Tbilisidə
"Qərbi Azərbaycana
Qayıdış beynəlxalq
müstəvidə" mövzusunda
forum baş tutub
Dekabrın 16-da Tbilisidə
"Qərbi Azərbaycana
Qayıdış beynəlxalq
müstəvidə" mövzusunda
forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forum
çərçivəsində Tbilisidəki M.F.Axundzadə
adına Azərbaycan Mədəniyyəti Mərkəzinin
Sərgi qalereyasında
Qərbi Azərbaycanda
ermənilər tərəfindən
dağıdılan mədəni
irsimizi əks etdirən fotolardan ibarət sərgi açılıb.
Tədbir iştirakçıları
əvvəlcə sərgini
ziyarət ediblər.
Sonra tədbirdə
Azərbaycanın və
Gürcüstanın Dövlət
himnləri səsləndirilib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi
bütövlüyü uğrunda
canlarından keçən
qəhrəmanların xatirəsi
birdəqiqəlik sükutla
yad olunub.
Tədbirin təşkilatçısı
"Gənclərin Təşəbbüsünə
və İnkişafına
Dəstək" İctimai
Birliyinin sədri Toğrul Allahverdili çıxışında bildirib
ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan
soydaşlarımız, eləcə
də Qərbi Azərbaycandan olan soydaşlarımızla Qərbi
Azərbaycana Qayıdış
Konsepsiyasını müzakirə
etmək, gürcü
politoloqların, tarixçilərin
məsələ ilə
bağlı fikirlərini
öyrənməkdir.
Azərbaycanın Gürcüstandakı
səfirliyinin müşaviri
Eldar Bayramov çıxışında Cənubi
Qafqazda yaşayan azərbaycanlıların və
gürcülərin dövlətçilik
tarixindən danışıb,
ermənilərin bu bölgəyə sonradan köçürülmələrini sübut edən faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni
işğalından azad
edildiyini, ölkəmizin
ərazi bütövlüyünün
tam təmin edildiyini diqqətə çatdırıb. Bildirib
ki, Azərbaycan daim sülhün və əmin-amanlığın
tərəfdarı olub.
Lakin bəzi separatçı qüvvələr
regionda sülhü pozmağa çalışıblar
və Azərbaycan, əslində, onların bu cəhdlərinin qarşısını alıb,
regionda davamlı sülhün təmin olunması üçün
bütün ilkin zəruri tədbirləri görüb. Bu tədbirlər qərbi azərbaycanlıların öz
torpaqlarına qayıtmaq
ümidlərini artırıb
və onlar inanırlar ki, bu gün heç
də uzaqda deyil.
Deputat dost və qardaş Gürcüstanın və
gürcü xalqının
da regionda sülhün bərpa olunmasına çalışdığını
qeyd edib. Bildirib ki, məhz
Azərbaycan, Gürcüstan
və Türkiyə birliyi nəticəsində
buna nail olacağıq.
Sonra Azərbaycan
Respublikası Gənclər
Fondunun icraçı
direktorunun müavini Orxan Ərəbov,
KOBİA yanında ictimai
şuranın sədri
Fərhad Qaraşov və başqaları çıxış edərək
mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Forum panel
iclaslarda işini davam etdirib.
"Cənubi
Qafqazda sülh quruculuğu və separatizmə qarşı
birgə fəaliyyət" mövzusunda keçirilən
birinci paneldə İvane Cavaxişvili adına Tbilisi Dövlət
Universitetinin Gürcüstan Tarixi İnstitutunun dosenti Nikoloz
Cavaxişvili, professor Ramiz Bəkirov, gürcü
tarixşünas, professor Tengiz Malania, Gürcüstan Azərbaycanlıları
Konqresinin sədri Hüseyn Yusifov çıxış edərək
fikirlərini bölüşüblər.
"Gürcüstanın
işğal olunmuş ərazilərindən və Qərbi Azərbaycandan
məcburi deportasiya edilmiş şəxslərin geri
dönüş prosesi" mövzusuna həsr olunmuş ikinci
paneldə isə Azərbaycan Mətbuat Şurasının
İdarə Heyətinin üzvü Aqil Ələsgər,
Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı, politoloq, Beynəlxalq
Münasibətlər Akademiyasının rəhbəri,
Gürcüstan-Azərbaycan Münasibətlərinin
İnkişafı Fondunun baş direktoru Simon Kopadze, jurnalist
Ceyhun Məhəmmədəli çıxış edərək
məsələ ilə bağlı fikirlərini
bölüşüblər.
Qeyd edək ki,
"Gənclərin Təşəbbüsünə və
İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı,
Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmi
tərəfdaşlığı, Gənclər Fondunun dəstəyi
ilə keçirilən tədbirdə Azərbaycanın və
Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları,
Milli Məclisin deputatları, tarixçi alimlər, siyasətçilər
və ictimai xadimlər iştirak ediblər.
Sonda forum
iştirakçıları adından bəyanat qəbul
olunub.
Bəyanat beynəlxalq
təşkilatlara və Gürcüstanda fəaliyyət
göstərən diplomatik nümayəndəliklərə
göndəriləcək.
Azərbaycan.-2023.-
17 dekabr, № 276.- S.7.