Şuşaya
həsr edilmiş əsər beynəlxalq müsabiqədə mükafat
qazanıb
Azərbaycanın mədəniyyət
beşiyi Şuşaya
həsr olunmuş klassik musiqi əsəri beynəlxalq müsabiqədə üçüncü
yerə layiq görülüb.
AZƏRTAC xəbər
verir ki, Avstriyada yaşayan bəstəkar, musiqi nəzəriyyəçisi
və etnomusiqişünas Aria Torkanbourinin 2021-ci ildə bəstələdiyi
"Şuşa səslənir" (“Shusha resounds”) əsəri
dahi Azərbaycan bəstəkarı, musiqişünas, musiqi nəzəriyyəçisi
və publisist Üzeyir Hacıbəylinin xatirəsinə ithaf
olunub. Əsər Ü.Hacıbəylinin
seçilmiş əsərlərindən
alınmış motivlər
və mövzular əsasında bəstələnib.
Əsər Vyanada
fəaliyyət göstərən
“Öst Ansamblı“ tərəfindən Azərbaycan
Mədəniyyət Mərkəzində
ifa edilərək videoyazıya alınıb
və Nyu-York şəhərində fəaliyyət
göstərən "Milli
Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti”nin III Beynəlxalq Müsabiqəsinə
təqdim olunub. Əsər müsabiqədə
üçüncü yerə
layiq görülüb.
Videoyazı ilə bu link vasitəsilə
tanış olmaq mümkündür: https://youtu.be/xIY7rcFpseQ
Qeyd edək ki, bu əsər
2021-ci ildə "Milli
Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti”nin I Beynəlxalq Müsabiqəsində
"Üzeyir Hacıbəyli"
mükafatını alıb.
Azərbaycan.-2023.-
19 dekabr, ¹ 277.- S.4.