İslam maarifçiliyinə daha bir töhfə

 

 

Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin yaradılması dini təhsilin keyfiyyətini yüksəldəcək

 

 

 

Tarixən Azərbaycan müxtəlif dillərə, millətlərə, dinlərə məxsus insanların  qarşılıqlı anlaşma, mehribanlıq şəraitində birgə yaşadığı ünvan olub. Əhalisinin əksəriyyəti müsəlman olan ölkəmiz hazırda da dünyada multikulturalizmin, tolerantlığın unikal məkanı kimi tanınır. Dövlətimiz  tərəfindən islamla yanaşı, bütün dinlərə məxsus abidələr qorunur.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdən etibarən ölkəmizdə dövlət-din münasibətləri yeni müstəviyə qədəm qoyub. Hər zaman azərbaycanlı, müsəlman olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyev xüsusi vurğulayırdı ki, müasirlik dini-mənəvi dəyərlər bir-biri ilə sıx bağlanmalıdır bu dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi inkişafı üçün istifadə etməliyik.

Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev xalqımızın milli dəyərlərinə böyük diqqət qayğı göstərir, inkişafı üçün mühüm sərəncamlar verir. Dövlətimiz tərəfindən mütəmadi olaraq ölkəmizdəki məscidlərin, kilsələrin, sinaqoqların digər ibadət evlərinin təmir-bərpa işləri həyata keçirilərək insanların istifadəsinə verilir. O cümlədən işğaldan azad edilən ərazilərdə məscidlər, alban irsinə məxsus kilsələr uğurla bərpa edilir.

Xüsusi vurğulayaq ki, ötən illərdə  Prezident İlham Əliyevin din sahəsində apardığı mütərəqqi siyasət sayəsində Azərbaycanda mövhumatdan, xurafatdan uzaq tədris sistemi qurulub.

Xatırladaq ki, 2018-ci ildə Prezidentin sərəncamı ilə yüksək dini, dünyəvi biliklərə, intellektual səviyyəyə malik din xadimlərinin, mütəxəssislərin yetişdirilməsi üçün Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradılıb.

2023-cü ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Aİİ yanında Bakı İlahiyyat Kollecinin (BİK) yaradılması da dövlətimizin islam maarifçiliyinə xüsusi diqqətinin təzahürüdür.

 

 

 

Bu kollecdə həm dünyəvi, həm dini fənlər tədris olunacaq

 

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini təhsil verəcək yeni kollecin yaradılmasının məqsədlərinə aydınlıq gətirərək söyləyib ki, Azərbaycanda dövlət ali təhsil müəssisəsi olsa da, orta ixtisas dini təhsili müəssisəsi fəaliyyət göstərmirdi deyə, dini təhsil ancaq ali təhsil pilləsində mövcud idi. Artıq Azərbaycanda dini təhsilin həm orta ixtisas, həm ali təhsil pilləsi dövlət müəssisəsi tərəfindən həyata keçiriləcək.

Mübariz Qurbanlının sözlərinə görə, bəzi vəzifələr var ki, onların daşıyıcılarının dini orta ixtisas təhsili alması yetərlidir: "Məsələn, dini ayinlərin icraçısı, müəzzin kimi vəzifələri tutmaq üçün dini orta ixtisas təhsilin olması kifayətdir. Deməli, Bakı İlahiyyat Kollecinin məzunları gələcəkdə müəzzin, dini ayinlərin icraçıları olacaqlar. Bu məzunlardan kimsə imam olmaq istəsə, təbii ki, ali təhsil almaq üçün Azərbaycan İlahiyyat İnstitutuna müraciət edəcək".

Bakı İlahiyyat Kollecində həm dünyəvi, həm dini fənlərin tədris olunacağını bildirən komitə sədri vurğulayıb ki, burada hər hansısa məzhəbə əsaslanan dini təhsil verilməyəcək.

"Təcrübə onu göstərir ki, ölkəmizdən kənarda dini təhsil alan şəxslərin böyük bir qismi məhz xaricdəki dini qrupların təsir dairəsinə düşüb. Təbii ki, bu fikri xaricdə dini təhsil almış hər kəsə aid etmək olmaz" deyən Mübariz Qurbanlı onu da bildirib ki, əsas məqsədlərdən biri Azərbaycanda dini təhsilin bütün pillələrini yaratmaq onun keyfiyyətini qaldırmaqdır. Eyni zamanda dini təhsilin bütün pillələrini ödənişsiz həyata keçirməkdir.

 

 

 

Din sahəsində daha savadlı kadrlar hazırlanacaq

 

 

 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov "Azərbaycan" qəzetinə açıqlamasında söylədi ki, Prezident İlham Əliyevin 9 fevral 2018-ci il sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdən ibarətdir.

Aqil Şirinov qeyd etdi ki, Aİİ yanında Bakı İlahiyyat Kollecinin yaradılması isə Azərbaycan dövlətinin keyfiyyətli dini təhsilə verdiyi əhəmiyyətin göstəricisidir.  Kollec ilk növbədə Aİİ üçün baza olacaq: "Öz ölkəmizdə dini təhsil almaq üçün hər şərait mövcuddur. İnstitutda ali dini təhsil elmi əsaslarla həyata keçirilir. Kollecin yaranması ilə bu tədris orta ixtisas səviyyəsində həyata keçiriləcək, tədrisdə ardıcıllıq təmin olunacaqdır. Kolleci bitirənlər dünyəvi fənlərlə yanaşı, dini biliklərə yiyələnəcəklər bunun Aİİ- dini elmlər sahəsində daha savadlı abituriyentlərin qəbuluna gətirib çıxaracağını düşünürəm".

Rektor söylədi ki, gələcəkdə kollecdə təhsil alanların qida yataqxana ehtiyaclarının qarşılanması nəzərdə tutulur. Bu da dini sahədə təhsil almaq istəyənlərin başqa ölkələrə yönəlməsinin qarşısını alacaqdır. Kollecdə verilən təhsil institut təhsili ilə tamamlanacaq, bununla da ölkəmiz üçün dini sahədə daha savadlı kadrların hazırlanması təmin ediləcəkdir. Kolleci bitirənlər məscidlərdə çalışa biləcəklər.

Bakı İlahiyyat Kollecinə qəbulun Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcəyi barədə məlumat verən Aqil Şirinov kollecə qəbulun hansı formada təşkil olunacağının isə DİM tərəfindən müəyyənləşdiriləcəyini bildirdi. Eyni zamanda Aİİ- kollecdən qəbulun forması da adıçəkilən qurum tərəfindən elan olunacaq.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 20 dekabr (№278).- S.6.