Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının
nümayəndə heyəti
ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov dekabrın 19-da Beynəlxalq
Maliyyə Korporasiyasının
Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə
regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın Dünya
Bankı və Dünya Bankı Qrupuna daxil olan
qurumlarla əməkdaşlığa
böyük önəm
verdiyi bildirildi. Bu baxımdan Beynəlxalq Maliyyə Korporasiyası ilə uzunmüddətli səmərəli
tərəfdaşlığın önəmi vurğulandı.
Qeyd edildi ki, ötən müddət ərzində
Beynəlxalq Maliyyə
Korporasiyası Azərbaycanda
müxtəlif sahələrdə
layihələrin həyata
keçirilməsinə dəstək
vermişdir.
Hazırda Azərbaycan
hökuməti üçün
prioritet hesab edilən sahələrdə
Dünya Bankı, o cümlədən Beynəlxalq
Maliyyə Korporasiyası
ilə potensial layihələrin həyata
keçirilməsi ilə
bağlı məsələlər
müzakirə edildi.
Diqqətə çatdırıldı
ki, bu layihələr
işğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdış,
məşğulluğun artırılması,
“yaşıl” şəhərlərin
yaradılması, Cənub
Qaz Dəhlizi layihəsinin genişləndirilməsi,
Bakı gəmiqayırma
zavodunun fəaliyyətinin
genişləndirilməsi, külək
enerjisi infrastrukturunun tikintisi və digər istiqamətləri
əhatə edə bilər.
Görüş zamanı
Azərbaycanda makroiqtisadi
və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində
görülən işlər
barədə məlumat
verildi.
Ötən illər
ərzində Azərbaycanın
aşağı gəlirli
ölkədən yüksək
gəlirli donor ölkəyə çevrildiyi
bildirildi. Vurğulandı
ki, 2021-ci ildən ölkəmiz Dünya Bankının donoru qismində iştirak edir.
Qeyd edildi ki, ölkədə işgüzar mühitin yaxşılaşdırılması, haqsız rəqabətin qarşısının alınması,
sahibkarlıq fəaliyyətinin
stimullaşdırılması üçün məqsədyönlü
tədbirlər görülür.
Eyni zamanda qeyri-neft iqtisadiyyatının
inkişafının əsas
prioritetlərdən biri
olduğu vurğulandı.
Bildirildi ki, aqrar sektorda müxtəlif növ güzəşt və kredit mexanizmləri tətbiq edilir.
Dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə
özəl sektorun iqtisadi inkişafda rolunun artırılması
istiqamətində ardıcıl
tədbirlərin həyata
keçirildiyi diqqətə
çatdırıldı.
Bildirildi ki, rəqabətqabiliyyətli iqtisadiyyatın
və kənd təsərrüfatının inkişafı,
həmçinin dövlət-özəl
sektor tərəfdaşlığı
layihələrinin təşviqi
və dəstəklənməsi
Beynəlxalq Maliyyə
Korporasiyasının Azərbaycan
üzrə əsas fəaliyyət istiqamətlərini
təşkil edir və ölkəmiz müvafiq sahələrdə
əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Eyni zamanda Azərbaycanın iqlim dəyişikliklərinə qarşı
qlobal mübarizəni
sistemli olaraq dəstəklədiyi və
enerji səmərəliliyi
istiqamətində ardıcıl
fəaliyyət göstərdiyi
diqqətə çatdırıldı.
Azad edilmiş ərazilərdə həyata
keçirilən genişmiqyaslı
bərpa işləri,
o cümlədən “yaşıl
enerji” zonasının,
ekoloji təmiz nəqliyyatın, “ağıllı”
şəhər və
kəndlərin yaradılması
ilə bağlı layihələr bunun bariz təzahürüdür.
Bu baxımdan
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası - COP29-un Azərbaycanda
keçirilməsinin əhəmiyyəti
vurğulandı.
Bildirildi ki, bərpaolunan enerji mənbələrinə investisiyaların
cəlb edilməsi, “təmiz enerji”yə
keçidin təmin edilməsi Azərbaycanın
enerji siyasətinin əsas prioritetləri sırasındadır və
bu istiqamətlərdə
də səmərəli
tərəfdaşlıq üçün
yaxşı imkanlar mövcuddur.
Görüşdə Dünya Bankı, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə potensial əməkdaşlıq layihələri nəzərdən keçirildi.
Azərbaycan.-2023.- 20 dekabr, ¹ 278.- S.2.