Azərbaycan-Qətər əlaqələri
xoş ənənələrə əsaslanır
Qətər
Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim
bin Həməd Al Taniyə
Qətər
Dövlətinin milli bayramı münasibətilə Sizi və
Sizin simanızda qardaş xalqınızı öz adımdan
və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik
edirəm.
Əminəm
ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Qətər
dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi,
əməkdaşlığımızın əhatə dairəsinin
genişləndirilməsi üçün bundan sonra da birgə
səylərimizi davam etdirəcəyik.
Belə bir əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər,
qardaş Qətər xalqına daim əmin-amanlıq və
rifah diləyirəm.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 15 dekabr 2023-cü il
Azərbaycan.-2023.-
19 dekabr, № 277.- S.1.