İmarətkompleksi ərazisində 213 qəbir müəyyən edilib

 

İmarətkompleksində aparılan tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları aşkarlanıb. Ərazidə xüsusilə kəllə çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər var. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirib.

O qeyd edib ki, “İmarətkompleksi ərazisində aparılan qazıntılar zaman 213 qəbir müəyyən olunub. Bu qəbirlərin əksəriyyəti torpaq qəbirlərdir. Antropoloji tədqiqatlar nəticəsində məlum olub ki, ermənilər əsasən XX əsrin 30-70-ci illərinə aid olan qəbirlərin başdaşlarını, sinədaşlarını tikinti materialı kimi istifadə ediblər.

Fərhad Quliyev onu da bildirib ki, türbələrdə dəfn olunan xan ailəsinin üzvlərinə məxsus qəbirlər açılıb onların qohumluq əlaqələrini sübuta yetirən faktları bir yerə toplamaq üçün müəyyən olunmuş 213 qəbirin 22-dən DNT nümunələri götürülüb: “Türbələrdəki qəbirlər açıldı orada dəfn olunan xan ailəsinin məhz bir-birinə qohumluq əlaqələrini sübuta yetirən faktları üzə çıxarmaq məqsədilə DNT analizləri üçün nümunələr götürüldü. Çünki bu gün bəzi yazılı mənbələrdə hansı türbədə hansı xanın ailə üzvünün dəfn olunması ilə bağlı ziddiyyətli fikirlər var. Məsələn, bizdə məlumat var idi ki, ikinci türbədə yalnız bir qəbir var. Amma yeddi qəbir aşkar olundu. Əksəriyyəti uşaqlara aid qəbirlərdir. Antropologiya sahəsindəki yeni tədqiqat üsullarının tətbiq etməklə biz nəinki onların qohumluq əlaqələrini, həmçinin kəllə sümüyünün skan edilməsi vasitəsilə sifət cizgilərini müəyyən edə biləcəyik. Aparılan tədqiqatların yekununda biz Qarabağ xanlığının tarixi gerçəkliyini dəqiq bir şəkildə xalqımıza ictimaiyyətə təqdim edə biləcəyik”.

 

Azərbaycan.-2023.- 30 dekabr (¹287).- S.14.