Londonda Heydər
Əliyevin 100 illik yubileyi qeyd edilib
London şəhərində yerləşən
məşhur “Chelsea Old Town Hall” bələdiyyə binasında
müasir Azərbaycan
dövlətinin qurucusu
Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Britaniya Azərbaycanlıları
Cəmiyyətinin təşkilatçılığı
ilə baş tutan tədbirdə Azərbaycanın Birləşmiş
Krallıqdakı səfirliyinin,
yerli ictimaiyyətin, ölkəmizə dost xalqların
icmalarının nümayəndələri,
soydaşlarımız, “Qarabağ”
Azərbaycan həftəsonu
məktəbinin şagirdləri
və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.
Azərbaycanın və Birləşmiş Krallığın
Dövlət himlərinin
səsləndirilməsi ilə
başlayan tədbirdə
ulu öndərin London səfərini,
Dünya Azərbaycanlılarının
I Qurultayındakı çıxışlarından
fikirlərini əks etdirən videoçarx və Azərbaycan Diasporuna Dəstək Fondunun dahi şəxsiyyətə
həsr etdiyi “Böyük sənət hamısı” sənədli
film nümayiş etdirilib.
Tədbiri giriş
sözü ilə açan Britaniya Azərbaycanlıları Cəmiyyətinin
sədri Fəridə
Pənahova xatırladıb
ki, 1994-cü ildə Azərbaycan
icması ilə ölkəmizin Böyük
Britaniyadakı səfirliyində
görüşü zamanı
Heydər Əliyev soydaşlarımızı öz
övladlarına dilimizi,
tariximizi, musiqimizi, Azərbaycan laylalarını
öyrətməyə çağırıb.
Onun 100 illiyinə həsr olunmuş tədbirin Heydər Əliyevin dəyərli tövsiyəsini əks etdirdiyini söyləyib. Dünya Azərbaycanlılarının
I Qurultayında ümummilli
lider Heydər Əliyevin səsləndirdiyi
“Qoy, çaylarımız
qurumasın, ağaclarımız
kəsilməsin, çırağımız
sönməsin! Yaşasın
müstəqil Azərbaycan!”
arzusunun ulu öndərin
layiqli davamçısı
Prezident İlham Əliyevin
rəhbərliyi ilə
gerçəkləşdirildiyi diqqətə çatdırılıb.
Tədbir iştirakçılarını
salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin
şöbə müdiri
Səlhət Abbasova bildirib ki, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində
ulu öndərin 100 illik
yubileyi böyük qürurla və təntənə ilə qeyd edilir. Heydər
Əliyevin həyata keçirdiyi azərbaycançılıq
ideologiyasının xalqın
milli mənsubiyyətinə, mədəni dəyərlərinə
söykəndiyi, soydaşlarımızın
birləşmək əzmini
gücləndirdiyi, “Mən
fəxr edirəm ki, mən azərbaycanlıyam”
kəlməsinin bütün
azərbaycanlıların qəlbini
fəth etdiyi vurğulanıb. “Biz xatırlamalıyıq
ki, “Qarabağ” məktəbinin
istedadlı övladlarını
böyüdən valideynlər
və müəllimlər
bir vaxtlar Heydər Əliyev dövrünün gənc
nəslini təşkil
ediblər. O, məhz öz mədəniyyətinə
sadiq, xalqımızın
multikultural ənənələri
ilə formalaşan gənclərə inanırdı”.
Azərbaycanın Birləşmiş
Krallıqdakı səfirliyinin
əməkdaşı Rəşad
Vahabzadə dahi şəxsiyyət Heydər
Əliyevin ömür
yolu və siyasi fəaliyyətindən
danışıb.
Sonra “Qarabağ” məktəbinin
şagirdləri və
xalq artisti Gülyanaq Məmmədovanın
ifasında rəngarəng
konsert proqramı təqdim edilib. Ulu öndərin arzusunu və ona həsr
olunmuş fikirləri
Azərbaycan və ingiliscə səsləndirən
məktəblilərin ifasında
“Can Azərbaycan”, “Azərbaycan”,
“Dostluq himni”, “Əsgər marşı”,
Gülyanaq Məmmədovanın
ifasında isə “Ucal həmişə”, “Yaşa mənim xalqım”, “Azərbaycanım”,
“Mən bu millətə bağlıyam”,
“Şən Azərbaycan”
mahnıları səsləndirilib.
Qeyd edək ki, tədbirin musiqi proqramına Rasim Fərziyev rəhbərlik
edib.
Tədbirin sonunda xalqımızı və dünya azərbaycanlılarını
qarşıdan gələn
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
və Yeni il münasibətilə
təbrik edən məktəblilərə sertifikatlar
təqdim edilib. Uşaqların hazırlığına
böyük zəhmət
sərf edən Qarabağ məktəbinin
musiqi müəllimi,
Dr. Səadət Fərziyevaya
təşəkkür elan olunub.
Azərbaycan.-2023.- 20 dekabr
(¹278).- S.7.