"Mədəni irs" Forumu maddi mənəvi dəyərlərimizin təbliğinə təkan verəcək

 

 

Ölkəmizdə mədəni irsin qorunmasına təbliğinə daim böyük diqqət qayğı göstərilir. Bu məqsədlə müvafiq tədbirlər həyata keçirilir. Elə bu diqqət qayğının nəticəsidir ki, şərəfli tarixi keçmişimizi özündə yaşadan maddi mənəvi dəyərlərimiz etibarlı şəkildə qorunub saxlanılır. Dekabrın 18-də Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə "Mədəni irs" mövzusunda forumun keçirilməsi bu sahəyə olan diqqət qayğının bariz nümunəsidir.

"Mədəni irs" Forumu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil olunub. Forumda dövlət rəsmiləri, Milli Məclisin deputatları, elm mədəniyyət xadimləri, mədəni irs üzrə mütəxəssislər iştirak edirdilər.

Mədəni irsimizin qorunmasına, təbliğinə həsr olunmuş forum "Gülüstan" sarayında öz işinə başlayıb. Mərasim başlamazdan əvvəl iştirakçılar sarayın foyesində milli tətbiqi-dekorativ sənət nümunələri - misgərlik, xalçaçılıq, kəlağayı sənəti təkəlduz örnəklərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə işğaldan azad olunmuş Qarabağa Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən səfərlər zamanı sənətkarların ərsəyə gətirdikləri əl işləri yer alıb. Ekspozisiyada həmçinin Heydər Əliyev Fondu tərəfindən nəşr edilən, Qarabağdakı mədəni irsimizi əks etdirən kitab-albom da nümayiş olunub. İngilis dilində çap olunan kitab-albomda işğaldan azad edilmiş ərazilərimizdəki sənət nümunələrimiz, onların real təsvirləri verilib.

Rəssamların işləri arasında Cavanşir Məmmədovun "Qarabağ, əziz Şuşa, sən azadsan!", Samir Səmədovun "Xəzinə yüklü Qarabağ gözəli", Kamran Əsədovun "Zəfər" digər müəlliflərin rəngkarlıq heykəltaraşlıq nümunələri iştirakçılarda böyük maraq doğurub. Sərgidə həmçinin iştirakçılara qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmağa cəhd göstərilən əşyalar - maddi-mədəniyyət nümunələri təqdim edilib. Burada zinət əşyalarından silah növlərinə, qiymətli əlyazmalardan musiqi alətlərinə qədər nümayiş olunan müxtəlif əsərlər maraqla qarşılanıb. Sərgidə həmçinin təkəlduz tətbiqi sənət növü, misgərlik, zərgərlik, quramalar, təzhib, balaban sədəfdüzmə nümunələri nümayiş etdirilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova forumda çıxış edərək bildirib ki, Azərbaycanda mədəni irsin qorunması Ümummilli Lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi sahələrdən biri olub: "Ulu Öndər deyirdi ki, istənilən xalqı dünyada tanıdan ən önəmli xüsusiyyət onun mədəniyyətidir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir. Mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib".

Nazir müavini 30 ilə yaxın erməni işğalında qalmış ərazilərdəki mədəniyyət abidələrindən söz açaraq qeyd edib ki, Qarabağ Şərqi Zəngəzurda 705 tarix mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. İşğal dövründə mədəniyyət abidələri məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb, 47 abidə Yer üzündən tamamilə silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə həmin ərazilərdə yerləşən, dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb. Hazırda Azərbaycanda dövlət mühafizəsinə götürülmüş 6 min 308 abidə mövcuddur.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin çıxışı forum iştirakçılarının diqqətini çəkib. Mədəni irsimizdən söz açan görkəmli memar bildirib ki, Azərbaycan xalqının tarixi irsi dəryalar qədər hədsiz sərhədsizdir. "Tarixi irsimiz təkcə bu torpaqlarda yox, dünyanın bir çox ölkəsində mövcuddur. Bu, azərbaycanlılar üçün çox qürurverici bir haldır", - deyə o, fikirlərini tədbir iştirakçılarına çatdırıb. Tarixi irsimizin öyrənilməsinin qarşımıza böyük məqsədlər qoyduğunu qeyd edən Memarlar İttifaqı İdarə Heyətinin sədri bunların reallaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olduğunu xüsusi vurğulayıb: "Bu gün bu işi Prezident İlham Əliyev uğurla davam etdirir. Mədəni irsimizin qorunmasında Mehriban xanım Əliyevanın onun başçılıq etdiyi Heydər Əliyev Fondunun da böyük rolu var".

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov "Mədəni irs" Forumunda iştirakın hər kəs üçün vacib məsələ olduğunu bildirib: "Tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilməsi xüsusi məna daşıyır. Ulu Öndərin sənətə, yaradıcılığa olan marağını, rəssamlara göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Hazırda isə Prezident İlham Əliyev Azərbaycanı bütün platformalarda yüksək zirvələrə qaldırıb. Bizim üzərimizə düşən vəzifə öz sənətimizi daha da inkişaf etdirməkdir".

Forumda "Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi mühafizəsi problemləri", "Postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni təbii irsinin qorunması məsələləri", "Azərbaycanda daşınar mədəni irs: muzey işi müasir çağırışlar", "Qeyri-maddi mədəni irsin mühafizəsi müasir çağırışlar", "Təsviri sənət müasir çağırışlar", "Mədəni irs müasir memarlıq - Şəhərsalma prinsipləri" sair mövzular üzrə panellər təşkil olunub. Panellər zamanı müvafiq sahələrin mövcud vəziyyəti perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, qərarlar qəbul olunub.

Ölkəmizdə ilk dəfə keçirilən "Mədəni irs" Forumu mədəniyyətimizin inkişafına müsbət təsir göstərəcək. Forumda mütəxəssislər tərəfindən irəli sürülmüş ideyalar, verilən təkliflər, söylənilən fikirlər əlaqədar təşkilatlar tərəfindən dərindən öyrəniləcək layiqincə qiymətləndiriləcək. Deməli, maddi mənəvi dəyərlərimiz bundan sonra daha da etibarlı şəkildə qorunacaq, daha da geniş təblig olunacaq. Dünya ictimaiyyəti mədəni irsimizi, xalqımızın mədəni tarixi keçmişini dərindən öyrənəcək. 

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2023.- 20 dekabr (№278).- S.11.