Meksikanın tanınmış jurnalı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı geniş material dərc edib

 

Meksikanın dövlət hökumət qurumları, parlament, akademik çevrələr ölkədə akkreditə olunmuş diplomatik korpus üzvləri arasında geniş yayılanMundo InternacionaljurnalındaHər bir xalqın lideri ona layiq olurbaşlıqlı iri həcmli yazı dərc olunub.

Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Heydər Əliyevin Azərbaycan xalqı üçün milli qürur mənbəyi olduğu, görkəmli siyasətçi dövlət xadiminin adının ölkə tarixinə qızıl hərflərlə yazıldığı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin AzərbaycandaHeydər Əliyev İlielan edildiyi qeyd olunur.

Yazıda Ümummilli Liderin keçdiyi şərəfli həyat yoluna qısa nəzər salınır, onun Sovet İttifaqı dövründə müstəqillik illərində Azərbaycanın dövlətçiliyi xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqda məlumat verilir, məhz Ulu Öndərin Azərbaycanı xaos dərin böhrandan çıxardığı, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyi bildirilir.

Həmçinin 1990-cı ilin yanvar ayının 20-də paytaxt Bakı sakinlərinin üzərinə qoşun göndərilərək çoxlu sayda mülki azərbaycanlının qətlə yetirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin bu cinayəti kəskin şəkildə pisləyən, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsi günahkarların cəzalandırılmasını tələb edən ilk dövlət xadimi olduğu vurğulanır.

Müəllif qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalmış SSRİ-nin süqutu ilə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası üçün ağır sınaq dövründə Ulu Öndər Heydər Əliyevin xalqın israrlı çağırışı ilə hakimiyyətə qayıtdığını bu qayıdışla ölkədə sabitliyin təmin olunması, həmrəyliyin möhkəmləndirilməsi, inkişaf üçün ilkin şərtlərin təmin olunması istiqamətində çox təsirli addımların atıldığını qeyd edir.

Qeyd olunur ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü daxili çəkişmələrlə əlaqədar dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdığı bir vaxtda Heydər Əliyev ölkədə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib.

Yazıda Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edilir, onun təşəbbüsü ilə reallaşan dünya miqyaslı iqtisadi layihələr nəticəsində Azərbaycan iqtisadiyyatının böhrandan qurtulduğu, ölkədə yoxsulluq səviyyəsinin kəskin şəkildə azaldığı bildirilir. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Cənub Qaz Dəhlizi kimi dünya miqyaslı layihələr sayəsində bu gün Avrasiyanın enerji nəqliyyat xəritələrinin tamamilə dəyişdiyi, bu sahələrdə qitə miqyasında yeni reallıq yaratdığı vurğulanır.

Məqalədə Heydər Əliyevin uzaqgörən siyasətinin, hadisələrə baxışının zəngin ideyalarının bu gün üçün aktuallığını qoruyub saxladığı, məhz bu sayədə bu gün Azərbaycanın böyük coğrafiyaları birləşdirən nəqliyyat-energetika şəbəkələrində əsas aktor rolunu oynadığı bildirilir.

Yazıda bu gün Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzunun gündən-günə artdığı, 2020-ci ildə otuz illik həsrətə son qoyularaq işğal altında olan torpaqların azad olunduğu 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi, bu gün Azərbaycan tarixində yeni səhifənin yazıldığı, hazırda regionda yeni reallıqların yarandığı, azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışının təmin olunması üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma bərpa işlərinin aparıldığı qeyd olunur.

Məqalədə, həmçinin bu ilin aprel ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan Dostluq Qrupunun xüsusi iclası barədə məlumat verilir.

Qeyd edək ki, jurnalın üz qabığında da Ulu Öndərin şəkli əks olunub.

 

Azərbaycan.-2023.- 20 dekabr (¹278).- S.7.