III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalında yeni əsərlər təqdim olunub

 

III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində müasir Azərbaycan bəstəkarlarının vokal əsərlərindən ibarət konsert olub. Bu əsərlərin bir çoxu ilk dəfə ifa edilib.

AZƏRTAC xəbər verir ki, III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının dördüncü gününün proqramı Bülbülün Xatirə MuzeyindəŞuşadan İtaliyayaadlı konsert proqramı ilə başlayıb. Bülbül adına vokal məktəbinin tələbələri dünya Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.

Festivalın növbəti gününün proqramına Beynəlxalq Muğam Mərkəzində yekun vurulub. Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşovun, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcovun, gənc bəstəkarlar Tahir İbişov, Tural Məmmədli, Elvin Quliyev, Elnara Dadaşova, Qumru İmamverdiyeva, Toğrul Salmanovun əsərlərini Əməkdar artist Səidə Şərifəliyeva gənc vokalçılar Şaban Cəfərov, İsmayıl Zeynalov, Şəfa Qəhrəmanova, Katibə Mehdiyeva, Atəş Qarayev, Mələk İsrafilova ifa ediblər.

Xalq artisti Samir Cəfərovun ifa etdiyi musiqisi Tural Məmmədliyə aid olanGünəşiməsəri tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Festivalın dördüncü gününə yekun vuran Əməkdar artist, III Beynəlxalq Azərbaycan Vokalçılar Festivalının ideya müəllifi bədii rəhbəri Ramil Qasımov festival çərçivəsində keçirilən bu tədbirin ən əlamətdar gecələrdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu layihə yeni əsərlərin yaranmasına öz töhfəsini verir.

“Yeni bəstəkarlar varsa, yeni ifaçılar da var. Yeni ifaçılar varsa, yeni bəstəkarlar da var. Bəstəkar ifaçı bir-birini tamamlayır”, - deyə Ramil Qasımov vurğulayıb.

Əməkdar artist, həmçinin Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının rəhbərliyinə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə başda olmaqla bütün Azərbaycan bəstəkarlarına minnətdarlığını bildirib.

 

Azərbaycan.-2023.- 20 dekabr (№278).- S.12.