Azərbaycan
müəllimlərinin seçimi
dövlət və xalq naminədir
Ümummilli Lider
Heydər Əliyevin
100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin
XVI Qurultayını zəfərin
doğurduğu böyük
ruh yüksəkliyi, suverenliyimizin təmin olunmasından yaranan xoşbəxtlik hissi ilə keçirdik.
Zəfər qurultayı
da adlandırılan budəfəki ali məclisimiz ötən qurultaylardan bir çox mühüm məqamlarla fərqlənirdi.
Biz ilk dəfə
idi ki, qurultayımıza
qalib xalqın fəxrli müəllimləri
kimi qatılır, geniş yığıncağımızı
ərazi bütövlüyümüzün
bərpası şəraitində
gerçəkləşdirirdik. O da xüsusi hal idi ki,
bu dəfə qurultayda təhsil ictimaiyyətimiz böyük
quruculuq, qayıdış
həyata keçirilən
Qarabağ və Şərqi Zəngəzurda
yaradılan hərtərəfli
təhsil imkanlarından
sevinclə bəhs edirdi. Azadlığından
dərhal sonra bu ərazilərimizdə təhsil infrastrukturumuz da uğurla bərpa olunur.
Vurğulayım ki,
möhtərəm Prezidentimiz
İlham Əliyev
2021-ci il Müstəqillik
Günündə Ağdam
şəhər 1 nömrəli
orta məktəbin - Qarabağın ilk məktəbinin - təməlini
qoyaraq biz ağdamlılara, ümumiyyətlə,
Azərbaycan təhsil
ictimaiyyətinə böyük
ərməğan etdi
və bununla da tezliklə bütün işğaldan
azad edilən ərazilərimizin təhsil
ocaqlarının yenidən
fəaliyyətə başlayacağının
xoş xəbərini
verdi.
Artıq Qarabağ
və Şərqi Zəngəzurda ilk təhsil zəngi çalınıb, uşaqlarımız
sevinclə dədə-baba
torpaqlarında məktəbə
qədəm qoyublar.
Prezidentin sərəncamı
ilə Şərqi Zəngəzur Regional Təhsil
İdarəsi və Qarabağ Regional Təhsil
İdarəsinin yaradılması,
eləcə də Xankəndi şəhərində
Qarabağ Universitetinin
yaradılması haqqında
sərəncamın verilməsi
bu qədim yurdlarımızda təhsilin
inkişafına mühüm
imkanlar yaradacaq.
Ötən 5 ildə
təhsilimizin inkişaf
göstəricilərinin, dinamikasının
təhlili, eləcə
də qarşıda duran hədəf və çağırışların
müəyyənləşdirildiyi XVI qurultayda cənab Prezident İlham Əliyevin bizə ünvanladığı müraciətin
səsləndirilməsi hər
birimizin təhsil istiqamətində qarşıda
gerçəkləşdirəcəyi işlər üçün
yol xəritəsi oldu. Həmin müraciətdə dövlət
başçımız inandığını
bildirmişdir ki, xalqımıza zəfər
sevincini yaşadan igid və qəhrəman
övladlarımızın formalaşması naminə
müstəsna əmək
sərf etmiş fədakar müəllimlərimiz
gənc nəslə bundan sonra da
mükəmməl bilik
verməklə yanaşı,
onların milli-mənəvi
dəyərlərə bağlılıq
və azərbaycançılıq
məfkurəsi ruhunda
böyümələri üçün
var qüvvə ilə çalışacaqlar.
Böyük vətənpərvər,
Azərbaycan xalqını
qələbədən-qələbəyə
aparan, ona tarixindəki ən böyük zəfəri yaşadan Müzəffər
Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin təhsil sistemində qazanılan nailiyyətlərdə misilsiz
xidmətləri var.
Bu istiqamətdə
mühüm islahatlar həyata keçirməsi,
sərəncamlar verməsi,
öz əlləri ilə Qarabağ və Şərqi Zəngəzurda təhsil ocaqlarının təməllərini
qoyması, açılışlarını
etməsi dövlət
başçımız İlham
Əliyevin təhsil sahəsinə olan birbaşa diqqət və qayğısının
təzahürləridir.
Qürurluyam ki,
təhsilimizin inkişafı
üçün yaradılan
bu münbit şərait nəticəsində
rəhbərlik etdiyim
Ağdam 38 saylı məktəb də xeyli uğurlara, nailiyyətlərə imza
atıb.
Bu il məktəbimizdən ali təhsil müəssisələrinə
sənəd verən
25 şagirddən 24-ü (3 nəfər ADA, 2 nəfər
BDU, həmçinin Memarlıq
və İnşaat, Dillər, Dövlət İqtisad, Slavyan, Texniki, Neft və
Sənaye və digər universitetlərə)
qəbul olub. Bir şagirdimiz Qarabağ Regional Təhsil
İdarəsi üzrə
ən yüksək - 658.8 bal
toplayıb və ADA universitetinin Hüquq fakültəsinə daxil olub. Daha 5 şagirdimiz 500-dən
yuxarı bal toplayıb, 2 şagirdimiz isə Türkiyə universitetlərinə qəbul
olub.
Ağdam rayon
38 saylı tam orta məktəbin timsalında gətirdiyim uğurlu nümunəni ölkəmizin əksər
təhsil müəssisələrinə
şamil etmək olar və ildən-ilə
göstəricilərimiz daha
da yüksəlir.
Ulu Öndər
Heydər Əliyevin ölkəyə rəhbərlik
etdiyi zamandan etibarən inkişaf müstəvisinə çıxan
təhsil sahəmizin bugünkü nailiyyətləri
məhz Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır
və bu Zəfər qurultayımızda
da xüsusi vurğulandı.
Qurultayda qəbul
olunan qətnamədə
də qeyd olunur ki, qurultay
böyük inam və nikbinliklə bəyan edir ki, elm və
təhsil işçiləri
əsası Ümummilli
Lider Heydər Əliyev tərəfindən
qoyulmuş milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək.
Onu da qeyd edim ki,
Azərbaycan müəllimlərinin
XVI qurultayı 2024-cü il
fevralın 7-də keçiriləcək
növbədənkənar prezident
seçkiləri ərəfəsində
baş tutdu.
Dekabrın 15-də Yeni
Azərbaycan Partiyası
İdarə Heyəti
tərəfindən İlham
Əliyevin prezidentliyə
namizədliyinin irəli
sürülməsi xalqımızın
hər bir üzvü kimi, müəllimlərimizin də
böyük sevincinə
səbəb oldu.
Ali məclisimizdə
ünsiyyətdə olduğum
müəllimlərin hamısının
birmənalı olaraq mövqeyi bu idi ki, seçkilərdə
Azərbaycan pedoqoqlarının,
müəllimlərinin alternativsiz
namizədi cənab İlham Əliyev olacaq.
Bəs niyə
İlham Əliyev?! Bu sualın cavabı olduqca geniş və çoxşaxəlidir. Qısaca
olaraq deyim ki, hamımız Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin ötən 20 il ərzində Azərbaycanı inkişaf
etdirməsinin, dünyanın
sayılıb-seçilən ölkəsinə çevirməsinin
şahidləriyik. Cəmi
44 gün ərzində
Müzəffər Ali
Baş Komandan İlham Əliyev bizi işğala məruz qalan xalqdan qalib xalqa
çevirib, hər yerdə başımızı
uca edib.
Yüz minlərlə
insanımızın 30 illik
yurd həsrətinə
son qoyan qalib lider İlham
Əliyev daşı-daş
üstündə qalmayan
Qarabağ və Şərqi Zəngəzura
yeni həyat bəxş edir. Vaxtilə Ağdamdan didərgin düşmüş,
məcburi köçkünlüyün
bütün ağrı-acılarını
dadmış biri kimi deyə bilərəm ki, erməni barbarlarının
"Qafqazın Xirosiması"na
çevirdiyi Ağdamda
Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən quruculuq işləri, heç mübaliğəsiz, yer üzərindəki möcüzədir.
Yalnız mən yox, Ağdamın əvvəlki çal-çağırlı
günlərini görənlərin,
şəhərin düşmən
talanına, dağıntısına
məruz qalmasına ürək ağrısı
ilə baxanların və indi Qarabağın
qədim diyarında aparılan dünyada bərabəri olmayan abadlığı seyr edənlərin hamısı
bunu böyük heyrət və heyranlıqla dilə gətirirlər.
Eyni zamanda da digər işğaldan
azad edilən ərazilərimizdə sürətli
tikinti-quruculuq işlərinin
aparılması, o yerlərə
qayıdışın həyata
keçirilməsi dövlət
başçımızın gerçəkləşdirdiyi sözlərlə
təsviri mümkün
olmayan qeyri-adi işləridir.
Ümumiyyətlə, 2003-cü ildə Azərbaycan xalqının yekdilliklə
özünə Prezident
seçdiyi İlham Əliyev ötən müddətdə apardığı
müdrik və məqsədyönlü siyasət
sayəsində xalqımızı
bütün milli hədəflərinə yetirib.
2023-cü il, ərazi
bütövlüyümüzün, suverenliyimizin təmin olunduğu möhtəşəm
bir tarixdə milli təhsilimizin inkişafını nümayiş
etdirən Azərbaycan
Müəllimlərinin XVI Qurultayını
keçirməyimizin özü
də təhsil cameəmiz, pedaqoqlarımız
üçün böyük
şərəf, fəxr,
qürurdur.
Buna görə
də əminəm ki, qarşıdan gələn növbədənkənar
seçkilərdə həm
müəllimlərimizin, həm
də bütün Azərbaycan xalqının
bir namizədi olacaq: bizi zəfər
zirvəsinə yüksəldən
Müzəffər Lider
İlham Əliyev!
Məsud HƏMZƏYEV,
Ağdam rayon
38 saylı tam orta məktəbin direktoru
Azərbaycan.-2023.-
19 dekabr, № 277.- S.7.