Qərbi
Azərbaycan İcması
Azərbaycanda keçiriləcək
prezident seçkiləri
ilə bağlı bəyanat yayıb
Dekabrın 29-da Qərbi Azərbaycan
İcmasının (QAİ) növbədənkənar ümumi
yığıncağı keçirilib.
AZƏRTAC
xəbər verir ki, ümumi yığıncaq
2024-cü il fevralın 7-də Azərbaycan Respublikası
Prezidenti seçkilərində
İlham Əliyevin namizədliyinə
dəstək mövzusuna
həsr edilib.Qərbi
Azərbaycan İcmasının
İdarə Heyətinin
sədri, Milli Məclisin
deputatı Əziz Ələkbərli fevralın
7-də keçiriləcək prezident seçkilərinin
Azərbaycan Respublikasının
tarixində mühüm
hadisə olacağını
qeyd edərək, ölkəmizin ərazi bütövlüyünü və
suverenliyini bərpa etmiş və Qərbi Azərbaycana qayıdış məsələsini
beynəlxalq gündəliyə
gətirmiş Müzəffər
Ali Baş Komandanın
- Prezident İlham Əliyevin
namizədliyinə dəstək
ifadə edib.
Daha sonra Müşahidə Şurasının sədri
professor Misir Mərdanov,
Ağsaqqallar Şurasının
sədri, deputat akademik Əhliman Əmiraslanov, Nəzarət-Təftiş
Komissiyasının sədri
professor Vahid Novruzov, Ziyalılar
Şurasının sədri
professor Elxan Hüseynov,
Qadınlar Şurasının
sədri, deputat Məlahət İbrahimqızı,
Gənclər Şurasının
sədri, deputat Ramin Məmmədov, İdarə Heyəti sədrinin müavini, deputat Hikmət Babaoğlu, Ziyalılar Şurası sədrinin müavini akademik Nizami Cəfərov, o cümlədən Ağsaqqallar
Şurasının üzvü,
Amasiya rayon icmasının
sədri akademik Abel Məhərrəmov, Ağsaqqallar
Şurasının sədr
müavini, Vedi rayon icmasının sədri
professor Vaqif Şadlinski,
Müşahidə Şurasının
üzvü akademik Rasim Əliquliyev, İdarə Heyətinin üzvü professor Mahirə
Hüseynova, Nəzarət-Təftiş
Komissiyasının sədr
müavini, deputat Şahin İsmayılov, İdarə Heyətinin üzvü professor Kamran Musayev
çıxış ediblər.
Natiqlər Ulu Öndər
Heydər Əliyevin irsini şərəf və ləyaqətlə davam etdirən, bütün dünya azərbaycanlılarının ümid
və dayaq yeri olan Prezident
İlham Əliyevin namizədliyinə
dəstək ifadə
ediblər.
Çıxışlardan sonra ümumi yığıncaq
bəyanat qəbul edib. Bəyanatda deyilir: “Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin ideya və arzularının gerçəkləşdiyi bugünkü
Azərbaycan öz dövlətçilik tarixinin
ən güclü dövrünü yaşamaqdadır.
Ulu Öndərin irsini
şərəf və
ləyaqətlə davam
etdirən, bütün
dünya azərbaycanlılarının
ümid və dayaq yeri olan
Prezident İlham Əliyevin
qətiyyətli və
müdrik siyasəti yüz illərdən sonra bizə güclü dövlətin
qalib vətəndaşı
olmaq hissini yaşadıb. Prezident
İlham Əliyevin böyük
Zəfərlə nəticələnən
və Azərbaycanı
dünya dövlətləri
arasında öz layiqli yerinə ucaldan ali missiyası
uzun illərdən bəri titanik zəhmət və müdrikliklə qurulub. Amalı Azərbaycan dövlətinin güclənməsinə,
xalqımızın firavanlığına
xidmət etmək olan Prezident İlham Əliyev Vətən qarşısında xidmətləri
ilə mükəmməl
vətəndaş, siyasi
irsə sadiq lider və islahatçı
dövlət xadimi kimi tanınıb. Bu gün dünyaya günəş kimi parlayan Azərbaycan
İlham Əliyevin ən
kamil əsəridir.
Ulu Öndər Heydər Əliyev tərəfindən
müəyyənləşdirilən hər bir siyasi
xəttin dərinləşdirilməsi
və zamanın tələblərinə uyğunlaşdırılaraq
daha da inkişaf etdirilməsi yolunu tutan Prezident İlham Əliyev ölkəmizə
rəhbərlik etdiyi
son 20 ildə bütün
siyasi xətləri yüksək diqqətində
saxlayıb. Təkcə
iqtisadi, sosial, mədəni, elmi, texniki, hərbi istiqamətlər deyil, böyük mənəvi əhəmiyyət kəsb
edən məsələlər
də daim ölkə Prezidentinin nəzərində olub. Çoxşaxəli siyasətin
nəticəsində ölkəmiz
iqtisadi baxımdan güclənib, sərmayələr
qoyulan ölkədən
investor ölkəyə çevrilib,
sərvətlərimizdən əldə edilən gəlir xalqın rifahına, sağlamlığına,
təhsilinə xərclənmiş,
hərbi qüdrətimiz
artıb, Azərbaycan
dünyada etibarlı tərəfdaş imici qazanıb, dünyanın mədəni və multikultural mərkəzlərindən
birinə çevrilib.
Prezidentin
Müzəffər Ali Baş
Komandan kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsində
xalqımıza bəxş
etdiyi şanlı Zəfər və
2023-cü il sentyabrın 19-20-də aparılmış uğurlu
antiterror tədbirləri təkcə
ərazi bütövlüyümüzün
və suverenliyimizin bərpası ilə deyil, həm də Azərbaycan xalqının qürurunun,
mübarizə əzminin
özünə qaytarılması
ilə əlamətdar
olub. Bu tarixi nailiyyəti qazanmaqla Prezident İlham Əliyev Azərbaycan dövlətçilik
tarixinə ən böyük töhfəsini
verib, bununla da keçmiş, indiki və gələcək nəsillər qarşısında
misilsiz xidmətə imza atıb. Vətən müharibəsi
Zəfəri təkcə
məcburi köçkünlərimizin
vətənlərinə qayıtmasını
təmin etməyib, həmçinin Qərbi Azərbaycan qaçqınlarında
da doğma vətənlərinə
sülh yolu ilə geri qayıtmaq
inamı yaradıb.
2022-ci il dekabrın 24-də Qərbi
Azərbaycandan olan bir qrup ziyalı
ilə keçirdiyi görüş zamanı söylədiyi fikirlər,
verdiyi tapşırıq
və tövsiyələr
Qərbi Azərbaycandan
zorla çıxarılmış
azərbaycanlıların öz
doğma vətəninə
qayıtması hüququnun
təmin edilməsi yolunda Azərbaycan xalqının ümummilli
mübarizəsində dönüş
nöqtəsi olub. Prezident İlham Əliyevin
insan hüquqları məsələsi və sülhsevər missiya hesab etdiyi Qərbi
Azərbaycana qayıdışı
xalqımızın əsas
hədəflərindən biri
kimi göstərməsi
təkcə biz Qərbi
azərbaycanlıları deyil,
bütövlükdə Azərbaycan
ictimaiyyətini bu amal uğrunda səfərbər edib.
Biz Qərbi Azərbaycandan - öz doğma vətənimizdən zorla
qovulmuş, amansız
soyqırımlarına, işgəncələrə
məruz qalmış
və Azərbaycan Respublikasına sığınmış,
burada bütün təməl vətəndaş
hüquqları ilə
təmin edilmiş yüz minlərlə Qərbi azərbaycanlı
olaraq inanırıq
ki, Prezident İlham Əliyevin
başlatmış olduğu
bu qayıdış və davamlı sülh missiyası məhz Onun rəhbərliyi altında
öz hədəfinə
çata biləcək.Əminik
ki, minlərlə məcburi
köçkünü Qarabağa,
Şərqi Zəngəzura
geri qaytaran Müzəffər Ali Baş
Komandan bizi sülh yolu ilə ana vətənimiz Qərbi Azərbaycana qovuşduracaq.Bu mənada Qərbi Azərbaycan İcmasında birləşən
yüz minlərlə
icma üzvü olaraq gələn il fevralın 7-də ölkəmizdə
keçiriləcək prezident
seçkilərində İlham Əliyevi dəstəklədiyimizi
bəyan edirik”.
Azərbaycan.-2023.- 30 dekabr (№287).- S.4.