Sahibkarların
dostu, özəl sektorun güvənci
Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar sayəsində
özəl bölmənin
payı ÜDM-də
83,5, məşğulluqda 78 faizdir
Liberal bazar iqtisadiyyatı yolunu seçmiş digər ölkələrdə olduğu
kimi, Azərbaycanda da özəl sektor əsas real qüvvə hesab edilir. Aparılan
islahatlar, qəbul edilən qərarlar sayəsində sahibkarlıq
sürətlə inkişaf
edərək ölkənin
iqtisadi gücünü
artırır. Xüsusən
son illər Azərbaycanda biznes fəaliyyəti getdikcə
genişlənir.
İş adamlarımız
ölkədə olduğu
kimi, onun hüdudlarından kənarda
da mühüm layihələrin reallaşmasında
iştirak edir, iqtisadiyyatın müxtəlif
sahələrinə inamla
investisiya yatırır,
dünya çapında
etibarlı tərəfdaş
kimi tanınırlar. Yeri gəlmişkən, qeyd edək ki, aparılan ciddi islahatlar, tətbiq edilən yeni qanunlar sayəsində
Azərbaycanda sahibkarlıq
fəaliyyəti ilə
fəal məşğul
olanların sayı hazırda 683 mini keçmişdir. Özəl
bölmənin ÜDM-də
payı 83,5, məşğulluqda
isə 78 faizə yaxınlaşmışdır. 20 il ərzində Sahibkarlığın İnkişafı
Fondu tərəfindən
sahibkarlıq subyektlərinin
investisiya layihələrinin
maliyyələşdirilməsinə 2,83 milyard manat güzəştli
kredit verilmiş, bu layihələr hesabına 178 mindən çox yeni iş yeri açılmışdır.
Ayrılmış güzəştli
kreditlərin 62,2 faizi
(1,76 milyard manat) regionların payına düşmüşdür. Bunlardan
əlavə, sahibkarlara
dəyəri 115 milyon
manatdan çox olan vergi güzəştləri
paketi təqdim edilmişdir.
Hazırda ölkə
üzrə sahibkarlıq
subyektlərinin 99,6 faizi
mikro, kiçik və orta sahibkarlıq
(KOB) subyektləridir. Əgər
əvvəllər onların
üzləşdiyi ən
böyük çətinliklərdən
biri lisenziyaların alınması ilə bağlı idisə, indi bununla bağlı
heç bir çətinlik yoxdur. Artıq xeyli vaxtdır sahibkarlara lisenziyalar "ASAN xidmət"
mərkəzləri və
"KOB evləri" vasitəsilə
verilir.
Bütün bunların
sayəsində Dünya
İqtisadi Forumunun
"Qlobal Rəqabətlilik
İndeksi" hesabatında
ölkəmiz 141 ölkə
arasında 58-ci mövqedə
qərarlaşmışdır. Azərbaycan bu hesabatda 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri
arasında lider mövqelərə yüksəlmiş,
Cənubi Qafqaz regionunda isə birinci olmuşdur.
Azərbaycanın iqtisadi
islahatlarda daha ciddi uğurlar qazanmasını təsdiq
edən digər rəqəmlər də mövcuddur: son 20 il ərzində sənayedə məhsul istehsalının dəyəri
4 milyard manatdan 86,4 milyard manatacan artmışdır. Sənaye
məhsullarının ümumi
həcmində özəl
sektorun payı 2002-ci ildə 54,9 faiz idisə, 2022-ci ildə bu rəqəm 87,6 faizə çatmışdır.
Daha maraqlısı odur ki, 2002-2022-ci illərdə ölkənin
qeyri-neft-qaz sənayesində
istehsalın dəyəri
4,3 dəfə artaraq
1,6 milyard manatdan 17,7 milyard manata qalxmışdır.
Bu artımlarda
birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə
yaradılan sənaye zonalarının - sənaye
parkları və məhəllələrinin xüsusi
payı var. İndi ölkədə Sumqayıt Kimya, Balaxanı, Mingəçevir,
Qaradağ, Pirallahı,
Ağdam və Cəbrayıl rayonunda sənaye
parkları, Neftçala,
Masallı, Hacıqabul,
Sabirabad və Şərurda sənaye məhəllələri fəaliyyət
göstərir. Cari ilin birinci yarısında
sənaye zonalarında
fəaliyyət göstərən
müəssisələr tərəfindən
1,4 milyard manatlıq məhsul istehsal olunaraq satılıb ki, bunun da
33,2 faizi xarici ölkələrə ixrac
edilib.
Sözügedən sahə
ilə bağlı onu da xatırladaq
ki, təşviq edilmiş layihələrin
icrası nəticəsində
ölkədə yeni məhsullar istehsal edən müəssisələr
yaradılmış, Prezidentin
20 dekabr 2022-ci il tarixli fərmanı ilə əvvəlki illərin təcrübəsi
nəzərə alınmaqla
investisiya təşviqi
mexanizmi təkmilləşdirilmişdir.
Bu gün dövlət başçısının
tapşırığına əsasən, ölkə ərazisində aqroparklar da yaradılır. Artıq 32 rayonda
239,3 min hektar ərazisi və layihə dəyəri 2,4 milyard manat olan
51 aqropark yaradılmışdır.
Onların 46-sı fəaliyyətə
başlamışdır. Aqroparkların
yaradılmasına isə
indiyədək sahibkarlar
tərəfindən 1,5 milyard
manatdan çox investisiya qoyulmuşdur.
Aqroparklardan söz
düşmüşkən onu da qeyd
edək ki, ümumilikdə 4 dövlət
regional inkişaf proqramı üzrə bölgələrə yatırılmış
investisiyaların həcmi
104 milyard manatdır.
2022-ci ildə regionlar
üzrə məhsul buraxılışının nominal
həcmi 2003-cü ilə
nisbətən 13,5 dəfə
böyümüş, əhalinin
nominal gəlirləri
10,5 dəfə artmışdır.
2004-cü ildən bəri
regionlarda 52 mindən artıq yeni müəssisə yaradılmış,
yüz minlərlə
iş yeri açılmışdır.
Bütün bunlar
sözsüz ki, Prezident İlham Əliyevin ayrılıqda
götürülmüş hər bir sahənin
sürətli inkişafına
hesablanan qərarları
və təşəbbüsləri
hesabına mümkün
olmuşdur.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2023.-
17 dekabr, № 276.- S.6.