“Diplomatik
Protokol Bələdçisi”
təqdim olunub
Dekabrın 16-da Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması çərçivəsində
Xarici İşlər
Nazirliyi tərəfindən
hazırlanan yeni “Diplomatik Protokol Bələdçisi”nin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, ADA Universitetində təşkil olunmuş tədbirdə
Xarici İşlər Nazirliyinin nümayəndələri,
xarici ölkələrin və beynəlxalq təşkilatların
Azərbaycanda akkreditə olunmuş diplomatik
missiyalarının rəhbərləri və əməkdaşları
iştirak edib.
Tədbirdə
çıxış edən XİN-in Dövlət protokolu
idarəsinin rəisi Anar Nəcəfli xarici ölkələrin
və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə
olunmuş diplomatik missiya üzvlərinin immunitet və
imtiyazlarının əks olunduğu “Diplomatik Protokol Bələdçisi”
barədə məlumat verib.
Qırx
bölmədən ibarət bələdçidə
akkreditasiya qaydalarının, vergi və gömrük güzəştlərinin
və digər diplomatik immunitet və imtiyazların öz əksini
tapdığı vurğulanıb. Bələdçinin
elektron formatda və kitab şəklində
dərc olunduğu qeyd edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə
ölkəmizə rəhbərlik
etdiyi dövrdə Azərbaycanın xarici siyasətinə dair videoçarx təqdim olunub.
Tədbirdə çıxış
edən Xarici İşlər Nazirliyinin
Asiya idarəsinin rəisi Ramil Rzayev 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələn
zaman ölkəmizin ərazisinin bir hissəsinin işğal altında olmasına, dərin iqtisadi çətinliklərlə üzləşməsinə
baxmayaraq, Ulu Öndərin Azərbaycanda
qısa müddətdə
siyasi böhrana son qoyulduğunu,
1998-2003-cü illərdə apardığı uğurlu
xarici siyasət sayəsində respublikamızın
xarici ölkələrin
etibarlı tərəfdaşına
çevrildiyini və
beynəlxalq münasibətlər
sistemində öz layiqli yerini tutduğunu vurğulayıb.
Bu baxımdan “Diplomatik Protokol Bələdçisi”nin Ulu Öndərin anadan olmasının 100 illik yubileyi dövründə hazırlanmasının
xüsusi əhəmiyyət
daşıdığını diqqətə çatdırıb.
Daha sonra
çıxış edən Xarici İşlər Nazirliyinin
Dövlət protokolu idarəsinin rəis müavini
Rövşən Hüseynzadə “Diplomatik Protokol Bələdçisi”ndə
əks olunan diplomatik immunitet və imtiyazlar ilə
bağlı tədbir iştirakçılarına ətraflı
məlumat verib, iştirakçıların suallarını
cavablandırıb.
Azərbaycan.-2023.-
17 dekabr, ¹ 276.- S.2.