Azərbaycan Könüllülük Həftəsi 2023” başa çatıb

 

Gənclər Fondu, Gənclər İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunanAzərbaycan Könüllülük Həftəsi 2023” başa çatıb.

Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, on dörd gün davam edən respublikamızın müxtəlif regionlarını əhatə edərək 15 minə yaxın könüllünü bir çətir altında birləşdirən Könüllülük Həftəsi, hər il olduğu kimi bu il bir-birindən fərqli maraqlı layihələrlə yadda qaldı.

Dekabrın 5-də Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq başlayan Könüllülük Həftəsi, Ümummilli Lider Heydər Əliyevin gənclərə ünvanladığı tövsiyələrə əsaslananVətənpərvərlik”, “Təhsil Elm”, “İdman sağlamlıq”, “Mədəniyyət”, “Mənəvi tərbiyəkimi istiqamətlər aid edilib. Bundan əlavə, həftə çərçivəsində “100 Könüllü Əməl”, “Ulu Öndər hər addımımda fotomüsabiqə”, “MədəniyyətimİZ”, “Heydər Əliyev mənim üçün...”, “Könüllünün Günü”, “Könüllü Olkimi tədbirlər, eyni zamandaAzərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”, “Dəmir Yumruq! Könüllülərin Həmrəylik düşərgəsiTürk Dövlətləri Könüllü Təşkilatlarının Əlaqələndirmə görüşükeçirilib.

Ölkəmizdə 2016-cı ildən etibarən həyata keçirilərək gənclər üçün unudulmaz xatirələrlə yadda qalan, eyni zamanda minlərlə Azərbaycan könüllüsünü birləşdirən Könüllülük Həftəsinin bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması könüllülərimiz üçün xüsusi önəm daşıyıb.

Ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə könüllülərə daima diqqət qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülük hərəkatının, bu gün daha geniş imkanlara sahib olduğunu deyə bilərik.

Məhz buna görə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində, Azərbaycan gəncləri bütün sahələrdə, eyni zamanda könüllü sıralarına qoşularaq özlərini doğruldurlar.

 

Azərbaycan.-2023.- 20 dekabr (¹278).- S.7.