Prezident
İlham Əliyev ölkənin aqrar sektorunu yeni inkişaf mərhələsinə
çıxarıb
2004-2022-ci illərdə
Azərbaycanın kənd
təsərrüfatında yaradılan əlavə dəyər dünya üzrə orta göstəricidən yüksək
olub
Müasir dövrdə
kənd təsərrüfatı
iqtisadiyyatın vacib sahəsi hesab olunur. Çünki aqrar sektor bu
və ya digər ölkənin iqtisadi tərəqqisinə
təkan verməklə
kifayətlənmir, həm
də sosial problemlərin həll edilməsi yönündə,
xüsusilə, ərzaq
təhlükəsizliyinin təminatı
və məşğulluq
səviyyəsinin artırılmasında
əsas rol oynayır.
2015-ci il Prezident
İlham Əliyevin sərəncamı ilə
"Kənd təsərrüfatı
ili" elan edilmişdi. Bu, kənd təsərrüfatının
inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini
sürətləndirmək, innovativ texnologiyalara yol açmaq, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək məqsədi daşıyırdı. O dövr
həyata keçirilən
aqrar islahatlar nəticəsində kənd
təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradıldı. Aqrar sektorda əsaslı dəyişikliklər baş
verdi, müasir tələblərə cavab
verən iqtisadi və mülkiyyət münasibətləri formalaşdı,
normativ hüquqi baza təkmilləşdirildi,
idarəetmədə səmərəliliyin
və şəffaflığın
artırılması üçün
elektron kənd təsərrüfatı sistemi
tətbiq edilməyə
başladı. Bu gün həmin sadalananlar fonunda aqrar
sektorun inkişafı
özünü daha qabarıq göstərir.
Dünyada elə
ölkələr var ki, sırf coğrafi-iqlim
baxımından orada kənd təsərrüfatının
inkişaf etdirilməsi
mümkün deyil. Azərbaycanda isə tamam fərqlidir, aqrar sektorun inkişafı real zəminə əsaslanır.
Əlverişli coğrafi-iqlim
şəraiti kənd
təsərrüfatının inkişafını birbaşa
şərtləndirir. Ölkə
əhalisinin təxminən
yarıya qədərinin
kəndlərdə yaşadığını
və məşğul
əhalinin 40 faizinin kənd təsərrüfatında
çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun
bugünkü inkişaf
tempi sosial baxımdan da ciddi önəm kəsb edir.
Cənab İlham
Əliyev prezidentliyə
başladığı 2003-cü ildən bəri ölkənin ərzaq təhlükəsizliyinin yerli
istehsal hesabına təmin edilməsi, bəzi kənd təsərrüfatı məhsullarının
xarici bazarlara çıxarılmasının vacibliyini önə çəkmişdir. Dövlət
başçısı bunu
zaman-zaman Nazirlər Kabinetində keçirdiyi
iclaslarda, digər görüş və müsahibələrində vurğulamış
və bu istiqamətdə əməli
tədbirlər görmüş,
addımlar atmışdır.
Bu düşünülmüş
siyasətin nəticəsidir
ki, son 20 ildə Azərbaycanda kənd təsərrüfatı
məhsullarının istehsal
həcmi real ifadədə 2 dəfədən
çox artmış,
qeyri-neft sektorunda yaradılmış əlavə
dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşmüşdür.
Ölkədə ərzaq
təhlükəsizliyinin təmin
edilməsi məqsədilə
müəyyənləşən vəzifələrə uyğun
olaraq, bu il də kənd
təsərrüfatında müsbət nəticələr
qeydə alınıb.
İlin ötən 10
ayı ərzində aqrar sahə üzrə 3, o cümlədən
bitkiçilikdə 2,7, heyvandarlıqda
3,3 faiz artım olub. Bu və
ümumiyyətlə, ölkəmizin
aqrar sahədə son 20 ildə əldə etdiyi nəticələr Dünya
Bankının məlumatları
əsasında aparılan
hesablamalara görə,
dünya üzrə orta göstəricidən yüksəkdir. Belə ki, 2003-cü il baza ili olmaqla,
2004-2022-ci illərdə Azərbaycanda
aqrar sahədə yaradılan əlavə dəyərin orta illik real artım
tempi 3,8 faiz olub. Halbuki bu
dövrdə həmin
göstərici dünya
üzrə 2,9, Avropa və Mərkəzi Asiya üzrə 1,4, region ölkələrindən
Türkiyədə 2,7, Gürcüstanda
1,5, Rusiyada 1,8, İranda
2,8 faiz həcmində
qeydə alınıb.
İstehsal potensialının
artması və qlobal dəyər zəncirinə inteqrasiyanın
güclənməsi hesabına
2003-2022-ci illər ərzində
Azərbaycan kənd təsərrüfatı məhsulları
ixracının həcmini
6,9 dəfə artırıb.
Ölkəmizdə aqrar
istehsal üzrə ən yüksək göstərici bitkiçilik
sahəsindədir və
son illər bu göstərici dünya göstəricisindən
əhəmiyyətli dərəcədə
yuxarıdır. Bu, daha çox meyvəçilik və tərəvəzçilik sahələrinin
inkişafı hesabına
mümkün olub. Belə ki, 2003-cü illə müqayisədə
Azərbaycanda meyvə
və giləmeyvə
istehsalı 2,2, kartof,
tərəvəz və
bostan məhsullarının
istehsalı 1,6 dəfə
artıb.
Prezident İlham
Əliyevin daim diqqət və nəzarətində olan məsələlərdən biri
də ölkədə
yüksək gəlir
verən və əməktutumlu ənənəvi
sahələrdən olan
pambıqçılıq, çayçılıq, baramaçılıq,
tütünçülük, fındıq və sitrus meyvəçiliyinin
dirçəldilməsi və
inkişafıdır. Unudulub
tamamilə yaddan çıxmaq təhlükəsi
ilə üzləşən
bu sahələrdə
məhz dövlət başçısının təşəbbüsü
və dəstəyi ilə əsaslı dönüş yarandı,
bir çox sahələr üzrə dövlət proqramları
qəbul edildi. Prezident sosial-iqtisadi inkişafa dair keçirdiyi
elə bir iclas və görüş
olmadı ki, həmin sahələrdəki
vəziyyəti təhlil
edib öz tövsiyələrini və
tapşırıqlarını verməsin.
Dövlət başçısının
formalaşdırdığı müasir
aqrar siyasətin mühüm istiqamətlərindən
biri də ölkəmizdə
iri kənd təsərrüfatı müəssisələrinin
və aqroparkların yaradılmasıdır. Buna
səbəb ölkədə
mövcud olan xırda təsərrüfatların
xüsusi çəkisinin
həddindən çox
yüksək olması
idi. Xırda təsərrüfat, məlum
olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyini və
xarici bazarlara çıxışı təmin
etmək üçün
lazımi imkanlara malik deyil. İri
təsərrüfatlarda isə
yüksək məhsuldarlıqlı bitki sortları və heyvan cinslərinin yetişdirilməsində innovativ texnologiyaların tətbiqi
üçün
əlverişli şərait
yaratmaq daha asan və daha
əlverişlidir. Belə
müəssisələrdə həmçinin əmək məhsuldarlığı
yüksək olur və rəqabətqabiliyyətli
məhsul istehsalı təmin edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Prezidentin formalaşdırdığı bu cür müasir
aqrar siyasət nəticəsində yaxın
gələcəkdə ölkəmizdə əsas ərzaq məhsullarına
tələbat yerli istehsal hesabına təmin olunacaq, istehsalçılarımız yüksək
rəqabətə davamlı
kənd təsərrüfatı
və ərzaq məhsulları ilə xarici bazarlara çıxacaqlar. Yeri gəlmişkən qeyd edək ki, xarici
ölkələrdə Ticarət
evlərinin açılması
da Azərbaycanın brend məhsullarının
tanıdılması üçün
böyük əhəmiyyət
kəsb edir.
Göründüyü kimi, Prezidentin aqrar sahədə formalaşdırdığı siyasət nəticəsiz qalmır.
Azərbaycan fermerləri
yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin
edilməsi və xarici ölkələrə
ixracı artırmaq üçün
qarşıya qoyulan vəzifələri layiqincə
yerinə yetirirlər.
Bu da onu
göstərir ki, İlham Əliyevin 20 illik Prezidentlik dövrü sosial-iqtisadi həyatımızın bütün
sahələrində, o cümlədən
aqrar sahədə, sözün əsl mənasında, dönüş dövrü
olub.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
19 dekabr, ¹ 277.- S.6.