"Ulu Öndər
Heydər Əliyevin yaratdığı və ümumxalq partiyası olan Yeni Azərbaycan
Partiyası növbədənkənar
prezident seçkilərinə
müzəffər Ali
Baş Komandan İlham Əliyevlə qatılır. Elə bir liderlə ki, tarixi zəfəri
ilə öz adını təkcə ölkəmizin zəngin döyüş tarixinə
deyil, dünyanın hərb tarixinə əbədi həkk etdirib. Bu baxımdan
Prezident İlham Əliyev tarix yazan və tarixə
yazılan sərkərdədir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Elman Nəsirov deyib. Deputat qeyd edib ki,
Prezident İlham Əliyev Konstitusiyanın
101-ci maddəsinin birinci
hissəsini rəhbər
tutaraq, habelə Seçki Məcəlləsinin
179-cu maddəsinə uyğun
olaraq, dekabrın 7-də
imzaladığı sərəncamla
2024-cü il 7 fevral tarixdə Azərbaycan Respublikasında növbədənkənar
prezident seçkilərinin
keçirilməsini təyin
edib. Bu reallıq fonunda siyasi camiədə bir sıra məsələlər
xüsusi müzakirə
predmetinə çevrilib.
Birincisi, növbədənkənar
prezident seçkilərinin
keçirilməsi ilə
bağlı sərəncam
hüquqi baxımdan tam legitimdir. Qanunvericilik dövlət başçısına növbədənkənar
prezident seçkiləri
təyin etmək səlahiyyəti verir.
Deputatın sözlərinə
görə, bu qərar siyasi baxımdan da tam yetərlidir. Növbədənkənar prezident
və parlament seçkiləri keçirmək
praktikasına dünyanın
əksər ölkələrində
rast gəlinir.
ATƏT-ə üzv olan
56 dövlətin 33-də ümumi,
birbaşa, o cümlədən
növbədənkənar prezident
seçkilərinin keçirilməsinə
icazə verən Konstitusiya və digər qanunvericilik aktları mövcuddur. Təkcə son 5 il ərzində dünyanın bir çox ölkəsində
növbədənkənar parlament
və prezident seçkiləri keçirilib.
Belə ki, 2019-cu ildə Belarusda, 2021-ci ildə Moldovada, 2022-ci ildə Portuqaliyada,
2023-cü ildə İspaniyada,
Niderlandda və eyni ilin 17 dekabrında
Serbiyada növbədənkənar
parlament, Mərkəzi
Asiyanın 4 dövlətində
- Qırğızıstan, Qazaxıstan, Türkmənistan
və Özbəkistanda
2021-ci, 2022-ci və 2023-cü illərdə növbədənkənar
prezident seçkiləri
baş tutub.
2024-cü il martın
17-də Rusiyada da növbədənkənar prezident
seçkiləri keçiriləcək.
Elman Nəsirov
onu da bildirib
ki, bu seçkilərin
növbədənkənar keçirilməsini
şərtləndirən ciddi
səbəblər və
əsaslar mövcuddur:
"Müstəqillik dövründə
ölkəmizdə keçirilən
həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri
heç bir zaman bütün ölkə ərazisini əhatə etməyib. Seçkilər həmişə
ölkəmizin ərazisinin
80 faizində keçirilib,
erməni işğalı
altında olan ərazilərimiz bu
prosesdən kənarda
qalıb. 2020-ci ilin sentyabr-noyabr aylarında aparılan Vətən müharibəsində müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə yenilməz ordumuz tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüz bərpa
edilib. Cari ilin 19-20 sentyabrında isə lokal antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonu üzərində suverenliyimizi
tam və əbədi təmin etdikdən sonra yeni tarixi reallıq
yaranıb. Bu reallığın, yəni
ərazi bütövlüyümüz
və suverenliyimizin
100 faiz təmin edilməsinin beynəlxalq birlik və ictimaiyyət tərəfindən
vaxtında qəbul edilməsi növbəti strateji vəzifəyə çevrilib. Bu vəzifənin uğurlu icrası bütün Azərbaycan ərazisində
2025-ci ili gözləmədən
növbədənkənar prezident
seçkilərinin keçirilməsini
zəruri edən həlledici amildir. Beləliklə, növbədənkənar
prezident seçkiləri
ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək", - deyə
E.Nəsirov söyləyib.
Deputat vurğulayıb
ki, artıq MSK öz üzərinə düşən vəzifənin
icrası istiqamətində
konkret addımlar atmağa başlayıb. Dekabrın 8-də MSK "Növbədənkənar
Azərbaycan Respublikası
Prezidenti seçkilərinin
hazırlanıb keçirilməsi
üzrə əsas hərəkət və tədbirlərin Təqvim
Planı"nı təsdiq
edib. Plana əsasən, prezidentliyə
namizədlərin irəli
sürülməsi prosesinə
başlanılıb. Bu
məqsədlə ilk
addım olaraq Yeni Azərbaycan Partiyasının İdarə
Heyətinin dekabrın
15-də genişləndirilmiş iclası keçirilib. Müzakirələrin sonunda
İlham Əliyevin
2024-cü il fevralın
7-nə təyin edilmiş
növbədənkənar prezident
seçkilərində Yeni
Azərbaycan Partiyasından
namizəd irəli sürülməsi haqqında
yekdilliklə qərar
qəbul olunub.
Elman Nəsirov
yekunda qeyd edib ki, xalqın
gözü tərəzidir.
Müdrik xalqımızın
yenidən düzgün
seçim edərək
qalibiyyətlər tariximizin
davamına - onu yazan liderimiz İlham Əliyevə səs verəcəyinə
tam əminlik var.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
20 dekabr, № 278.- S.4.