“Diplomatiya
həftəsi”nin iştirakçıları Milli
Məclisdə olublar
Milli Məclisin
Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Bəhruz Məhərrəmov
dekabrın 18-də Xarici
İşlər Nazirliyinin
və ADA Universitetinin
birgə təşkilatçılığı
ilə keçirilən və
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Diplomatiya həftəsi”nin
iştirakçıları ilə görüşüblər.
“Heydər Əliyev
və Azərbaycan Parlamenti” mövzusuna həsr edilən görüşdə Milli
Məclisin komitə sədri Ziyafət Əsgərov gənc diplomatlara Ümummilli Lider Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti
və zəngin dövlətçilik irsi
barədə danışıb.
Ziyafət Əsgərov
gənc diplomatlara Azərbaycanın müstəqilliyinin
bərpasının ilk
illərində qarşılaşdığı
böhranlardan söz açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın
müstəqilliyinin qorunmasında
və möhkəmləndirilməsində
əvəzsiz rolundan və müstəsna xidmətlərindən bəhs
edib. O, Heydər Əliyevin ölkənin Ali qanunvericilik orqanına sədrliyi dövründən danışaraq
Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, qətiyyəti,
uzaqgörən və
müdrik siyasəti ilə bağlı şahidi olduğu faktları gənc diplomatlarla bölüşüb. Ziyafət Əsgərov Heydər Əliyevin ölkəmizin
Ali Sovetinə rəhbərlik etdiyi dövrdə Azərbaycanın
müasir parlamentarizm ənənələrinin formalaşması,
dövlətçiliyin, ordu
quruculuğunun möhkəmləndirilməsi,
xarici siyasət konsepsiyasının hazırlanması
kimi mühüm istiqamətlərdə atılan
mühüm addımları
diqqətə çatdırıb.
Görüşdə çıxış edən
deputat Bəhruz Məhərrəmov Heydər
Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın ali rəhbərliyinə qayıdışını ölkəmizin
müasir tarixində yeni siyasi eranın
başlanğıcı kimi
xarakterizə edib. O, bildirib ki, Heydər
Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı
qısa zaman kəsiyində Azərbaycanın
demokratik, hüquqi, dünyəvi dövlət
kimi gələcək
inkişafının təməlləri
qoyulub.
Bəhruz Məhərrəmov
vurğulayıb ki, Azərbaycanın indiki uğurlarının əsasında
Heydər Əliyev ideyalarına sadiqlik, onun irsinin yaşadılması,
Ulu Öndərin siyasi kursunun davam etdirilməsi dayanır.
Görüş gəncləri
maraqlandıran mövzuların
müzakirəsi ilə
davam edib, onların sualları cavablandırılıb.
Sonra Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Diplomatiya həftəsi”nin iştirakçıları Milli Məclisin inzibati binası ilə tanış olublar.
Parlamentin plenar
iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti, qanunvericilik
prosesinin həyata keçirilməsi prosedurları
haqqında məlumat verilib. Heydər Əliyev Xatirə zalını ziyarət edən gənclər burada müasir Azərbaycanın qurulmasında
müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin həyatının
və siyasi fəaliyyətinin müxtəlif
dövrlərini əks
etdirən eksponatlarla tanış olublar.
Sonda qonaqlar Milli Məclisin İnzibati binasının
foyesində Ulu Öndər Heydər Əliyevin xatirəsinə
ucaldılmış abidə
qarşısında xatirə
şəkli çəkdiriblər.
Azərbaycan.-2023.-
19 dekabr, № 277.- S.4.