Ulu
Öndər Heydər
Əliyevin 100 illiyinə
həsr olunmuş diplomatiya həftəsinin açılışı olub
Dekabrın
18-də Xarici İşlər Nazirliyinin və ADA Universitetinin
birgə təşkilatçılığı ilə yeni
qrup “Diplomatiya Könüllüləri” üçün Ulu
Öndər Heydər Əliyevin 100 illiyinə həsr
olunmuş diplomatiya həftəsinin açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər
verir ki, açılış mərasimindən əvvəl
layihə iştirakçıları Fəxri xiyabanı ziyarət
edib, Ulu Öndər Heydər Əliyevin məzarı
önünə gül dəstələri qoyaraq əziz xatirəsini
dərin ehtiramla anıblar. Həmçinin Ümummilli Lider
Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər
güllər düzülüb.
Sonra Şəhidlər
xiyabanı ziyarət olunub, ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpası
uğrunda mübarizədə canlarından keçən
şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
“Diplomatiya Həftəsinin”
açılış mərasimində Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru
Hafiz Paşayev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsinin rəisi Ayxan Hacızadə, Kadrlar idarəsinin rəisi
Raman Məmmədov və ADA Universitetinin prorektoru,
İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz
İsmayılzadə iştirak ediblər.
Açılış
mərasimində çıxış edən nazir Ceyhun
Bayramov “Diplomatiya Könüllüləri” sıralarına
yeni qəbul olunmuş könüllüləri bu münasibətlə
təbrik edərək, onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb. Yeni qrup diplomatiya könüllüləri
üçün təşkil olunmuş bu layihənin Prezident
İlham Əliyev tərəfindən elan edilmiş “Heydər
Əliyev İli” çərçivəsində keçirilməsi,
habelə müasir müstəqil Azərbaycanın qurucusu Ulu
Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə
həsr edilməsinin simvolik əhəmiyyət
daşıdığı vurğulanıb. Müstəqil
dövlətçiliyimizin əsasının qoyulmasında və
möhkəmləndirilməsində misilsiz xidmətləri
olan Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin,
ölkəmizin bütün sahələrdə hərtərəfli
inkişafına və tərəqqisinə istiqamətlənən
milli quruculuq siyasətinin Azərbaycan gəncləri tərəfindən
dərindən mənimsənilməsinin vacibliyi diqqətə
çatdırılıb.
Ulu Öndərin
milli quruculuq siyasətinin ayrılmaz komponentlərindən biri
olan, Azərbaycan xalqının milli maraqlarına əsaslanan
xarici siyasət kursundan ətraflı bəhs edən nazir bu
gün bu siyasətin Ümummilli Lider Heydər Əliyevin
layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini söyləyib.
Artıq Ulu
Öndər Heydər Əliyevin ən böyük arzusu olan ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpasının
həyata keçirildiyi, postmünaqişə dövründə
bölgədə yeni reallıqların yarandığı,
ölkəmizin bu gün bərpa, quruculuq, sülh gündəliyinin
irəlilədilməsi istiqamətində fəaliyyət
göstərdiyi diqqətə çatdırılıb. Bu
istiqamətdə Azərbaycan gənclərinin, xüsusilə
dövlətimizin başçısı İlham Əliyev tərəfindən
təşviq olunan könüllülərimizin ölkəmizin
xarici siyasət prioritetləri və istiqamətləri,
postmünaqişə dövrünün reallıq və
çağırışları barədə məlumatlılığının
artırılmasının əhəmiyyəti qeyd olunub. Eyni
zamanda, Xarici İşlər Nazirliyinin də öz növbəsində
gənclərin aidiyyəti sahə üzrə biliklərini
artırmalarına töhfə verdiyi bildirilib.
Daha sonra
çıxış edən ADA Universitetinin rektoru Hafiz
Paşayev könüllüləri fəaliyyətə
başlamaları münasibətilə təbrik edib, onlara təhsillərində
və işlərində uğurlar arzulayıb, öz
tövsiyələrini bölüşüb.
Qeyd edək
ki, dekabrın 18-22-də keçiriləcək “Heydər
Əliyev İli”nə həsr olunmuş diplomatiya həftəsi
çərçivəsində iştirakçılar Ulu
Öndər Heydər Əliyevin həyatı və müxtəlif
sahələr, o cümlədən Ümummilli Liderin daxili və
xarici siyasəti, hərbi quruculuq, neft və iqtisadi inkişaf
strategiyası, parlament, mədəniyyət, mətbuat, gənclər
və digər sahələr üzrə çoxşaxəli
fəaliyyəti ilə bağlı dövlət xadimləri
ilə görüşlərinin, səfər və
ekskursiyalarının təşkili nəzərdə tutulub.
Azərbaycan.-2023.-
19 dekabr, ¹ 277.- S.4.