Güclənən
mövqe, artan nüfuz, yüksələn
etimad
Azərbaycan COP29 beynəlxalq konfransına layiqli şəkildə evsahibliyi edəcək
"COP29 beynəlxalq konfransı Azərbaycanda,
Bakıda keçiriləcək.
Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti
dəfə böyük
etimad və böyük hörmət göstərilmişdir.
Biz buna layiqik, biz apardığımız
siyasət nəticəsində
dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır
və biz bu hörməti öz əməlimizlə,
işimizlə, siyasətimizlə
qazanmışıq".
Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi
ilə əlaqədar
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlət
başçısı bir
daha bu konfransın
əhəmiyyətindən, ölkəmizə gəstərilən
böyük etimaddan və görüləcək
işlərdən bəhs
etdi.
İlham Əliyev
konkret olaraq bildirdi ki, müstəqil
siyasət, prinsipial mövqe, beynəlxalq hüquqa bağlılıq,
sədaqət və eyni zamanda ölkə
ərazisində suverenliyin
bərpa edilməsi Azərbaycana olan hörməti daha da artırıb. Bu hadisənin önəmi ondadır ki, bu qərar
antiterror əməliyyatından
iki ay yarım
sonra qəbul olunub və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib.
COP29 konfransının Bakıda keçirilməsi
beynəlxalq aləmin
hər bir üzvünün razılığı
ilə mümkün olub. Yəni burada yekdil mövqe
bir daha özünü göstərib.
Hətta Ermənistan da Azərbaycanın xeyrinə qərar verib.
Maraqlıdır ki,
2 ay öncəyədək
Azərbaycanı öz
ərazilərində antiterror
tədbirləri həyata
keçirdiyi üçün
ittiham edən, ölkəmizə şər-böhtan
atan ölkələr
də xeyrimizə müsbət rəy veriblər. Prezident də bidirdi ki, Azərbaycana qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yox idi. Çünki
Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı,
işğalçılara qarşı
antiterror əməliyyatı
keçirərək beynəlxalq
hüququn aliliyini özü təmin edib. Bəzi Qərb ölkələri,
onların arasında,
təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb. COP29 konfransının
Bakıda keçirilməsi
də bunu bir daha göstərir.
İlham Əliyevin söylədiyi kimi, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar.
Ancaq onlar da bu vəziyyətlə
barışmağa məcbur
olacaqlar.
Prezident dedi ki, bəzi hallarda
beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə
təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün
ölkələridir və
bu ölkələr yekdilliklə Azərbaycana
öz böyük dəstəyini göstəriblər.
Bu, birinci dəfə deyil. Azərbaycan 4 ildir Qoşulmama Hərəkatına
uğurla sədrlik edir. Bu təşkilata
sədrlik etmək 120
ölkənin dəstəyi
ilə mümkün olub. Azərbaycan ona göstərilən etimadı layiqincə doğrultmasaydı, üzərinə
düşən vəzifənin
öhdəsindən gələ
bilməsəydi, dünya
ölkələri COP29 konfransının
Bakıda keçirilməsi
üçün qətiyyən
müsbət rəy verməzdilər. Azərbaycanın
nəinki Qoşulmama Hərəkatına sədrliyi,
eləcə də təşkilatın işinə
verdiyi töhfələr
böyük göstəricidir.
Bütün bunlar ölkəmizin artan beynəlxalq nüfuzuna öz müsbət təsirini də göstərib. Dünya dövlətləri ölkəmizə
böyük etimad göstərirlər.
Azərbaycanın beynəlxalq
toplantılara, forumlara,
hətta idman yarışlarına yüksəksəviyyəli
evsahibliyi dünya tərəfindən təqdir
edilir. Avropa Oyunlarının standartlarını
müəyyənləşdirən, İslam Həmrəyliyi Oyunlarına, siyasi-iqtisadi beynəlxalq forumlara, konfranslara ən layiqli şəkildə evsahibliyi ilə nüfuzunu artıran Azərbaycan indi də COP29-a hazırlaşır.
İlham Əliyevin
də dediyi kimi, irimiqyaslı beynəlxalq tədbirlərin
keçirilməsi ölkəmizin
üzərinə böyük
məsuliyyət qoyur.
Bu sahədəki təcrübə yetərlidir
ki, bu beynəlxalq
konfransı da ən yüksək səviyyədə keçirək.
COP29 dünyada ən
mötəbər beynəlxalq
tədbirlərdən biridir.
Ölkələrin təmsilçiliyi
nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Digər tərəfdən
vaxt da o qədər çox deyil. Ona görə
də Prezident dərhal bütün hazırlıq işlərinə
start verilməsi üçün tapşırıq
verdi.
Qeyd edək ki, bu günədək
ölkəmizdə bir
çox tədbirlər
keçirilsə də,
COP29 bu vaxta qədər keçirilən
tədbirlərlə müqayisəyə
gəlmir. Çünki
COP29-da iştirak üçün
10 minlərlə xarici
nümayəndə ölkəmizə
gələcək, iki
həftə ərzində
Bakı növbəti
dəfə dünyanın
mərkəzinə çevriləcək.
Müəyyən ehtimallara
görə, təqribən
70-80 min xarici qonaq bu müddət
ərzində ölkəmizdə
olacaq.
Hazırlıq işləri
ilə bağlı ciddi göstəriş və tapşırıqlarını
verən İlham Əliyev şübhə etmədiyini bildirdi ki, Azərbaycan COP29 beynəlxalq konfransını
da yüksək səviyyədə keçirəcək.
Bu, ölkəmizin, xalqımızın növbəti
böyük uğuru olacaq. Eyni zamanda
Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və
dünyada hər kəs bir daha
görəcək ki, bizim gündəliyimiz
"yaşıl enerji"
ilə bağlıdır.
"Yaşıl enerji"
növlərinin yaradılması
və dünya bazarlarına nəqli hazırda İlham Əliyevin enerji siyasətinin prioritetidir. Gələn il Bakının qucaq açacağı COP29-da bütün
dünya buna bir daha şahidlik
etmiş olacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
19 dekabr, № 277.- S.5.