siyasi həmlə
Prezident İlham Əliyev bununla Azərbaycanın böyük güclərin
çəkişmə meydanına
çevrilməsinə imkan
vermədi
Dünya tarixindən məlumdur
ki, dövlətlər arasında
ticarət yollarına
nəzarət uğrunda
həmişə qanlı
müharibələr baş
verib. İndi də belədir. Hazırda dünyada ticarətin 80 faizi okean və dənizlər
üzərindən həyata
keçirilir. Bu marşrutlara ABŞ donanması
nəzarət etsə
də, bununla barışmayan ölkələr
var və onlar ara-sıra mövcudluqlarını göstərirlər.
Su yolu ilə yüklərin daşınmasında boğazlar
və kanallar mühüm rol oynayır. O üzdən dünya ticarətində önəmli
rol oynayan Panama və Süveyş kanalları ərazisindən keçdiyi
dövlətlərin deyil,
beynəlxalq güclərin
nəzarəti altındadır.
Uzun illərdir ki, həmin güclər Türkiyənin
müstəqil nəzarət
etdiyi Bosfor boğazını ələ
keçirməyə çalışırlar.
Bu səbəbdən Qərb hər dəfə fürsət düşdükcə boğaza
nəzarəti ələ
keçirmək üçün
Türkiyəyə təsir
göstərir. Sonuncu
dəfə belə həmlə Rusiya-Ukrayna müharibəsi başlayanda
oldu. ABŞ və digər Qərb ölkələri hərbi
donanmanı boğazdan
keçirib Qara dənizə aparmaq istədilər. Rusiya da boğaz üzərindən
müharibə zonasına
əlavə gəmilər
aparmağa cəhd etdi. Əgər bu iki düşmən
cəbhəsinin gəmiləri
Qara dənizə daxil olsaydı, hər an dənizdə
müharibə başlaya
bilərdi. Türkiyə
isə buna imkan vermədi, Qərb və Rusiya inadından vaz keçməli oldular.
44 günlük Vətən
müharibəsindən sonra
imzalanan üçtərəfli
Bəyanata uyğun olaraq Ermənistan Azərbaycandan Naxçıvana
yüklərin və sərnişinlərin sərbəst
keçidi üçün
Zəngəzur dəhlizini
açmalı idi. Lakin bu, hələlik
baş verməyib. İlk növbədə elə görünürdü
ki, dəhlizin açılmaması Ermənistanın
siyasi kaprizi və danışıqlarda
özünə əlavə
dividendlər qazandırmaq
üçün etdiyi
siyasi gedişidir. Sonradan məlum oldu ki, bu,
Qərbin Rusiya və Çinlə apardığı iqtisadi mübarizənin bir parçasıdır. Sadə
dildə desək, Qərb dünyanın önəmli ticarət marşrutunun keçidi olacaq Zəngəzur dəhlizinə Rusiyanın
nəzarət etməsini
istəmir.
Çin dəniz
ticarətinin önəmli
bir hissəsini dəmir yolu ilə həyata keçirmək istəyir.
Səbəbi dəniz
ticarətində risklərin
olması və malın son ünvana çatmasında
vaxt itkisidir. Dəmir yolu ilə yüklərin daşınmasında isə
risklər yox dərəcəsindədir, üstəlik,
qiymət və vaxt baxımından da əlverişlidir. Çin məhz bu səbəbdən "Bir kəmır, bir yol" layihəsinin
həyata keçirilməsinə
3 trilyon dollara yaxın vəsait ayırmağa qərar verib.
ÇXR-in təmkinli,
gələcəyə hesablanmış
xarici və iqtisadi siyasət həyata keçirdiyini hər kəs bilir. Çinlilər uzun illərə hesablanmış siyasi və iqtisadi planlarını heç vaxt açıqlamırlar
və üstəlik,
görəcəkləri hər
cür işi bütün incəliyinə
qədər öyrənirlər.
Biz bunu "Bir kəmər, bir yol" layihəsinin
həyata keçirilməsindən
də aydın görürük. Onlar bu layihənin icrasında açar ölkənin Azərbaycan
olduğunu müəyyən
ediblər. Layihənin
təqdimatı üçün
keçirilən konfransa
dəvət olunan az sayda dövlət
başçısı arasında
Prezident İlham Əliyevin də yer alması bununla bağlıdır. Çin rəhbəri Si Cinpinin konfransdan
öncə Prezident İlham Əliyevlə görüşüb məsləhətləşməsi
də təsadüfi deyildi. ÇXR dövlətimizin
başçısının təşəbbüsü ilə
beynəlxalq standartlara
uyğun Bakı-Tbilisi-Qars
nəqliyyat marşrutunun
tikilməsini bilirdi. Üstəlik, həmin layihəyə qarşı
olan maneələrin aradan qaldırılmasında
Prezident İlham Əliyevin qətiyyətli
qərarından da xəbərdar idi.
Qərb isə
bu layihənin icrasının qarşısını
almaq üçün
iki cəbhədən
həmləyə keçdi.
Çinin "Bir kəmər, bir yol" layihəsinə qarşı Qərb tələm-tələsik "Hindistan-Yaxın
Şərq-Avropa İqtisadi
Dəhlizi" (İMEC) adlanan
yeni nəqliyyat dəhlizinin yaradılması
barədə qərar
qəbul etdi. Yeni dəhlizin yaradıcı ölkələri
Hindistan, Səudiyyə
Ərəbistanı, Birləşmiş
Ərəb Əmirlikləri,
İordaniya və İsraildir. Bu yol həmin ölkələrdən Yunanıstana,
oradan da digər Avropa ölkələrinə keçməlidir.
İndi dünyanın
bir çox nüfuzlu ekspertləri
HƏMAS-İsrail müharibəsini
bununla əlaqələndirirlər.
Adıçəkilən ölkələrin
müharibədə tutduğu
mövqe də bunu aydın göstərir. Məsələn,
Rusiya ilə Çin birbaşa, yaxud dolayısı
HƏMAS-ı dəstəkləyir, Qərb isə birmənalı olaraq İsraili. Bu yaxınlarda Hindistan da açıq şəkildə İsrailin
yanında olduğunu bəyan etdi. Görünən odur ki, iki xalq
arasında başlanan
bu qanlı müharibədə hərə
öz məqsədi üçün istifadə
edir. Azərbaycana gəldikdə, ölkəmizdən
çox uzaqlarda gedən bu müharibənin
Zəngəzur dəhlizi
ilə bağlılığını
görməmək mümkün
deyil. Odur ki, ermənilər də Qərbin bu təhrikedici oyununa gedib Zəngəzur
dəhlizindən siyasi
manipulyasiya üçün
istifadə etmək istəyir.
Bu yerdə türk qardaşlarımızın
bir deyimi yada düşür: "Evdəki hesabla çarşıdakı (bazardakı)
hesab tutmadı". Bəli, Ermənistan Prezident İlham Əliyevin siyasi gedişlərini hesablaya bilməmişdi. Azərbaycan
Zəngəzur dəhlizində
beynəlxalq güclərin
və regional ölkələrin siyasi çəkişməsində tərəf
olmaq əvəzinə
"Araz dəhlizi"nin
açılması barədə
İranla razılaşdı.
Baxmayaraq ki, həmin dövrdə bizim qonşu ölkə ilə siyasi əlaqələrimiz
çox gərgin idi, dövlətimizin başçısı uzaq
hədəfləri əsas
tutaraq lazım olan düzgün qərarı qəbul etdi. Təsadüfi deyil ki, Prezidentin
bu addımı Qərbdə və Ermənistanda şok effekti yaratdı.
Bundan sonra N.Paşinyan özü Zəngəzur dəhlizinin
açılması barədə
tez-tez danışmağa
başladı. Gördü
ki, böyük siyasətdə "qırmızı
xətt" deyilən
heç nə yoxdur. Başladı özündən "sülh
kəsişməsi" deyilən
bir layihə uydurmağa, ancaq hələlik heç bir reaksiya yoxdur.
Xüsusilə Azərbaycan
açıq şəkildə
hiss etdirir ki, "Araz keçidi" ilə istəyini təmin edib. Bu marşrut
həm də Çinin və Rusiyanın ürəyincədir.
Çünki Ermənistandan
fərqli olaraq beynəlxalq güclər
"Bir kəmər, bir yol" və
"Şimal-Cənub" dəhlizlərinin
işlək olmasına
görə İrana təzyiq göstərə
bilməyəcəklər. İran Ermənistan deyil, öz milli maraqlarından
vaz keçməz.
Prezident İlham
Əliyev "Euronews" televiya
kanalına verdiyi müsahibəsində ölkəmizi
nəqliyyat-kommunikasiya imnkanları
barəsində demişdir:
"Əlbəttə, bağlantı
layihələrindən böyük
həcmdə mənfəət
əldə olunacaq. Artıq qeyd etdiyim kimi, biz
"Şimal-Cənub" və
"Şərq-Qərb" nəqliyyat dəhlizlərindən
Azərbaycan ərazisindən
keçən, müxtəlif
istiqamətlərə daşınan
10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə
vəsait, Azərbaycanın
geosiyasi əhəmiyyəti
deməkdir. Regionumuzun,
Avrasiyanın xəritəsinə
baxsanız görərsiniz
ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir
nəqliyyat infrastrukturunu
yaratmışıq. Bu
da əlavə imkanlar yaradacaq".
Dövlət başçısı
bu müsahibəsində
Zəngəzur dəhlizi
barəsində heç
nə deməmişdir.
Bununla Ermənistana və onun arxasında
dayanan güclərə
açıq şəkildə
bildirmişdir ki, biz öz problemimizi
həll etmişik və sizin siyasi
oyunlarınızda tərəf
deyilik.
Rüstəm
KAMAL,
Azərbaycan.-2023.-
17 dekabr, № 276.- S.8.