YAP Mərkəzi
Seçki Qərargahının
iclası keçirilib
Dekabrın 17-də Yeni
Azərbaycan Partiyasının
(YAP) Mərkəzi Seçki
Qərargahının ilk
iclası keçirilib.
YAP-ın mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 2024-cü
il fevralın 7-nə təyin edilmiş növbədənkənar
Azərbaycan Respublikası Prezidenti seçkilərində
İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq
edilməsi üçün tələb olunan sənədlərin
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5
maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi
Seçki Komissiyasına təqdim edildiyi, Yeni Azərbaycan
Partiyasının Tədbirlər Planında əks olunan digər
əsas hərəkət və tədbirlərin də müəyyən
olunmuş müddətlərdə icrasının zəruriliyi
qeyd olunub.
Müzakirələrdən
sonra yerli qərargahların yaradılması haqqında qərar
qəbul edilib və hər bir inzibati ərazi vahidi üzrə
YAP yerli seçki qərargahlarının tərkibi təsdiqlənib.
Azərbaycan.-2023.-
19 dekabr, № 277.- S.1.