Qərbi
Azərbaycan İcması
Luis Okamponun növbəti qondarma hesabatına cavab verib
Erməni diasporunun
əlində oyuncağa
çevrilmiş Luis Okampo Azərbaycanı “soyqırımı”nda ittiham edən növbəti qondarma hesabatla çıxış
edib.
Xocalı qatillərinin
tutulmasına gözyaşı
tökən səlibçi
mentalitetli L.Okampo bunu “erməni soyqırımının tərkib
hissəsi” kimi qələmə verir. O, daha doğrusu, bu cızma-qaranı onun adından yazmış şəxslər
“Dağlıq Qarabağ
etnik qrupu” kimi “dahiyanə elmi kəşf” edib.
AZƏRTAC xəbər verir ki, bu
barədə Qərbi
Azərbaycan İcmasının
L.Okamponun qondarma hesabatı ilə bağlı bəyanatında
bildirilib.
“Cızma-qarada 2017-ci ildə “İvanyan (ermənilərin Xocalıya
verdiyi eybəcər ad) Artsaxın Azərbaycan işğalından
azad edilmiş inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqını
təhqir edən Artak Beqlaryan kimi irqçi klounun ifadəsi yer alıb. Hesabatda bu il
Azərbaycan əleyhinə
təşkil edilmiş
BMT Təhlükəsizlik Şurasının
iclaslarına, ABŞ senatında
dinləmələrə, “Nyu-York
Tayms”, “Vaşinqton
Post” kimi qəzetlərdə
ölkəmizə qarşı
yer almış şər-böhtan yazılara
toxunan L.Okampo əslində özünün
də cəlb edildiyi kampaniya barədə aydın ipucuları verir”, - deyə Qərbi Azərbaycan İcmasının
bəyanatında vurğulanıb.
Bəyanatda, həmçinin bildirilib ki, Azərbaycan və Ermənistan arasında əldə edilmiş 7 dekabr anlaşması fonunda belə əməllərin məqsədi sülh prosesinə mane olmaqdır. Bir sıra regiondankənar dairələr Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı deyil. Belə kağız parçaları bu ilin yay aylarında olduğu kimi Ermənistana boş ümid verməməlidir.
Azərbaycan.-2023.- 20 dekabr (¹278).- S.9.