AZƏRTAC-ın
təşəbbüsü ilə Serbiyada Ulu Öndərin 100 illik yubileyi münasibətilə fotosərgi
keçirilib
AZƏRTAC-ın təşəbbüsü
ilə Belqrad Etnoqrafiya Muzeyində müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fotosərgi keçirilib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi
ilə təşkil olunan sərginin
açılışında Serbiya ictimaiyyətinin və bu
ölkədəki diplomatik korpusun nümayəndələri,
elm və incəsənət xadimləri, Belqradda fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin
və “AzVirt” şirkətinin təmsilçiləri, bu
ölkədə yaşayan, çalışan və təhsil
alan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə
çıxış edən Azərbaycanın Serbiyadakı səfiri
Kamil Xasiyev görkəmli siyasi və dövlət xadimi Heydər
Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın
müstəqilliyinin bərpasında, möhkəmləndirilməsində,
ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətlərindən
və dövlət quruculuğu istiqamətində həyata
keçirilən islahatların əsasını qoymasından
danışıb.
Diplomat “Heydər
Əliyev İli” çərçivəsində təşkil
olunan sərgidə Ümummilli Liderin həyat və fəaliyyətinin
müxtəlif dönəmləri, beynəlxalq səviyyədə
keçirdiyi görüşləri əks etdirən nadir
fotoların nümayiş olunduğunu bildirib.
Kamil Xasiyev
görkəmli dövlət xadimi Heydər Əliyevin əziz
xatirəsinə göstərdiyi dərin hörmət və
ehtirama görə qonaqlara minnətdarlığını
bildirib.
Sərgidə
Ulu Öndər Heydər Əliyevin AZƏRTAC-ın
fotoxronikasında saxlanılan 20-dək nadir fotoşəkli sərgilənib.
Fotosərgi
Serbiya KİV-lərində geniş
işıqlandırılıb.
Azərbaycan.-2023.-
19 dekabr, ¹ 277.- S.4.