"Azərbaycanı
düşünərək İlham Əliyevin namizədliyini dəstəkləyirik"
Müxalifət partiyası olan "Ümid" bu seçimini ölkəmiz,
xalqımız adına
ən doğru qərar hesab edir
Ümid Partiyası
növbədənkənar prezident
seçkiləri ilə
bağlı qərarını
açıqlayıb. Prezident
seçkilərində İlham
Əliyevin namizədliyini
dəstəklədiyini bəyan
edən partiya bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.
Siyasi təşkilatın
qərarında qeyd olunur ki, Ümid
Partiyası 2002-ci ildən
siyasi proseslərdə
ölkənin əsas
partiyalarından biri olmuş və keçirilən bütün
seçkilərdə aktiv
iştirak edib, seçici ilə səmimi ünsiyyətdə
olub, proqramını,
gələcək planlarını
açıq bəyan
edib, qalib gəlmək üçün
bütün partiya resurslarını səfərbər
edib. Hər keçirilən seçkidə
partiyanın təşkilatlanması
və seçici rəyinə təsir edən siyasi instituta çevrilmək üçün yeniliklər
tətbiq edib, qanun çərçivəsində
bütün imkanlardan
yararlanmağa çalışıb.
Partiyanın əsas məqsədi dövlətçiliyimizin
möhkəmləndirilməsi, işğal olunmuş torpaqlarımızın azad
olunması, suveren hüquqlarımızın bütün
ölkə ərazisində
bərqərar olması,
vətəndaşlarımızın sosial rifah halının
yaxşılaşdırılması, demokratik təsisatların
inkişaf etdirilməsi,
əsas insan hüquq və azadlıqlarının qorunması
olub. Keçirilən
hər bir seçkini fürsət bilən partiya bu istiqamətdə geniş fəaliyyət göstərməklə, ölkənin
əsas təşkilatlanmış
partiyalarından birinə
çevrilib.
Qərarda qeyd edilir ki, 2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ savaşı zamanı Ümid Partiyası bütün resursları ilə dövlətin və onun maraqlarının
yanında yer alaraq torpaqlarımızın
işğaldan azad olunması istiqamətində
əlindən gələni
etməyə çalışıb.
Ölkə daxilində
milli birliyin qorunması və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın
azad olunması üçün tərəddüd
etmədən ölkə
Prezidentini, Ali Baş Komandanı və onun atdığı
addımları dəstəkləyib.
Keçən üç
ildən bir qədər artıq zamanda partiya milli dövlətçilik
və suveren hüquqlarımızın bərpası
istiqamətində baş
verən hadisələrin
məsuliyyətini dərk
edərək Azərbaycanın
maraqlarınının qorunmasında
heç zaman tərəddüd etmədi,
xarici təhdidlərin
və ayrı-ayrı
dövlətlərin ərazi
bütövlüyümüzün bərpası istiqamətində
atılan addımlara görə ölkəmiz üzərinə diplomatik
hücumlara öz mövqeyi ilə cavab verib.
"Torpaqların işğaldan
azad edilməsi və suveren hüquqların bərpası
istiqamətində bu cür tarixi şanslar çox nadir hallarda yaranır. Bunu düzgün qiymətləndirməyənlər
çox təəssüf
ki, təkcə özlərinə deyil, ölkə maraqlarına da ziyan vururlar.
Yaşadığımız 30 illik işğal tarixi və onun acı nəticələri
bir daha sübut edir ki, ölkənin maraqları naminə hər kəs partiya və fərdi istəklərindən
geri durmağı bacarmalı, tarixin verdiyi imkan və
şansların düzgün
dəyərləndirilməsi üçün rasional qərarlar qəbul etməlidir", - deyə
qərarda qeyd edilir.
Partiyanın açıqlamasında
o da bildirilir ki, ölkənin işğal olunmuş ərazilərinin azad olunması və suveren hüquqlarımızın
bərpası keçən
3 il ərzində məhz İlham Əliyevin siyasəti və adı ilə bağlıdır:
"Baxmayaraq ki, bu gün torpaqlarımız
işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət
öz əlimizdədir,
amma proses hələ bitməyib. Müxtəlif xarici təsirlər, bəzən
təhdidlər, sülh
müqaviləsinin bağlanmaması
hələ də narahatlıq və böyük nigaranlıq yaradır. Belə vəziyyətdə başlanılan
və uğurla aparılan bir siyasətin yekununa varması üçün
mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan
İlham Əliyevin öz vəzifəsini icra etməsi ən məqsədəuyğun
hal olardı".
Azərbaycan dövlətinin
maraqlarını, ərazi
bütövlüyünün bərpası işinin sülh müqaviləsi ilə yekunlaşmasını,
aparılan siyasətin
davamlılığını, suverenliyimizin möhkəmlənməsini,
bu tarixi uğurun və şansın mütləq
qələbə ilə
sonlandırılmasını dəstəkləyən Ümid
Partiyası 2024-cü il
fevralın 7-də keçiriləcək
növbədənkənar prezident
seçkilərində hazırkı
Prezident, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyir
və bunu ölkəmiz, xalqımız
adına ən doğru qərar hesab edir: "İlham Əliyevin torpaqlarımızı işğaldan
azad edərək 200 illik bir təhdidə
son qoyması ölkə seçiciləri
içərisində onun
kifayət qədər
yüksək reytinqini
formalaşdırıb. Biz
vətəndaşlarımız, seçicilərimiz ilə
birlikdəyik. Ölkə
daxilindəki problemlərin
həlli istiqamətində
mübarizə və fəaliyyətimizi, prinsip
və düşüncələrimizi
yenə də ardıcıl və sistemli davam etdirəcəyik. Lakin bu mərhələ ölkə suverenliyi və dövlətçiliyimizin
möhkəmləndirilməsi istiqamətində həlledici
mərhələdir. Başladığı
işi uğurla sona çatdırması üçün bu seçkidə iddia və istəklərimizdən,
şəxsi və partiya mənafelərimizdən
daha çox Azərbaycanımızı düşünərək
Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyirik".
Xatırladaq ki,
Ümid Partiyası öncəki prezident seçkilərində öz
namizədi, partiyanın
sədri İqbal Ağazadə ilə iştirak etmişdir.
R.BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
19 dekabr, № 277.- S.7.