Fransa
Azərbaycana qarşı
qərəzli mövqe
tutub
Qarabağ münaqişəsinin
sülh yolu həll edilməsi üçün yaradılmış
ATƏT-in Minsk qrupunun həmsədrləri
28 ildən çox danışıqlar aparsalar
da, heç bir uğura nail olmadılar. Minsk qrupunda təmsil olunan Rusiya, Fransa və ABŞ kimi böyük dövlətlərin
xüsusi nümayəndələri
bu illər ərzində erməniləri
Azərbaycanın işğal
etdiyi torpaqlarının
bir qarışını
belə geri qaytarmağa razı sala bilmədilər.
Gündən-günə iqtisadi, siyasi və hərbi gücünü artıran
Azərbaycan səbir edib danışıqlar prosesini diqqətlə izləyirdi. Həmsədrlər
Ermənistana təzyiq
göstərmir, BMT-nin
qəbul etdiyi qətnamələri belə
düşmən dövlətə
xatırlatmırdılar. Minsk
qrupundakı nümayəndələr
danışıqlar prosesində
iştirak etmək üçün müxtəlif
ölkələrə getməyi
sanki turist gəzintisi sanırdılar.
Azərbaycanın danışıqlar
prosesini sona qədər gözləmək
üçün səbri
o qədər də çox deyildi. Çünki bu səmərəsiz danışıqlar
uzandıqca uzanıb gedir, sonu görünmürdü.
Axır zamanlar isə Ermənistan müxtəlif bəhanələr
gətirərək danışıqlar
prosesindən yayınırdı.
Bu addımlar isə düşmənin işğal etdiyi Azərbaycan torpaqlarını
danışıqlar yolu
ilə qaytarmayacağına
işarə idi. Hələ işğal etdikləri torpaqlar azmış kimi, ermənilər bizi yeni ərazilərimizi ələ keçirəcəkləri
ilə hədələyirdilər.
Deməli, üzdə
sülh danışıqları
aparan Ermənistan, arxada müharibəyə hazırlaşırdı. 1992-1993-cü illərdən dişində
şirə qalmışdı.
Hələ də o illərin havası ilə nəfəs alırdı. Başı özünü tərifləməyə
qarışan Ermənistan
zamanın ölçüsünü
itirmişdi. Elə itirdiyi bu zaman
ölçüsü ilə
də 27 sentyabr 2020-ci
ildə ordusu ilə yeni ərazilərimizi
işğal etmək üçün mövqelərimiz
üzərinə hücuma
keçdilər.
Daim gücünü,
qüdrətini artıran
şanlı ordumuzun zabit və əsgərləri
yurdumuzun müdafiəsinə
atıldılar. Elə
ilk anlardan ermənilərin müqaviməti
qırıldı. Azərbaycan
Ordusu Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında 44 günlük
Vətən müharibəsində
Ermənistan silahlı
qüvvələrini darmadağın
etdi. Qazanılan zəfər nəticəsində
30 ilə yaxın erməni işğalında
qalmış torpaqlarımız
azad olundu.
Azərbaycan öz
gücünə BMT-nin
qətnamələrini yerinə
yetirdikdən sonra
ATƏT-in Minsk qrupunun varlığına
ehtiyac qalmadı. Əslinə baxanda buna görə Minsk qrupunun həmsədr ölkələri
Azərbaycana minnətdarlıq
etməliydilər. Çünki
onların uzun illər edə bilmədikləri işin öhdəsindən Azərbaycan
qısa müddət ərzində gəlmişdi.
Minsk qrupuna daxil olan həmsədr
ölkələr Rusiya,
ABŞ bizə minnətdarlıq
etməsələr də,
bir az "nala, mıxa" vurandan sonra səhvlərini anlayıb
öz yolları ilə getdilər. Üçüncü həmsədr
olan ölkə Fransa isə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyə
başladı. Dünənə
qədər özünü
üzdə Qarabağda
sülhü müdafiə
edən kmi göstərən Fransa əks-mövqeyə keçdi.
Qarabağ müharibəsi
zəfərlə başa
çatandan, Azərbaycan
ərazi bütövlüyünü
bərpa edəndən
sonra Fransanın sülh danışıqlarının
altında gizlənən
"buynuzu" üzə
çıxdı. Dünənə
qədər özünü
guya Qarabağ münaqişəsinin sülh
yolu ilə həll olunmasına tərəfdar olan ölkə kimi göstərən Fransa Qarabağda sönməkdə
olan müharibəni yenidən alovlandırmağa
kökləndi. Başladı
Ermənistana silah-sursat,
hərbi texnika verməyə. Qarabağ müharibəsindən qabaq
əgər Fransa Ermənistanı birəlli
müdafiə edirdisə,
müharibədən sonra
onun müdafiəsində
ikiəlli dayandı. Gah Ermənistana silah verdi, gah
ordusuna təlim keçmək üçün
mütəxəssislər göndərdi.
Hətta bəzi mənbələrin verdiyi
məlumatlara görə,
Ermənistan müdafiə
nazirinin müavininin də fransız generalı olacağı gözlənilir. Sanki Ermənistan müstəqil
bir ölkə deyil, Fransanın bir vilayətidir. Nə vaxt baxırsan
Fransanın prezidenti Makron Ermənistandan danışır. Bütün
bunları görəndə
bir anlıq çaşıb qalırsan,
elə bilirsən ki, Makron Fransanın
yox, Ermənistanın
prezidentidir. Paşinyan
da onun əlbuyruqçusudur.
Fransa hansı yolla olursa olsun,
qoşunlarını Ermənistana
göndərməyə, burada
baza qurmağa çalışır. Təbiidir
ki, bu, Fransanın
məqsədlərindən yalnız biridir. Fransa Cənubi Qafqaza başını soxmaq üçün gecə-gündüz əldən-ayaqdan
gedir. Qafqaz dağlarının havasını
udmaq istəyir. Niyyətini də Ermənistan vasitəsilə həyata keçirməyə çalışır.
Qarabağ müharibəsini
də ona görə təzədən
alovlandırır ki, özünü beynəlxalq
vasitəçi kimi qələmə versin. Amma Fransa unudur
ki, beynəlxalq hüquq və BMT Nizamnaməsinə görə,
vasitəçi neytral
olmalıdır. Ona görə də rəsmi Parisin Bakı ilə İrəvan arasında yenidən vasitəçi
olması mümkün
deyil. Ümumiyyətlə,
Azərbaycanın heç
bir vasitəçiyə
ehtiyacı yoxdu. İndi günümüzün
reallıqları daha optimal, daha çevik
variantları diktə
edir. Bu gün Ermənistan və Azərbaycan nümayəndələri heç
bir vasitəçi olmadan görüşüb
müxtəlif məsələləri
müzakirə edirlər.
Bir müddət əvvəl əsirlərin
mübadiləsi və
başqa görüşlər
dediklərimizə əyani
sübutdur.
Heç kim də olmasa, biz Fransanı yaxşı tanıyırıq.
Rəsmi Paris heç
zaman neytral olmayıb. Ermənistanın
tərəfini saxlamayıb,
həm də Azərbaycana qarşı qərəzli mövqe tutub. Ermənistana silah satması və digər yaramaz hərəkətləri
ölkəmizə qarşı
göstərilən qərəzli
münasibətin təzahürüdür.
Fransa erməni tərəfkeşliyi və
ölkəmizə qarşı
qərəzli mövqeyi
ilə nəinki sülh təşəbbüslərinin
qarşısını alır,
həm də bütövlükdə Cənubi
Qafazda sabitliyə təhdid yaradır. Etdiyi qərəzlərdən
hiss olunan odur ki, Fransa
sülh danışıqlarından
kənarlaşdırılması, eləcə də Bakı ilə İrəvan arasında vasitəçilik istəklərinə
son qoyulması ilə barışmaq istəmir. Sanki zamanı geri qaytarmağa çalışır.
Bu isə mümkün deyil.
Makron hakimiyyətə
gəldiyi ilk gündən ermənipərəst
siyasətçi kimi tanınıb, Ermənistanın
mövqeyini müdafiə
edib, ədalətə
göz yumub. Bu gün təkcə
Avropanın deyil, dünya dövlətlərinin
əksəriyyətinin Azərbaycan
həqiqətlərini qəbul
etməsi, ölkəmizin
regionda yaratdığı
reallıqla barışması,
bu reallıqdan çıxış etməsi
başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, ölkəmizin haqlı tərəf olduğunu etiraf etməsi fonunda Fransanın dövlətimizə qarşı
qərəzli mövqeyi
gülünc görünür.
Gülünc vəziyyətə
düşməkdə isə
günahkar Fransanın
özüdür. Bu gün Fransa Ermənistanın əlində
sanki əsirə çevrilib. Rəsmi Paris
bu əsirlikdən nə vaxt azad
olsa, Azərbaycan reallığını da
onda anlayacaq. Fransa bir şeyi
də anlayacaq ki, Azərbaycana qarşı qərəzli
mövqe tutmaqla Ermənistan vasitəsilə
Cənubi Qafqazda istəklərinə heç
vaxt nail olmayacaq. Çünki regionda söz sahibi Azərbaycandır.
Fransanın
Cənubi Qafqazdakı
istəkləri elə
xəyal olaraq da qalacaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2023.-
19 dekabr, № 277.- S.8.