Azərbaycan
müəllimlərinin XVI qurultayı
başa çatıb
Ümummilli Lider
Heydər Əliyevin
100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin
XVI qurultayı başa
çatıb.
AZƏRTAC xəbər verir ki, qurultayın
ikinci günündə
Prezident İlham Əliyevin təbrik məktubunda əksini tapan konseptual müddəalar ətrafında
çıxışları və plenar sessiyalarda irəli sürülən təklifləri
nəzərə alaraq
qətnamə qəbul
edilib.
Daha sonra Prezident İlham Əliyevin Sərəncamı
ilə təsdiq edilmiş 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər
planının icrası
ilə əlaqədar
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
24 iyun tarixli Sərəncamı ilə
ali təhsilin bakalavriat səviyyəsində
əyani formada təhsil alan, təhsildə yüksək
nailiyyətləri olan
100 tələbəyə “Heydər
Əliyev adına təqaüd” təqdim olunub.
Qurultay bədii
hissə ilə davam edib.
İki gün davam edən qurultayda “Ümummilli Lider
Heydər Əliyev və
Azərbaycan təhsili”,
“İşğaldan azad
edilmiş ərazilərə
“Böyük Qayıdış”,
“Azərbaycan dili yeni çağırışlar müstəvisində”,
“Rəqəmsallaşma, süni
intellekt və təhsilin transformasiyası”,
“Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə
təhsili və gələcək üçün
bacarıqlar”, “Müəllim
hazırlığı və
müəllimlərin peşəkar
inkişafının prioritet
məsələləri”, “Elm və ali təhsilin
inteqrasiyası”, “Sağlamlıq
imkanları məhdud şəxslərin təhsilə
cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin
məzmunu və əhatə dairəsinin genişləndirilməsi”, “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə
görüş”, “İbtidai
təhsildə öyrənmə
və öyrətmə
müxtəlifliyi”, “Azərbaycan
dili və ədəbiyyat fənlərinin
tədrisinə yeni yanaşmalar”,
“Müasir dövrdə
təbiət fənlərinin
tədrisi”, “Müasir
dövrdə riyaziyyat
fənninin tədrisi”,
“Tarix və coğrafiya fənlərinin
tədrisinə yeni baxış”,
“Xarici dillərin öyrənilməsi: yeni imkanlar”,
“İncəsənət, texnologiya
və fiziki tərbiyə fənlərinin
kamil şəxsiyyətin
formalaşmasında rolu”,
“İnnovativ layihələr:
STEAM, “Rəqəmsal bacarıqlar”
və s. mövzularda panellərdə müzakirələr
aparılıb.
Azərbaycan müəllimlərinin
ilk qurultayı 1906-cı ildə
keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə
Azərbaycan müəllimlərinin
4 qurultayı keçirilib.
Azərbaycan.-2023.-
17 dekabr, ¹ 276.- S.2.