"Azərbaycan
Respublikasının Dövlət
Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət,
Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2023-cü il noyabrın
20-də Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikasının Dövlət
Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət,
Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Dövlət
Turizm Agentliyi onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 dekabr 2023-cü il
Azərbaycan.-2023.-
19 dekabr, ¹ 277.- S.2.