Bəzi
dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar ¹ 9/25
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və
30-cu maddələrinə uyğun
olaraq qərara alır:
1. Aşur Natiq
oğlu Bədəlov
22 saylı Nəsimi -
Yasamal, Tamerlan Nazim oğlu Qurbanov 55 saylı Siyəzən - Quba - Xızı, Qoşqar Qəzənfər oğlu
Məmmədov 110 saylı
Balakən, Ramiz Əhmədiyyə oğlu
Əsədov 116 saylı
Qəbələ seçki
dairəsi dairə seçki komissiyasının
həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından
əvvəl azad edilsinlər.
2. Nizami Fərman
oğlu Novruzov 9 saylı Binəqədi ikinci, Anar Nüsrət
oğlu Ələsgərov
22 saylı Nəsimi -
Yasamal, Əsmər Abuzər qızı Ağayeva 55 saylı Siyəzən - Quba - Xızı seçki dairəsi dairə seçki komissiyasının
həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr
Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
19.12.2023
Azərbaycan.-2023.- 20 dekabr, ¹ 278.- S.2.