YAP-ın
qərarı xalqın
istəyinin ifadəsidir
"Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş
iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi yalnız
720 min üzvü olan bir siyasi
təşkilatın yox,
bütövlükdə 10 milyonluq
Azərbaycan xalqının,
hətta 50 milyonluq azərbaycanlı kimliyinin
təkidli tələbidir.
Yaranışı belə
ictimai-siyasi zərurətdən
doğan və Heydər Əliyev şəxsiyyətinin işığında
formalaşan bir təşkilatın bu gün öz qərarını xalqın
tələbi əsasında
qəbul etməsi təbiidir və çox müdrik yanaşmadır".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Bəhruz Məhərrəmov
deyib. Deputat bildirib ki, ölkəmizdə
son 105 ildə ictimai-siyasi formasiya 3 dəfə dəyişib,
Azərbaycan sabit inkişaf dövrünə
isə məhz ötən əsrin
60-cı illərinin sonunda,
Ulu Öndər ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra qədəm qoyub: "Hətta ozamankı ittifaq çərçivəsində
belə tam şəkildə feodal təfəkkürdən çıxa
bilməyən cəmiyyətdə,
iqtisadi gerilik və zəngin tarixi-mədəni irsin ərimək üzrə olduğu bir dövrdə Ulu Öndər Azərbaycana yeni nəfəs verib. Dahi liderin
siyasi hakimiyyətdən
6 illik kənarlaşdığı
dövr isə Azərbaycan tarixinin ən ağır və utancverici keçid dövrünə
çevrilib. Bütün
bu yaşananlar xalqın gen yaddaşına çevrilib
və bu gün üzərindən
yarım əsr keçməsinə baxmayaraq,
hər bir azərbaycanlı Heydər
Əliyev siyasi kursunun əhəmiyyətini,
bu kursun davamlılığının ümummilli
zərurət olduğunu
dərk edir".
Bəhruz Məhərrəmov
əlavə edib ki, bu kursun
parlaq davamçısı,
milli özünüdərki
və inkişafı yeni mərhələyə
yüksəltmiş İlham
Əliyev şəxsiyyətinin
rolu nəinki Azərbaycan xalqı, Cənubi Qafqaz başda olmaqla, bütün regionumuzda təsirli iz buraxmaqdadır. Siyasi suverenliyimizin möhkəmlənməsinə,
tam iqtisadi müstəqilliyə nail olunmasına, ərazi bütövlüyünə, sərhəd
toxunulmazlığına, beynəlxalq
hüquqla tanınan bütün ərazilərimizdə
konstitusiya quruluşunun
bərqərar olunmasına
məhz Prezident İlham Əliyevin rəhbərliyi altında
nail olunub. Əsrlərdir məğlubiyyətlərə
adət etmiş, itkilər verməkdə davam edən bir toplumdan qalibiyyət
anlayışını unutmuş
bir xalqdan müzəffər topluma möhtərəm İlham
Əliyevin sayəsində
çevrilə bilmişik.
Bu xalq məhz
Heydər Əliyev siyasi kursuna sadiq qalan Prezident
İlham Əliyevin qətiyyəti ilə 3 il ərzində düşməni 2 dəfə
kapitulyasiyaya məcbur
edən qalibə çevrilib.
Deputatın sözlərinə
görə, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, həyata keçirilən iqtisadi və siyasi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan tarixinin ən güclü dövrünə qədəm
qoyub: "Bu mənada qədirbilən Azərbaycan xalqı və səs hüququna malik 720 min siyasi fəal
vətəndaşının birləşdiyi bir partiyanın da növbədənkənar prezident
seçkilərində iradəsinin
məhz cənab İlham Əliyevin üzərinə fokuslanması
çox təbiidir. Məlumdur ki, dövlət müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü
qorumaq bizim 6 ali konstitusion niyyətimizdən biridir. Azərbaycan öz müstəqilliyini bərpa
etdiyi 32 il ərzində, daha dəqiq desək, real müstəqilliyimizin
30-cu ilində biz, nəhayət ki, ilk dəfə olaraq bəyan edə bilirik ki, Azərbaycan Müzəffər Ali Baş Komandanının qətiyyəti sayəsində
bütün aspektlərdə
müstəqilliyini, ərazi
bütövlüyünü təmin etmiş, bütün suveren ərazilərində Konstitusiya
quruluşunu bərqərar
etmiş dövlətdir".
Zəfərimizlə yeni reallıqların yarandığını, tələblərimizin
və prioritetlərimizin
dəyişdiyini vurğulayan
B.Məhərrəmov deyib:
"Bizim böyük
quruculuq və bərpa, xüsusən Qarabağ və Şərqi Zəngəzura
həyatın qaytarılması,
bütövlükdə vətəndaşların
sosial rifahının yaxşılaşdırılması, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin
edilməsi, sabitliyin və təhlükəsizliyin
davamlılığının qorunması kimi hədəflərimiz var. Prezident İlham Əliyevin özünün
də ifadə etdiyi kimi, "İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici,
yeni mərhələsindəyik".
Bu gün tam yeni inkişaf
dövrünə qədəm
qoyduğumuz qalib və qüdrətli Azərbaycanda isə Heydər Əliyev siyasi kursuna və şəxsən İlham Əliyevin siyasi təfəkkürünə,
onun müzəffər
rəhbərliyinə əvvəlki
dövrlərdən daha
çox ehtiyac var".
Deputat sonda Azərbaycan xalqının
Ümummilli Liderinin siyasi kursunun, cənab İlham Əliyev siyasətinin alternativi olmadığını
yaxşı bildiyini qeyd edib. Əminik
ki, fevralın 7-də
müdrik xalqımız
bizi qələbədən-qələbəyə
aparan, Azərbaycanı
tarixinin ən güclü və qalib dövlətinə çevirən Müzəffər
Liderinə özünün
minnətdarlıq borcunu
ifadə edərək
firavan və təhlükəsiz gələcəyinə,
Heydər Əliyev siyasi kursuna dəstək verəcək.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
17 dekabr, № 278.- S.5.