Bakı Şəhər İcra Hakimiyyətində "Heydər
Əliyev" kitabının
təqdimatı keçirilib
Bakı Şəhər
İcra Hakimiyyətində
xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində
Bakı Şəhər
İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun yeni layihəsi - Ulu Öndərin həyat və ictimai-siyasi fəaliyyətinin müxtəlif
dövrlərini əhatə
edən elmi məqalələr toplusu olan "Heydər Əliyev" kitabının təqdimatı
keçirilib.
Tədbirdə tanınmış
tarixçilər, tədqiqatçı-alimlər, elm və mədəniyyət
xadimləri, millət
vəkilləri, dövlət
qurumlarının və
ölkə ictimaiyyətinin,
KİV-in nümayəndələri,
Vətən müharıbəsi
veteranları və qazilər, din xadimləri iştirak ediblər.
Tədbirin əvvəlində
Ulu Öndər Heydər Əliyevin və vətən torpaqlarının azadlığı
uğrunda şəhid
olmuş soydaşlarımızın
əziz xatirəsi birdəqiqəlik sükutla
yad olunub və kitabla bağlı videoçarx nümayiş etdirilib.
Təqdimat mərasimində
çıxış edənlər
Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Eldar
Əzizov bildirib ki, Ulu Öndər
Heydər Əliyevin xatirəsinə həsr edilən iki fəsildən ibarət akademik xarakterli bu kitab Bakı
Şəhər İcra
Hakimiyyəti və Tarix İnstitutunun yeni layihəsidir. Eldar Əzizov qeyd edib ki,
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və dövlət başçısı
İlham Əliyevin siyasətinin yaxından öyrənilməsi və
təbliği Azərbaycanda
sabitliyin qorunmasına
və ölkəmizin
gələcək inkişafına
təminat verir.
Təqdimat mərasimində
çıxış edənlər
Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı
misilsiz xidmətlərindən
söz açaraq vətənini hədsiz dərəcədə sevən
bu dahi insanın
ölkəmizin tarixinə,
xalqımıza son dərəcə böyük
sevgi və hörmətlə yanaşmasından
danışıb və
bu kitabın Ulu Öndərin zəngin irsinin öyrənilməsi və
təbliği işində
mühüm rol oynayacağını vurğulayıblar.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-
2023.- 20 dekabr (№278).- S.7.