COP29 Azərbaycanın qlobal nüfuzunu bir daha sübuta yetirəcək

 

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi tarixi hadisə olacaq. Belə nüfuzlu qlobal xarakterli tədbirə evsahibliyinin Azərbaycana həvalə olunması ölkəmizin böyük etimad hörmət sahibi olduğunu sübut edir. Azərbaycan bu beynəlxalq hörmətə məhz Prezident İlham Əliyevin uğurlu daxili xarici siyasəti nəticəsində nail olub.

Bu mövzu ilə bağlı "Azərbaycan" qəzetinə danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, COP29-un gələn il ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzunun, xüsusilə ölkə rəhbərinin düşünülmüş siyasətinin bariz təzahürüdür: "Prezident İlham Əliyev dekabrın 15-də keçirdiyi müşavirədə bu tədbirə Bakının evsahibliyi etməsi qərarının bütün dünya ölkələri tərəfindən dəstəkləndiyini, Azərbaycana növbəti dəfə böyük etimad göstərildiyini qeyd edib. Biz buna layiqik, çünki uğurlu siyasi gedişlərimiz nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Bunun nəticəsidir ki, beynəlxalq aləmdə Azərbaycana olan hörmət günbəgün artır. Bu, reallıqdır".

Komitə sədrinin sözlərinə görə, dövlət başçısının dünyada qazandığı yüksək nüfuz bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan yaradır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər, qlobal məsələlərdə yüksək fəaliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən dəstəklənir təqdirəlayiq hesab edilir. Elə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın qəbulu da bir daha göstərdi ki, dünya ölkələri İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verirlər.

Tahir Rzayev vurğulayıb ki, bu etimad həm Azərbaycanın evsahibliyi etdiyi bir çox beynəlxalq tədbirlərin hər zaman yüksək səviyyədə təşkil olunmasının yekunlaşmasının nəticəsidir: "Danılmaz faktdır ki, ölkəmizdə keçirilən qlobal konfranslar, idman yarışları, mədəni tədbirlər, beynəlxalq görüşlər ən yaxşı şəkildə təşkil olunub. Bu faktor zaman-zaman Bakını dünyanın əsas şəhərlərindən birinə çevirib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının paytaxtımızda keçirilməsi həm Azərbaycanın uğurlu qlobal təqdimatıdır. Prezident İlham Əliyev müşavirədə qeyd etdi ki, biz bu tədbiri yüksək səviyyədə keçirəcəyik yeni uğura imza atacağıq. Çünki bu gün Azərbaycan dünyada öz sözünü deyən, öz yerini bilən fəaliyyəti qiymətləndirilən bir dövlətdir".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 19 dekabr, № 277.- S.5.