YAP-ın
qərarı xalqın
mövqeyinin göstəricisidir
"Yeni Azərbaycan
Partiyasının İdarə
Heyətinin dekabrın
15-də keçirilmiş genişləndirilmiş
iclasında növbədənkənar
prezident seçkilərində
cənab İlham Əliyevin namizədliyinin
irəli sürülməsi
təbii qanunauyğunluqdur.
Ümumxalq partiyası
olan Yeni Azərbaycan Partiyasının
bu qərarı həm də Azərbaycan xalqının
mövqeyinin göstəricisidir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədr müavini Sevinc Fətəliyeva deyib. Onun fikrincə, YAP İdarə
Heyətinin bu qərarı ciddi əsaslara söykənir.
Təsadüfi deyil ki, bu qərar
hər bir fərd tərəfindən
rəğbətlə qarşılanır,
çünki cənab
İlham Əliyevin prezidentliyə namizədliyinin
irəli sürülməsi
bilavasitə sosial sifarişdir.
Komitə sədrinin
müavini vurğulayıb
ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə
yeni mərhələsinə
daxil olub. Bu reallıqların müəllifi də məhz Prezident İlham Əliyevdir. Ərazi bütövlüyümüzün
və suverenliyimizin təmin olunması dövlət başçısının
20 illik fəaliyyətinin
zirvəsini təşkil
edir.
"Azərbaycan xalqı
30 il Ermənistanın
işğalçı siyasətindən
əziyyət çəkdi.
Torpaqlarımızın azad
edilməsi bu müddət ərzində
dövlətimizin və
partiyamızın qarşısında
dayanan birnömrəli
vəzifə idi. Cənab İlham Əliyevin rəhbərliyi
ilə ordumuz tərəfindən ərazilərimiz
işğaldan azad olundu və xalqımız ən böyük arzusuna çatdı. 44 günlük
Vətən müharibəsində
və ondan sonrakı mərhələdə
də xalqımız dövlət başçısının
yanında oldu, ona güclü dəstək nümayiş
etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqının öz liderinə inam və etimadı sarsılmazdır. Xalq hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyib və
bundan sonra da dəstəkləyəcək",
- deyə Sevinc Fətəliyeva əlavə
edib.
Onun sözlərinə
görə, bütün
bunların fonunda YAP İdarə Heyətinin qərarı məhz xalqın iradəsinin ifadəsidir. Xüsusilə
qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan
tarixində ilk dəfə olaraq seçkilər bütün
ölkə ərazisində
keçiriləcək.
S.Fətəliyeva vurğulayıb
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
uğurlu siyasətin nəticəsində son 20
ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında
yeni perspektivlər açılıb. Hərtərəfli
inkişaf bütün
sahələri əhatə
etməklə yanaşı,
ölkəmizin iqtisadi,
siyasi və hərbi qüdrətinin, bütövlükdə isə
milli gücünün
artmasını təmin
edib. Bununla yanaşı, tarazlaşdırılmış
və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq
mövqeyi mütəmadi
olaraq möhkəmlənib.
Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində
etibarlı tərəfdaş
kimi tanınır və dünyada böyük etimad qazanıb: "Gələn
il fevralın 7-də keçiriləcək növbədənkənar
prezident seçkiləri
cənab İlham Əliyevin özünə
inamının, xalqın
siyasi dəstəyinə
əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi hər bir vədi
uğurla həyata keçirib. Tarixi zəfərdən sonra Azərbaycanın nəinki
regionda, o cümlədən
beynəlxalq müstəvidə
də mövqeləri
əhəmiyyətli dərəcədə
güclənib. Eyni zamanda qarşıda yenə də müəyyən hədəflərimiz
var ki, Prezident
İlham Əliyevin liderliyi ilə buna nail olacağımız
şübhəsizdir. Ona
görə də, qarşıdan gələn
prezident seçkilərində
cənab İlham Əliyevin namizədliyinin
irəli sürülməsi
milli maraqlarımızın
gələcəkdə də
uğurla təmin olunması baxımından
başlıca şərtdir".
Ə.QABİLQIZI,
Azərbaycan.-
2023.- 19 dekabr, № 277.- S.7.