Məqsədyönlü siyasətin inkişaf nailiyyətləri

 

 

Bu siyasəti yürüdən Prezident İlham Əliyev Azərbaycana daha böyük uğurlar qazandıracaq

 

 

 

Bu gün Azərbaycan regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm icraçısıdır. Bu layihələr bizə sülh, davamlı inkişaf, vətəndaşlara rifah gətirir. Onlardan böyük bir coğrafiyada yaşayan insanlar da faydalanırlar. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir.

Mürəkkəb, ziddiyyətlərlə dolu dünyamızda dövlətin belə bir inkişaf xəttini qoruyub saxlamaq, yaranmış reallıqları yeni fürsətlərə çevirmək, toqquşan maraqlar arasında tarazlığı təmin etmək ölkə rəhbəri üçün böyük bacarıqdır. Digər tərəfdən, dövrünün bütün qüdrətli liderlərinin uğurunu şərtləndirən əsas cəhətlərdən biri məhz strateji düşüncə, zamanın axarını duymaq bacarığı gələcəyə hazır olmaq əzmidir. Onda bütün qeyri-müəyyənliklər hazırlıqla qarşılanır, yaranmış fürsətlər anında dəyərləndirilərək reallaşdırılır, hətta ortaya çıxan çətinliklər belə yeni imkanlara çevrilir. Bu baxımdan Prezident İlham Əliyevin xüsusilə xarici ölkələrin media qurumlarına verdiyi müsahibələr ölkə həqiqətlərinin beynəlxalq auditoriyaya düzgün çatdırılması, Azərbaycanın informasiya müharibəsində üstünlüyü üçün son dərəcə önəmlidir.

Bu günlərdə dövlətimizin başçısının "Euronews" televiziyasına verdiyi müsahibə ölkəmizin regionda yaratdığı yeni reallıqların, mövcud gələcək inkişaf proseslərindəki rolunun, sabaha strateji baxışının dünyaya çatdırılması baxımından  geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

 

 

 

Sülh üçün beş təməl prinsipi

 

 

 

Öncə qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz geosiyasi məkanının aparıcı dövləti, əsas söz sahibidir. Xüsusilə son onilliklərdə ölkəmiz çox mühüm uğurlar qazanmış, başqa dövlətlərlə ikitərəfli münasibətlərə, eləcə regionumuzun geostrateji təhlükəsizliyinə əhəmiyyətli töhfələr vermişdir. Vətən müharibəsindəki tarixi qələbəmizlə Azərbaycan bölgədə yeni bir reallıq yaratmışdır. Bu reallıqla Cənubi Qafqazın böyük bir inkişaf yolu, yerləşdiyimiz coğrafiyada çox geniş əməkdaşlıq, qarşılıqlı fayda mühiti başlanır. Azərbaycan belə bir gerçəklikdə inkişaf proseslərinə  istiqamət verən, bölgəmizdəki sülh, təhlükəsizlik, dayanıqlı inkişaf mühitinin qoruyucusu missiyasını yerinə yetirən mövqeyini daha da möhkəmləndirir. Müstəqil dövlətimiz beynəlxalq strateji tərəfdaş kimi qlobal məkanda getdikcə daha böyük nüfuz qazanır.

Hazırda regionla bağlı beynəlxalq ictimaiyyəti maraqlandıran əsas məsələlərdən biri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Ermənistanla mümkün sülh sazişinin imzalanması barədə olduğundan dövlətimizin başçısına verilən sualların müəyyən bir qismi məhz bu istiqaməti əhatə edirdi.  

Ölkəmizin işğaldan etnik təmizləmədən əziyyət çəkməsi, bir milyon azərbaycanlının Ermənistan hökuməti tərəfindən deportasiya edilməsi təxminən sahəsi 15 min kvadratkilometr olan ərazinin dağıdılması faktını diqqətə çatdıran Prezident İlham Əliyev bütün bunlara rəğmən onu da bildirdi ki, sülh sazişini imzalamaq delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə yenə Azərbaycandır. Dövlət rəhbərimiz xüsusi vurğuladı ki, hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan Azərbaycanla razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.

Prezident İlham Əliyev sülh sazişinin şərtlərinə bir daha diqqət yönəltdi. Nəzərə çatdırdı ki, Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bunlar bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması münasibətlərin normallaşması. Bu şərtlərin hər biri beynəlxalq hüquqa əsaslanır.

Dövlət rəhbərimiz rəsmi İrəvanın sülh sazişinə Azərbaycanda erməni azlığı məsələsini daxil etmək cəhdlərinə münasibət bildirdi. Bir daha xatırlatdı ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çox olub təxminən 300 min insanı təşkil edib. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, onda biz otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik: "Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur".

Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan dövləti Qarabağ ermənilərinin yaşadıqları yerdə qalması istəyində olub. Bunu verilmiş ictimai bəyanatlar sonradan atılmış addımlar da göstərir. Azərbaycanın ermənilərin reinteqrasiyası üçün elektron qeydiyyat portalını yaratması, qayıtmaq istəyən hər kəsə belə bir hüququn verilməsi buna nümunədir. Azərbaycan dövləti onların mülkiyyətini lazımi şəkildə qoruyur, həmçinin bütün tarixi dini yerləri mühafizə edir.

Dövlətimizin rəhbəri Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğunu, burada bir çox etnik qrupların yaşadığını bu etnik qrupların bəzilərinin, onlara mənsub insanların Qarabağdakı erməni əhalidən qat-qat çox olduğunu, onların hamısının sülh içində yaşayıb, bütün hüquq təminatlardan faydalandıqlarını vurğuladı. Müsahibəsində Prezident İlham Əliyev qeyd etdi ki, Qarabağ ermənilərinin hüquqları da təmin olunacaq. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə orada yaşamaqda davam edə bilərlər. Azərbaycan Prezidenti tam ədalətli beynəlxalq hüquqa əsaslanmış belə bir yanaşmanı da bölüşdü ki, əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtsa, o, Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək. Prezident İlham Əliyev bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisinin heç bir problem olmadan yaşadığını, ermənilərin azərbaycanlıların Rusiyada, Ukraynada bir yerdə, Gürcüstanda hətta eyni kəndlərdə yaşadıqlarını diqqətə çatdırdı.

 

 

 

Ölkəmiz müstəqil siyasətinə davam edəcək

 

 

 

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın həyata keçirdiyi səmərəli xarici siyasətlə bağlı da bəzi fikirlərini bölüşdü, ölkəmizin qonşularla münasibətlərinin dostluğa, qarşılıqlı marağa əsaslandığını bildirdi. Eyni zamanda qeyd etdi ki, bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Həmçinin Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri həmrəylik tərəfdaşlıq nümunəsidir.

Azərbaycan Prezidenti bəyan etdi ki, dövlətimiz beynəlxalq arenada müstəqil siyasət yürütməkdə davam edəcək. Prezident İlham Əliyev ölkəmizin artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyini, 120 üzv ölkənin ümumi rəyinə əsasən, Azərbaycanın Qoşulmama Hərəkatına yeni ölçü dinamika verməkdə önəmli rol oynadığını diqqətə çatdırdı. Beynəlxalq birliyin 200-dən artıq ölkədən ibarət olduğunu bu ölkələrin əksəriyyətinin Azərbaycanı dəstəklədiyini vurğuladı. Qeyd edək ki, ötən dörd ildə Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Qurumun parlament gənclər platformaları yaranıb, hazırda qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılmaqdadır. Bundan başqa, Azərbaycan COVID pandemiyası məsələsi ilə bağlı çox böyük fəallıq göstərərək 80-dən çox ölkəyə yardım göstərib. Qoşulmama Hərəkatında sədrlik statusu Azərbaycana öz səmərəli siyasətini, imkanlarını nümayiş etdirməyə şərait yaradıb.

Azərbaycan bu gün bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir bu əməkdaşlığın real nəticələri göz önündədir. Ölkəmizi istənilən rəqabətdən, geosiyasi mübarizədən ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici daxili siyasətə malik ölkədir bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən daxili işlərə müdaxilədən qorumaqdır. Prezident İlham Əliyev bəyan etdi ki, hazırda Azərbaycanın daxilində risklər yoxdur. Ölkəmiz çox sabit siyasi sistemə malikdir, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra milli birliyimiz daha da güclənmişdir. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələr, özünü təmin edən iqtisadiyyat ölkədəki siyasi sabitlik birlik - bütün bu amillər Azərbaycanda daxili risklərin olmadığını göstərir.

 

 

 

Azərbaycan bütün xarici borclarını qısa müddətdə ödəyə bilər

 

 

 

Dövlətimizin başçısı İlham Əliyev onu da vurğuladı ki, sabitlik olmasa, investisiya, iqtisadi inkişaf təhlükəsizlik olmaz. O, SPECA Proqramına üzv olan bütün ölkələrlə Azərbaycanın hazırda mükəmməl əlaqələrinin olduğunu, ölkəmizin Mərkəzi Asiyada, Mərkəzi Asiyanın isə Azərbaycanda investisiyalarının durmadan artdığını bildirdi. Son iki ildə Azərbaycan bütün Mərkəzi Asiya ölkələri arasında Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir.

Prezident İlham Əliyev o faktı da yada saldı ki, Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verilib. Yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu bundan sonra da davam etdiriləcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycan böyük potensiala malikdir. Avropada Azərbaycan qazına böyük ehtiyac var bu ehtiyac getdikcə artmaqdadır. Eyni zamanda bərpaolunan enerji mənbələri birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Azərbaycan Prezidenti ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş-elektrik stansiyasının açılışının olduğunu, növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş külək enerjisinin istehsalının planlaşdırıldığını diqqətə çatdırdı. Eyni zamanda bildirdi ki, enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid etsə , ölkəmizin neft hasilatı ixracı hələ bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan "Cənub qaz dəhlizi"nin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaradıb. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya Rumıniyaya qaz ixrac etməkdədir.

Neft qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən ölkəmizin iqtisadi artımı nisbətən zəif olsa da, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb bu, çox əhəmiyyətli nailiyyətdir. Bu nailiyyəti təmin edən aparılmış məqsədyönlü islahatlardır. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox  sərmayə cəlb edilib. Ölkəmiz iqtisadiyyatı şaxələndirməyə, neft qaz sektorundan asılılığı azaltmağa nail olub. Azərbaycanın logistika imkanlarından istifadə mənfəətin artımında mühüm rol oynayacaq. Belə ki, "Şimal-Cənub" "Şərq-Qərb" nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözlənilir. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir.

Azərbaycan Prezidenti müsahibəsində onu da qeyd etdi ki, 2030-cu il üçün baxışımızın əsas hədəfi strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli xarici investisiyaların qoyuluşundan ibarətdir. Ölkəmizin xarici borcunun səviyyəsi hər il azalır. Hazırda bu rəqəm ÜDM-in 10 faizindən azdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Ölkəmiz belə bir göstərici ilə tez bir zamanda öz xarici borclarını ödəmək iqtidarındadır. Dünyada bunu edə biləcək ölkələrin sayı o qədər çox deyil.

Cənab İlham Əliyev işğal dövründə iqtisadiyyatımızın inkişaf etdiyini, indi isə ərazi bütövlüyümüzü suverenliyimizi tam bərpa etdiyimizi vurğuladı. Hazırda büdcədə daha çox vəsaitin toplanması üçün genişmiqyaslı iqtisadi islahatlar aparıldığını qeyd etdi, həmçinin gömrük vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatların həyata keçirildiyini bildirdi.

Azərbaycan Prezidenti onu da diqqətə çatdırdı ki, yaxın dövrlərdə əsas dövlət xərcləri azad edilmiş Qarabağa Şərqi Zəngəzura yönləndiriləcək. Çünki keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına sosial infrastruktura böyük vəsait yatırılmalıdır.

Düşünülmüş sosial siyasət sayəsində son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.

Bütün bunlar son 20 il ərzində həyata keçirilən məqsədyönlü daxili xarici siyasətin, inkişaf layihələrinin həyatımıza gətirdiyi nailiyyətlərdir. Azərbaycan bu nailiyyətləri daha da möhkəmləndirəcək, strateji inkişaf xəttini davam etdirərək daha böyük uğurlar qazanacaq.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2023.- 17 dekabr, ¹ 278.- S.4.