Yeni
böyük hədəflərə
hesablanmış addım
Ötən həftə
Yeni Azərbaycan Partiyasının İdarə
Heyətinin genişləndirilmiş
iclası keçirildi
və cənab İlham Əliyevin prezidentliyə namizədliyi
irəli sürüldü.
Qafqazın ən
böyük siyasi təşkilatı olan YAP
bununla da seçki hazırlıqlarına
start vedi. Günün müzakirə
mövzusuna çevrilən
bu məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz
siyasətçilər hesab
edirlər ki, partiyanın bu qərarı labüd idi və gözlənilirdi.
Çünki bunun üçün kifayət
qədər arqumentlər
var.
Milli Məclisin
deputatı Aydın Hüseynov "Azərbaycan"
qəzetinə açıqlamasında
bildirib ki, İlham Əliyevin rəhbərliyi altında
görülən möhtəşəm
işlər, qarşıda
duran vəzifələr
kifayət qədər
zəngindir. Bütün
bunları xalqımız,
dəyərli seçicilər
görür və qarşıdakı illərdə
İlham Əliyevin Azərbaycana rəhbərlik
etməsini istəyirlər.
YAP təkcə ölkəmizdə
deyil, o cümlədən
postsovet məkanında
ən iri partiyalardan biri sayılır. Üzvlərinin
sayı 720 mindən çox olan bir partiyanın namizədi də son 30 ildə Azərbaycanı bütün
bəlalardan, dağılmaqdan,
məhv olmaqdan xilas edən bir siyasi təşkilatın,
eyni zamanda hakim partiyanın təmsilçisi, sədri
olmalı idi. YAP-ın seçimində həm də xalqın tələbi, istəyi və arzusu əsas rol oynayıb.
Aydın Hüseynov
qeyd edib ki, İlham Əliyevin namizədliyinin
irəli sürülməsinin
əsasında onun son 20 ildə ölkəmizə rəhbərlik
etdiyi müddətdə
Azərbaycanın əldə
etdiyi uğurlar və ən böyük problemimiz olan Qarabağ məsələsinin birdəfəlik
həll edilməsi dayanır: "Seçicilər
boş vədə heç vaxt inanmır, çünki bu dəfələrlə sınaqdan çıxarılıb.
Azərbaycan seçicilərini
müstəqilliyimizin ilk
illərində bütün
mənalarda aldadanlar,
"çiçəkli gələcək"
vəd edənlər çox olub. Amma Ulu Öndərimiz
Heydər Əliyev hakimiyyətə gəldiyi
ilk gündən vətəndaşlarla tam açıq danışıb,
problemləri, çətinlikləri
olduğu kimi deyib və bundan
çıxış yollarını
da xalqla birlikdə çözməyi
məqsədəuyğun bilib.
Xalqımız bu səmimiyyətdən çox
uğurlar qazanıb, etibarın, sədaqətin,
sözlə əməlin
bir olduğunu Ulu Öndərimizin timsalında görüb. Ümummilli Liderin sadiq siyasi davamçısı
İlham Əliyev də ata vəsiyyətinə
əməl edərək
verdiyi bütün sözləri, vədləri
həyata keçirib.
"Mən hər bir azərbaycanlının
prezidenti olacağam"
ifadəsi son 20 ildə öz təsdiqini tapıb".
Deputat bildirib ki, Prezident İlham
Əliyev fəaliyyətinin
ilk dönəmində
ölkəmizdə ən
azı 600 min iş yerinin açılacağı vədini
verərək 5 il başa çatmamış
sözünə əməl
edib. Xüsusən gənclərimiz işlə
təmin olunub, xarici əlaqələrimiz
genişlənib. Xalqımız
və dövlətimiz
üçün vacib
sahələr inkişaf
etdirilib, "Əsrin
müqaviləsi" tam
olaraq həyata vəsiqə qazanıb. Azərbaycana xarici sərmayələr hər
gün artmağa başlayıb, ölkəmiz
etibarlı tərəfdaş
kimi tanınıb. Neft kapitalının insan kapitalına çevrilməsini şərtləndirən
amillər tətbiq edilib.
A.Hüseynov ötən
20 ildə əldə
edilən uğurların
sırasında xalqımız
və dövlətçiliyimiz
üçün ən
böyük problemin -
Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
tam olaraq həllini tapdığını
xüsusi qeyd edib. Məğlubiyyət,
itki həmişə acı olur. Keçmiş hakimiyyətlərdən
miras qalan ərazi itkilərimizin bərpası həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin hakimiyyətdə
olduqları müddətdə
prioritet məsələ
olub. Son 20 ildə müxtəlif ölkə və şəhərlərdə Qarabağ
münaqişəsinin sülh
yolu ilə həll olunması üçün İlham Əliyev çoxsaylı görüşlər keçirib,
müzakirələr aparıb.
Amma işğalçılıq
xisləti Ermənistanın
konstruktiv yol tutmasına həmişə
mane olub. Buna görə Ermənistana və onun arxasında duran güclərə mesajlar verilib, müharibə variantı onların yadlarına salınıb.
Deputat xatırladıb
ki, BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsini
yerinə yetirmək istəməyən güclər
ATƏT-in Minsk qrupunda da dişsiz
fəaliyyətləri ilə
yadda qaldılar: "Ermənistanın son təxribatları Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücuma
keçməsinə səbəb
oldu. Tarixə 44 günlük Vətən müharibəsi kimi düşən "Dəmir
yumruq" əməliyyatı
Qarabağımızı və
ətraf rayonları erməni işğalçılarından
azad etməsi üçün kifayət
etdi. İlham Əliyev sərkərdəlik
məharəti ilə
ordumuzu, Prezident kimi xalqı bir araya gətirə
və böyük qələbəni əldə
edə bildi. Ali Baş Komandan
İlham Əliyev xalqın arzusunu gerçəkliyə çevirməklə
yanaşı, həm də ən əsas vəzifəsini - Ata vəsiyyətini yerinə yetirdi. Bu, İlham Əliyevin nəinki 7 fevralda və ondan sonrakı dönəmlərdə də
Azərbaycanın Prezidenti
olacağına əsas
verir. Bu seçim demokratik prinsiplərə tam uyğundur, çünki İlham Əliyev təkcə YAP-ın deyil, Azərbaycan xalqının namizədidir".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
19 dekabr, № 277.- S.7.