Quba
rayonunun Qırmızı
Qəsəbə qəsəbəsini
Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən
Qırmızı Qəsəbə-Quxuroba
avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. İyirmi iki
min nəfər əhalinin yaşadığı
11 yaşayış məntəqəsini
birləşdirən Qırmızı
Qəsəbə-Quxuroba avtomobil
yolunun əsaslı təmiri məqsədilə
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
23 yanvar tarixli 3720 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət
əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün
nəzərdə tutulan
vəsaitin bölgüsü"nün
1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin
ilkin olaraq 1,5 milyon (bir milyon
beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
bu Sərəncamın
1-ci hissəsində göstərilən
avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması
üçün zəruri
olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il
dövlət büdcəsi
layihəsində dövlət
əsaslı vəsait
qoyuluşu xərclərinin
bölgüsündə nəzərdə
tutsun.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 dekabr 2023-cü il
Azərbaycan.-
2023.- 19 dekabr, № 277.- S.2.