Vəhşi
ermənilərin insanlığa
sığmayan vandallıqları
Qəbirləri eşib ölülərimizin
qızıl dişlərini
sökənlərə başqa
nə ad verəsən
Bəzən deyirlər
ki, daşlar da danışır. Bu sözü eşitdiyimiz ilk dəqiqələrdə ona
inanmağımız gəlmir.
Hələ öz-özümüzə
sual da veririk
ki, necə yəni daşlar danışır? Sonra hansısa mənzərə
və ya bir hadisə ilə qarşılaşanda
görürük ki, sən demə, daşların danışması
doğru imiş. Sükutla, səssizliklə
baş-başa qalıb
susa-susa danışırmış.
Zəngilan rayonunda
ezamiyyətdəydik. Verilən
tapşırıqları yerinə
yetirdikdən sonra yaranmış boş vaxtdan istifadə edib əzizlərimizin, doğmalarımızın məzarını
ziyarət etmək üçün qəbiristana
üz tutduq. Bir vaxtlar axarlı-baxarlı
olmuş, indi yetim uşaq kimi boynunu bükmüş
küçələrdən keçib ölülərimizin
uyuduğu məkana gedirik. Ətrafda gördüyümüz mənzərələrdən
ürəyimiz ağrıyır,
qəlbimiz göynəyirdi.
Ermənilər o böyüklükdə
rayon mərkəzində
nə bir salamat ev, nə
də bir bina qoyublar. Hər yeri uçurublar,
dağıdıblar, viran qoyublar. Sanki burada doqquz baldan
da güclü zəlzələ baş verib. Ev ev
üstə dayanmayıb,
daş daş üstə qalmayıb.
Belə üzücü
mənzərələri seyr
edə-edə rayon mərkəzini keçib bir az yuxarı
qalxandan sonra çala-çökəkli torpaq
yollarla qəbiristanlığa
gəlib çatırıq.
Burada gördüyümüz
mənzərələr rayon
mərkəzindəkindən daha dəhşətli, daha üzücüdür.
Ermənilər rayon sakinlərini doğma ocaqlarından didərgin salandan sonra evləri qarət ediblər, talayıblar, yağmalayıblar. İşlərinə
yarayan nə varsa, xırda əşyalarına qədər
maşınlara yükləyib
aparıblar. Bir sözlə, insanlığa
sığmayan vəhşiliklər
törədiblər.
Vandallar dirilərin
var-dövlətini taladıqdan
sonra ölüləri
də rahat buraxmayıblar. İnsanlıq
və bəşəriyyət
tarixinə ləkə
olan daşnaklar qəbiristanlıqda dəhşətli,
tükürpədən vəhşiliklər
törədiblər. Onlar
bu ərazini traktorlarla düzləyiblər.
Yəqin ki, buradan qəbirlərin izini silməyə çalışıblar. Traktorlar
düzləmə işləri
aparanda qəbirlərin
baş və sinə daşlarını
tırtıllarının altına
alaraq parçalayıb.
Başdaşlarından boylanan
şəkillər, üstündəki
yazılar əzik-əzik
olub. Daşnaklar ölülərimizin də
gor evində rahat yatmasına imkan verməyiblər. Böyük ərazisi olan qəbiristanlıqda bir salamat qalmış,
uçurulmamış başdaşı,
sinədaşı tapmaq
mümkün deyil. Bu qaniçən işğalçılar sanki
ölülərimizdən də
qorxublar.
Ermənilər bəzi
qəbirlərin yuxarı
tərəfini goreşən
heyvan kimi qazıq-qazıq ediblər.
Bu qazıntıdan başdaşlarının arxa
tərəfində böyük
və dərin çalalar əmələ
gəlib. İlk baxışda fikirləşirsən
ki, işğalçılar
bu çalaları nə üçün qazıblar, torpağın
bağrını nə
məqsədə yaralayıblar?
Burada nə itiriblər, nə axtarıblar? Xeyli götür-qoydan sonra ağlımıza gəldi ki, ermənilər qəbirlərin
yuxarı hissəsini qızıl tapmaq üçün qazıblar.
Torpağı ölünün
kəllə sümüyünə
çatana qədər
qazıb, dişlərinə
baxıblar. Qızıl
olan dişi kəllə sümüyündən
qoparıb götürüblər.
Bu şərəfsizlər
ölülərimizin hesabına
da varlanmaq istəyiblər. Yaşlılardan
daha çox cavanların qəbirlərini
qazıblar. Güman ediblər ki, yaşlı adamların dişində qızıl
olmaz.
Qəbiristanlıqları dağıtmaq, ölülərin
qızıl dişlərini
kəllə sümüyündən
qoparmaq erməni faşizminin, erməni vandalizminin daha dəhşətli, daha eybəcər bir səhifəsidir. İnanmırıq
ki, Yer üzündə
erməni kimi insanlığa ləkə
olan, belə çirkin hərəkətlər
edən ikinci bir millət olsun. Bunları görəndən sonra deyə bilərik ki, vəhşilikdə, barbarlıqda daşnaklara Yer üzündə tay tapılmaz.
Bu üzücü
mənzərələr bir
anın içində
bizi sarsıtdı. Elə bu sarsıntının
təsiri altında ermənilərin parçalayıb
ətrafa səpələdikləri
qəbir daşlarından
gözlərimizi çəkə
bilmirdik. Daşların
danışdığını bax, bu anlarda
açıq-aydın hiss
etdik. Erməni vəhşiliyinin qurbanı
olmuş daşlar sakitliyə bürünüb
sanki bizimlə pıçıltı ilə
danışırdı. Kədər
və qəm püskürən bu pıçıltılara qulaq
asmaq olduqca dəhşətli idi. Ağrıya dözməyən
lal daşlar dərindən ah çəkə-çəkə erməni vəhşiliyindən, erməni
qəddarlığından danışırdı. İlahi,
bu danışıqlardan
qan qoxusu gəlirdi, acı göz yaşları süzülürdü. Erməni
vəhşiliyi, erməni
vandalizmi parçalanmış
qəbir daşlarının
üstünə hopub
qalmışdı. Vandallar
ölülərimizin gor
evinin üstünə
döşənən daşları
da dağıdıblar,
qırıb parça-parça
ediblər. Yəqin ki, daşnaklar qəbir daşlarımızı
qırmaqla xalqımızın
yüzillik, minillik izini bu yerlərdən
silməyə çalışıblar.
Unudublar ki, qəbir daşlarını
qırmaqla, sındırmaqla
izimizi bu yerlərdən silmək mümkün deyil. Çünki xalqımızın
adı, göstərdiyi
qəhrəmanlıqları, xeyirxah əməlləri,
mədəniyyəti, tikdiyi
qalaları tarixin yaddaşına milyon illər əvvəldən
yazılıb.
Ermənilər bu
iyrənc əməlləri
ilə adlarını
tarixin səhifəsinə
vəhşi bir millət kimi yazıblar. Özlərini bütün dünyaya barbar, qaniçən kimi təqdim ediblər. Onsuz da dünya erməniləri
elə bu cür də tanıyırdı. Ölülərin
gor evini dağıdan, başdaşlarını sındıran,
goreşən vəhşi
heyvanlar kimi qəbirləri qazıb qızıl diş axtaran ermənilərdən başqa nə gözləmək olardı ki?..
Deməli, doğrudan
da, daşlar danışırmış. Amma
danışdıqları çox
kədərli və qəmli idi. Daşların danışdıqları
ermənilərə nifrətlə
dolu idi.
V.MƏMMƏDQULUOĞLU,
Azərbaycan.-2023.-
17 dekabr, № 276.- S.11.