Rusiyanın
Samara vilayətində
Azərbaycan Mədəniyyəti
Günləri keçirilib
Rusiyanın Samara
vilayətində Azərbaycan
Mədəniyyəti Günləri
keçirilib. Tədbir
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və “Samara Vilayətinin Azərbaycanlılar Liqası”
İctimai Birliyinin 20 illiyinə həsr olunub.
AZƏRTAC vilayət hökumətinin saytına
istinadla xəbər verir ki, Azərbaycan
Mədəniyyəti Günləri
çərçivəsində “Rusiya-Azərbaycan: dünən,
bu gün, sabah” mövzusunda dəyirmi masa təşkil olunub, taleyi Rusiya ilə
sıx bağlı olmuş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında filmin təqdimatı keçirilib.
Samara vilayətində
120-dən çox millətin
nümayəndəsi yaşayır.
Xalqların dostluğunun
möhkəmlənməsində ictimai təşkilatlar və birliklər böyük rol oynayır. Azərbaycanlılar
regionun ictimai həyatında fəal iştirak edir, onun mədəni ənənələrini zənginləşdirirlər.
Belə ki, Azərbaycan Mədəniyyət
Günlərinin Samarada
əsas təşkilatçısı
qismində çıxış
edən “Samara Vilayətinin Azərbaycanlılar
Liqası” İctimai Birliyi nəzdində “Xəyal” və “Alpan” peşəkar yaradıcılıq kollektivləri
formalaşıb. Bu kollektivlər şəhərin
və vilayətin mədəni tədbirlərində
tez-tez iştirak edirlər.
Tədbirdə qonaq
qismində Azərbaycandan
və Samara ilə qonşu regionlardan olan təmsilçilər, İctimai
Palatanın üzvləri,
ictimai xadimlər, alimlər, yerli milli ictimai təşkilatların
liderləri, Privoljye
Federal Dairəsi regionlarının,
Dağıstan Respublikası
və Moskva şəhərinin Azərbaycan
ictimai birliklərinin rəhbərləri iştirak
ediblər.
Samara vilayətinin
qubernatoru Dmitri Azarovun adından tədbir iştirakçılarını
qubernatorun birinci müavini - Samara vilayəti hökumətinin
sədrinin vəzifəsinin
icra edən Natalya Katina salamlayıb.
“Bizim regionda yaşayan azərbaycanlılar
öz əcdadlarının
mənəvi ənənələrinə
əsaslanaraq, çoxmillətli
quberniyamızın digər
xalqlarının nümayəndələri
ilə bu günün ən mühüm məsələlərini
birgə həll edirlər. Siz öz tarixi Vətəninizlə möhkəm
əlaqəni qoruyub saxlayaraq, ölkələrimiz
və xalqlarımız
arasında dostluq münasibətlərinin inkişafı
üçün çox
iş görürsünüz.
Siz digər milli ictimai təşkilatlarla
birgə böyük maarifləndirici işlər
aparırsınız. Əminəm
ki, irəlidə Samara vilayəti ilə Azərbaycan arasında millətlərarası
sülhün qorunub saxlanması, dostluq və tərəfdaşlıq
münasibətlərinin möhkəmləndirilməsi
naminə birgə səmərəli fəaliyyətimizin
böyük perspektivləri
var”, - deyə region rəhbərinin müraciətində bildirilir.
N.Katina “Samara Vilayətinin Azərbaycanlılar
Liqası” İctimai Birliyinin sədri Şirvan Kərimova xalqlar arasında dostluq əlaqələrinin
möhkəmlənməsinə verilən böyük töhfəyə görə
minnətdarlığını bildirib. Samara şəhər dairəsinin
başçısı Yelena
Lapuşkina “Samara Vilayətinin Azərbaycanlılar
Liqası” İctimai Birliyinin üzvlərinə
təşəkkürnamələr təqdim edib.
Həmin gün qala-konsert təşkil olunub. Konsertin proqramına virtuoz skripkaçı, Azərbaycanın
Əməkdar artisti Ceyhun İsmayılovun dirijor, Samara vilayətinin Əməkdar artisti Mark Koqanın rəhbərlik etdiyi Samara şəhər
dairəsinin nəfəs
alətləri orkestrinin
birgə çıxışı,
Rusiyanın Xalq artisti Mark Levyantın, kamançaçalan, Azərbaycanın
Xalq artisti Elşən Mansurov və tarçalan İntiqam Oqtaylının müşayiəti
ilə Xalq artisti Nəzakət Teymurovanın, Ümumrusiya
və beynəlxalq müsabiqələr laureatı
Vadim Zubkovun, “Samara Vilayətinin
Azərbaycanlılar Liqası”nın
“Xəyal” və “Alpan” rəqs kollektivlərinin, Ümumrusiya
musiqi müsabiqələrinin
laureatı Aida Əkbərovanın
çıxışları daxil idi.
Tədbirin ikinci günü qonaqlar Samara vilayətinin Xalqlar dostluğu evində olublar. Müəssisənin
direktoru İqor Burov təşkilatın tarixi və fəaliyyəti,
milli mədəni mərkəzlər
barədə, eləcə
də vilayətdə
keçirilən millətlərarası
və milli tədbirlərdən
söhbət açıb.
Azərbaycan təmsilçiləri
Xalqlar dostluğu evinin fəaliyyətinin mühümlüyünü dəyərləndirib,
eləcə də
“Samara Vilayətinin Azərbaycanlılar
Liqası”na göstərilən
dəstəyə görə
minnətdarlıqlarını bildiriblər.
Azərbaycan.-2023.- 20 dekabr
(¹278).- S.12.