Azərbaycanın
vətəndaş cəmiyyəti
təşkilatları COP29-la bağlı birgə bəyanat yayıblar
Dekabrın
18-də Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları
COP29-la əlaqədar birgə bəyanat qəbul ediblər.
AZƏRTAC bəyanatı təqdim edir: “Biz Azərbaycanın vətəndaş cəmiyyəti
təmsilçiləri olaraq
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarını
alqışlayırıq.
Bu növbəti
tarixi uğur münasibətilə Azərbaycan
xalqını, şəxsən
Prezident İlham Əliyevi təbrik edirik!
Bütün postsovet
məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası
bu mötəbər qlobal tədbiri gələn il qəbul edəcək. Bu məsələdə beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi
Azərbaycanın dünyada
getdikcə güclənən
mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq
birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə
dünya səviyyəsində
olan böyük hörməti, möhkəm
dəstəyi nümayiş
etdirir.
Şübhə etmirik
ki, Azərbaycan COP29-u
da ən yüksək səviyyədə
keçirəcək. Azərbaycan
BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzvlüyü
zamanı 155 ölkənin,
Qoşulmama Hərəkatına
sədrliyi zamanı
120 ölkənin dəstəyini
qazanmağı bacarıb
və etimadı tam doğruldub, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq
ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanıb.
Azərbaycan COP29 tədbirində
on minlərlə xarici qonağı qəbul etməyə hazırlaşır. Qonaqların
təmsil etdikləri ölkələrin müxtəlifliyi
və zənginliyi yalnız BMT Baş Assambleyası kimi tədbirlərə xas cəhətdir. Biz Azərbaycan ictimaiyyətinin
təmsilçiləri kimi
gələn hər bir qonağı Vətənimizdə görməyə
şad olacağıq.
Ətraf mühit,
iqlim məsələləri
milli sərhədlər
tanımır, ümumbəşəri
mahiyyətlidir. Onların
qorunması və hər bir sahədə
yaşıl təfəkkürün
daha çox hakim olması planetimiz - ümumi evimiz üçün çox vacibdir. Biz bu sahədə
bütün dünya ilə eyni hissi
və həyəcanı
bölüşürük.
Neft-qaz ölkəsi
olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını
və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. COP29-un Bakıda keçirilməsi qərarı
həm də Azərbaycanın yaşıl
enerji siyasətinə
qlobal dəstəyi ifadə edir. Biz - vətəndaş cəmiyyətinin təmsilçiləri
Prezident İlham Əliyevin bu sahədə də məqsədyönlü fəaliyyətini
yüksək qiymətləndiririk
və tam dəstəkləyirik.
Bərpaolunan və
yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın
enerji strategiyasında
yeni eranın başlanmasına səbəb
olub. 2030-cu ilədək
elektrik enerjisinin qoyuluş gücündə
bərpaolunan enerjinin payının Azərbaycanda
30 faizə çatdırılması
gözlənilir. Azərbaycanın
bərpaolunan enerji potensialı çox yüksəkdir. Statistik göstəricilərə görə,
ölkənin quruda külək və günəş enerjisinin həcmi 27 qiqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin həcmi 157 qiqavat təşkil edir.
2020-ci ildə 44 günlük
müharibədən dərhal
sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru,
Naxçıvanı “yaşıl
enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə
başlanılıb.
Artıq Qarabağda
və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə
edilir. Yaxın illərdə burada hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq ki, bu
da yaşıl enerjiyə keçid prosesinə gözəl töhfədir.
Bu yaxınlarda
Prezident İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi
açılış mərasimindəki
çıxışında Azərbaycanın indi yaşıl gündəliyə
doğru sürətlə
irəlilədiyini açıqladı.
Biz Azərbaycanın vətəndaş cəmiyyəti
təmsilçiləri kimi
bunu alqışlayırıq
və qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfə
kimi yüksək qiymətləndiririk.
Azərbaycan xalqı
ətraf mühit məsələlərinə daim
həssaslıqla yanaşıb,
onun qayğısını
çəkib. Milli adət və ənənələrdə, folklorda
da təbiətə məhəbbət, qayğı
məqamları qabarıq
ifadə olunub.
Təmiz ətraf
mühit və “yaşıl artım” ölkəsinə çevrilmək
Azərbaycan dövlətinin
milli hədəflərindən
biri kimi müəyyən edilib. Bir müddət əvvəl Bakıda Yaşıl Enerji Məşvərət Şurasının
birinci toplantısının
keçirilməsi bu istiqamətdə siyasi iradənin növbəti nümunəsidir. Artıq
bütün dünyada
Azərbaycanın Yaşıl
Enerji Dəhlizi barədə danışılır.
Azərbaycan Gürcüstan,
Rumıniya və Macarıstan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında Saziş də imzalayıb.
Beləliklə, Azərbaycan
apardığı məqsədyönlü
iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar
sayəsində İqlim
Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına - COP29-a ev
sahibliyi etməyə tam layiqdir.
Biz Azərbaycanın
vətəndaş cəmiyyəti
təmsilçiləri olaraq
COP29-un ən yüksək
səviyyədə keçirilməsi
üçün əlimizdən
gələni əsirgəməyəcəyimizi
bəyan edirik.
COP29, eyni zamanda,
sülhə, əmin-amanlığa
yol açır, rifaha xidmət edir. Azərbaycan ilə Ermənistan arasında vasitəçisiz,
birbaşa kommunikasiya əsasında COP-la bağlı əldə edilmiş razılaşma bu qlobal tədbirin
sülhpərvər mahiyyətini
bir daha nümayiş etdirir.
COP mövzuları bəşəriyyəti,
müxtəlif dövlətləri,
dövlətlər qrupunu,
düşərgələri ümumi məqsəd naminə səfərbər
edən, birləşdirən
qüvvədir. COP həmrəylik,
qlobal məsuliyyəti
bölüşmək və
əməkdaşlıq platformasıdır.
Biz qəbul etdiyimiz bu bəyanatla
COP29-la əlaqədar müsbət
təşəbbüsləri dəstəkləməyə, beynəlxalq
QHT-lərlə əməkdaşlığa,
xarici ölkələrin
vətəndaş cəmiyyəti
təmsilçilərinə bu istiqamətdə hər cür kömək göstərməyə
hazır olduğumuzu elan edirik”
Azərbaycan.-2023.-
19 dekabr, ¹ 277.- S.5.